Kateqoriyalar
Psixoterapiya

Xəstəlik qayğısı pozuntusu

Bəzi insanlar vardır, özündə xəstəlik axtarırlar. 

Həkim-həkim gəzib axtarırlar. 

Və yaxud da internetdən, “Google”dan girib axtarırlar.

Və yaxud da qohum-qonşudan axtarırlar. “Hə, səndə də bura bir yara çıxmışdı, sonra o nə oldu?” Sanki dəri xərçəngi olacaqmış kimi… 

Və yaxud da “Qarnımdan gurultulu bir səs gəlir. Görəsən, mədə-bağırsaqda bir problem olmaz?”

Və yaxud da “Buradan bir sancı kimi bir şey keçdi, bir hiss oldu. Görəsən, boğaz xərçəngi olmaram?”

“Xəstəlik qayğısı pozuntusu” adlı xəstəlik var. Bu, bir xəstəlikdir, psixiatrik bir xəstəlikdir.

Belə xəstələr bizə gələnə qədər ən az bir 20-30 həkimə getmiş olurlar, bir çox analiz etdirmiş olurlar.

Hətta belə olur… Məsələn, qanın ümumi analizini bir yerdə deyil də, bir 5-6 yerdə verir. Laboratoriyalarda bir fərq olanda “Aha! Bu laboratoriya bilirdim, onsuz da, düz göstərmirdi. Yaxşı ki, o birinə də verdim” deyirlər.

Nəticələri eyni olsa belə, təkrarlayırlar və deyirlər ki, “Yox, bu, düz olmadı”. Bir başqasında bir daha yoxlatdırırlar.

Və yaxud da dəfələrlə beyin MRT-si çəkdirirlər, beyin Kompüter Tomoqrafiyası çəkdirirlər “Mənim beynimdə bir şey varmı?”, və yaxud da “Böyrəyimdə bir şey varmı?”, “Ürəyimdə bir şey varmı?”…

Təkrar-təkrar kardioloqlara gedirlər.

Bəzənsə, həkimlər bunu hiss etsə də, ya yönləndirmirlər, ya da yönləndirməkdə bir az qorxurlar, deyim. Sanki pasiyentinə “Sən psixiatra get” desə, uyğun olmaz deyə düşünürlər.

Bu, bir psixiatrik xəstəliklərdir.

Əgər 6 ay davam edirsə, bu şikayətlər, o zaman “Xəstəlik qayğısı pozuntusu” diaqnozunu qoyuruq.

Dərmanlarla düzəlir çox vaxt. Sadəcə bu xəstələrin ən böyük çətinliyi bu olur: “Yox, bu, beynimdən qaynaqlanmır. Mən boğazımdakı boğulmanı hiss edirəm. Özüm eləmirəm ki bunu.” deyirlər.

Əslində “özü eləmək” deyilən şey “simulyasiya”dır. Məsələn, uşaq dərsə getməmək üçün deyir ki “Mənim başım ağrayır”. Bu, simulyasiyadır.

Amma başda ağrı, həqiqətən, hiss olunursa və yaxud da ürəkdə ağrı, həqiqətən də, hiss olunursa, bu, “konversiya” dediyimiz bir problemdir. 

Yəni xəstələrimiz ağrını hiss eləyir və yaxud da bir xəstələnmənin qayğısını yaşayır. Bu, bir xəstəlikdir və çox vaxt uyğun psixiatrik müalicə ilə düzəlir.

“Xəstəlik qayğısı” xəstəliyi olanların inancı “Məndə orqanik bir xəstəlik var” olduğuna görə çox vaxt bir neçə həkim dedikdən sonra və yaxud da yaxınların məcburiyyəti ilə gəlirlər psixiatra. Və dərman da hər zaman belə olur… Bəlkə, xəstələrimiz istəmədən dərman qəbuluna başlayır. 

Dərman qəbuluna başladıqdan sonra isə təbii ki, yaxşılaşma olur. 

Yaxşılaşandan sonra isə… Biz beləyik, çox vaxt dərman da yadımızdan çıxır, həkim də yadımızdan çıxır… Dolayısı ilə, ikisini də qırağa qoyuruq. 

Bu cür xəstəliklərdə və xəstələrdə tez-tez təkrarlanma olur.

Bir də başqa bir nüans var – rahatlayandan sonra bunu deyirlər: “Artıq mən bunu özüm kontrol eləyə bilərəm”. Necə gözü görməyən bir adam eynəksiz daha yaxşı görə bilmirsə, mütləq eynək şərtdirsə, burada da dərman istifadə etmək şərtdir.

Dolayısı ilə, yaxşı olandan sonra həkimin nəzarətində qalmaq xəstəliyin təkrarlanmağından qoruyur hər zaman.

Uzm.Dr.Fuad Bəşirov, Psixiatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir