Kateqoriyalar
Psixoterapiya

Qida qəbulu pozuntuları

İndiki dövrdə qida pozuntuları hər bir yaş qrupunda rast gəlinə bilər. Əsasən bu yeniyetmələr, gənc qızlar, gənc oğlanlar və yetkinlər arasında rast gəlinir. Sosial şəbəkələrin inkişafı ilə paralel olaraq bizim özümüz haqda təsəvvürümüz də formalaşır. Əlbəttə ki, ideala bənzəmək istəyi, hər hansısa bir ulduza bənzəmək istəyi bizdə öz bədənimizin qavramasında problemlər yaradır. Bu problemlər qida qəbuluna da təsir edir. Necə?

Sinir Anoreksiyası

Hər birimiz sinir sinir anoreksiyası ilə üzləşmişik. Ən azı hər birimiz qidadan imtina etmişik. Bunun artıq xroniki hal, yəni patoloji formaya keçməsi artıq psixiatrik pozuntu sayıla bilər.

Bu xəstəlik zamanı insan özünü necə aparır? Əlbəttə ki, biz artıq qidadan imtina etmirik. Bizim artıq duritik və laksatif maddələrdən istifadə artır, yəni bağırsaq işlədici və sidik qovucudan istifadə etməyimiz, hər hansısa korsetlərdən istifadə etmək, qarın nahiyyəmiz korreksiya və korreksiya edici geyimlərdən istifadə etmək, həddən artıq çox idman və fiziki gərginlik yaşamaq, eyni zamanda belə pasiyentlər əlbəttə ki, psixoloji problemlər də yaşayır. Çünki bilirsiniz ki, qida qəbulu insanın serotonin maddəsini artırır. Serotonin maddəsinin azalması, ümumiyətlə insanın həyatının dəyişməsi həm psixoloji, həm də fizioloji dəyişikliklərə gətirir. Belə insanlarda 2-ci dərəcəli somato endokrinoloji problemlər yaranır. Burada maddələr mübadiləsi pozulur, xanımlarda ginekoloji problemlər yarana bilər, aminamiriya və ya disminariya ola bilər, menustral tsiklini pozulması deməkdir. Eyni zamanda ailə arasında, ailə daxilində ünsiyyət pozulmaları yarana bilər. 

Sinir Bulemiyası

2-ci xəstəlik, sinir bulemiyası. O da sinir anoreksiyasına bənzəyir, sadəcə burada daha çox, həddən artıq, aşırı dərəcədə qida qəbulu, daha sonra ondan nəticələnən vicdan hissinin yaranması və bu qida qəbulundan azad olmaq üçün süni formada qusma halını çağırma baş verir. Eyni zamanda yenidən laktasif və duritik maddələrdən istifadə gəlir və bu sanki qapalı bir dairədir: Yemək, yeməkdən sonra vicdan hissi və yeməkdən azad olma.

Müalicəsi

Adətən sinir anoreksiyalı pasiyentlər həddən artıq çox aşağı çəki ilə nəzərə çarpırlar. Lakin bulimireyalı pasiyentlərdə ideal bədən quruluşu demək olar müşahidə olunur. 2 qrup pasiyentlərdə də metabolik problemlərə rast gəlinir. 2 qrup da tam sağala bilər. Lakin burada bir neçə qrup mütəxəssislər cəlb olunmalıdırlar: psixiatr, psixoterapevt, endokrinoloq və bəzən ginekoloq.

Anoreksiyalı pasientlərdə adətən paralel olaraq beyində bəzi dəyişikliklər baş verir. Onlar güzgüdə özlərini olduqları kimi yox, həddən artıq kök qavrayırlar. Yəni burada, bizim fusiform face area və ya body area dediyimiz beyin sahələri var ki, bu insanlarda həddən artıq çox aktiv olur və onlar özlərini dəyişmiş, qeyri adi, eybəcər, yəni kök formada qavrayırlar. 

Bundan da irəli gələrək biz başa düşməliyik ki, burada korreksiya edici terapiya, yəni vaxtında və həddən artıq düzgün strukturlaşdırılmış psixoterapiya yardımı lazımdır. Bəzən belə pasiyentlərin stasionar müalicəyə də ehtiyac olur. Çünki bəzən bu xəstələrdə distrofiya əlamətləri də müşayiət oluna bilər. Bunların hər biri terapiya vasitəsiylə aradan qaldırıla bilər.

Hər birinizə psixoloji sağlamlıq arzulayıram.

Aydan Xasməmmədova, psixoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir