Kateqoriyalar
Endokrinologiya

Şəkər xəstəliyinin ağırlaşmaları

Ağırlaşmalar iki yerə bölünür: bir xroniki ağırlaşma, bir də kəskin ağırlaşmalar vardır.

Kəskin ağırlaşmalar

Diabetik ketoasidoz

Kəskin ağırlaşmalardan danışsaq, diabetik ketoasidoz tablosu ilə xəstə bizə müraciət edir.

Diabetik ketoasidoz tablosu nədir?

Bədənimizdə insulin çatışmazlığı nəticəsində çoxlu miqdarda keton cisimciyi əmələ gəlir. Keton cisimciyi əmələ gəlməsi nəticəsində xəstə komaya girir. Huşunu itirir, görmə qabiliyyəti pozulur, qusmağa başlayır və çox su içmə, çox sidiyə çıxma olur…

Burada əsas qorxduğumuz xəstənin çox su itirməsidir. Çünki diabet ketoasidoz olduğu zaman xəstə qusmağa başlayır və bu şəkildə çox su itirir və koma tablosu ilə xəstəxanaya müraciət edir.

Bu koma tablosu ağır bir tablodur. Mütləq stasionar şəraitdə insulin terapiya və maye müalicəsi ilə kompensasiya olunmalıdır.

Beyin ödemi

Bir də kəskin ağırlaşmalardan beyin ödemi var.

Beyin ödemi müalicə nəticəsində ortaya çıxır. Çox su itirmiş xəstənin damarlarını əgər birdən-birə doldurmağa çalışsaq, Natrium Xloridlə doldurmağa çalışsaq, suyu yerinə qoymağa çalışsaq, o zaman beyin ödemi dediyimiz tablo ortaya çıxır. Bu da müdaxilə edilmədiyi zaman ölümlə nəticələnə bilər.

Hiperosmolar koma

Bir də hiperosmolar koma dediyimiz bir koma tipi var ki, qan şəkəri həddindən artıq yüksək olduğu zaman, 

Bu yüksəklik nədir?

Deməli qan şəkəri 500-ün üstünə çıxdığı zaman, artıq şəkər alətləri göstərmir, sadəcə “High” yazılır. 500, 700, 1500 olur bəzən xəstələrin qan şəkəri bizə müraciət elədiyində və bu çox yüksək rəqəmlərdir…

Loru dilində desək, qanımız qatılaşır, qatılaşan qan hərəkət eləyə bilmir, trombozlar əmələ gəlir. Beyin hüceyrələrində büzüşmə əmələ gəlir və xəstə bu şəkildə komaya girir və müdaxilə edilmədiyi zaman ölümlə nəticələnir.

Xronik ağırlaşmalar

Nevropatiya

Xronik ağırlaşma dediyim zaman nevropatiya ağırlaşma var. Nevropatiya sinirlərin şəkər xəstəliyinin nəticəsində ölməsidir. Bu da əsasən də, aşağı ətraflarda hissiyat itirilməsi, yara əmələ gəlməsi, yəni sağalmayan diabetik yaraların əmələ gəlməsinə səbəb olur. Bu da şəkər xəstəliyin xronik ağırlaşmalarındandır.

Daha çox Tip II diabetdə qarşımıza çıxır. Tip II diabet Tip I diabetdən fərqli olaraq gizli gedə bilir.

Nefropatiya

Nefropatiya dediyimiz ağırlaşması isə böyrəklərin sıradan çıxması ilə ortaya çıxan ağırlaşmadır. Böyrəklər zamanla, böyrək tuberlərinə şəkərin prekursoru olan, sorbitolun çökməsi, qlükozanın özünün çökməsi nəticəsində nefropatiya dediyimiz proses əmələ gəlir və xəstələr xroniki böyrək yetməzliyinə, xroniki böyrək çatışmazlığına girir və dializ xəstəsi olurlar. Həftədə bir, bəzən də həftədə 2 dəfə dializ almağa məcbur olurlar. 

Retinopatiya

Digər bir xroniki ağırlaşması isə retinopatiya dediyimiz ağırlaşmadır ki, bu da göz sinirinin zədələnməsi deməkdir. Göz Şəkər xəstəliyi olduğu zaman digər orqanlarımız qidalana bilmədiyi kimi göz sinirinin də qidalanması pozulur və qidalanma pozulduğu zaman da göz sinirinin atrofiyası baş verir və bu da korluqla nəticələnə bilir.

Katarakta

Digər ağırlaşma isə katarakta ola bilər.

Katarakta nədir?

Büllur qişamız var gözümüzdə. Normalda şəffafdır. Amma şəkər xəstəliyində ora çox qlükoza toplandığı üçün büllur qişada bulanıqlaşma olur və büllur qışa öz şəffaflığını itirir və bu şəkildə xəstənin görmə qabiliyyəti pozulur.

Şəkər xəstəliyi, ümumiyyətlə, istər Tip I diabeti olsun, istər Tip II diabeti olsun ağır metabolik bir xəstəlikdir. Sadaladığımız əlamətlər olduğu zaman mütləq həkimə müraciət edilməlidir və vaxtında müalicə başlanılmalıdır. Vaxtında müalicə başlanılmazsa, xroniki ağırlaşmalar ilə qarşımıza çıxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir