Kateqoriyalar
Ginekologiya

Qadınlarda sidikqaçırma

Qadınlarda sidikqaçırma problemi daha çox 35 yaşın üzərindəki xanımlarda görülür. Biz soruşsaq ki, hər xanımda görülürmü? Əksər xanımlarda cavab əlbəttə ki “xeyr” olacaqdır. Ancaq  bu biraz məhrəm mövzu olduğu üçün bizim əksər xanımlar, analarımız bu problemi öz övladlarına belə danışmaqdan çəkinir. Bu daha çox sorğu nəticəsində, anamnez toplarkən bəlli olur ki, əslində qadınların, özəlliklə normal doğuşla övlad dünyaya gətirmiş qadınların əksəriyyətində sidik qaçırma probleminə rast gəlirik.

Kimlərdə daha çox görülür?

Ancaq bunlara daha çox risk faktorları kimdə yüksəkdir baxsaq, daha çox kilolu insanlarda və daha öncələr bir neçə dəfə doğum etmiş qadınlarda, ağır çəkili körpə doğanlarda, travmatik doğum keçirmiş qadınlarda daha çox rast gəlinir. 

Kilolu dediyimiz, bədən kütlə indeksi 35-in üzərində olan, daha çox artıq kilosu olan insanlardan söhbət gedir. 

Bunun xaricində, xroniki xəstəlikləri olanlar – məsələn, ağciyər xəstəliyi var, daim öskürək şikayəti var və ya daimi qəbizliyi var… 

Kimlərdə ki, qarın daxilində təzyiq həmişə artır, məsələn, gücənməyə məruz qalır, bu insanlarda sidik qaçırma problemlərini daha çox görürük. 

Daimi alkol, siqaret istifadə edən və yaxud da çox miqdarda kofe içən insanlarda sidik qaçırma probleminin aktivləşməsinə səbəb olur.

Müalicəsi nədir?

Sidik qaçırmanın daha çox müalicəsini bizdən soruşurlar ki, əməliyyatmı, yoxsa medikal müalicəmi (dərmanla)? Bunu mən xəstələrə də tam aydın olması üçün belə izah edə bilərəm: 

Sidikqaçırmanın 5 növü

Sidik qaçırmanın 5 növü var. 

Stres tipli sidik qaçırma

Ən çox rast gəlinən, gənclərdə daha çox rast gəlinəni stres (gərginlik) tipli sidik qaçırmadır. Bu qarın daxilindəki təzyiqin artması nəticəsindən, xüsusi ilə, asqırma, öskürmə, idman hərəkətləri edən zaman, ağırlıq qaldıran zaman az miqdarda sidik qaçırırlar. Qeyri iradi olaraq sidik qaçırma olur. Bu insanlarda, buna biz dediyimiz kimi stres tipli deyirik, bunun müalicəsi ancaq əməliyyatdır. Sidik kisəsinin boynu yumşalmış olur, normal toxumalarımız sallanmış olur, Cərrahi müalicədə biz sidik kisəsinin boynunu biz ətraf toxumalarını ya yuxarıya doğru asmaqla və ya ora süni bir tor, meş taxmaqla, biz onu süni olaraq orada fibroz toxuma əmələ gətiririk, hansı ki, sallanmış toxumanı yuxarıya doğru qaldırmış oluruq, sidik kisəsini qaldırmış oluruq. 

Bəzi hallarda sidik kisəsi sadəcə tək başına deyil, uşaqlıqla, uşaqlıq boynu ilə bərabər sallanmış ola bilir, və yaxud da bağırsaqla birlikdə sallanmış ola bilir. Əlbəttə ki, biz bunu ancaq müayinə edərək bilə bilərik. Əməliyyatın genişliyi buna görə dəyişə bilər. Sadəcə biz bu tor qoyduğumuz əməliyyatmı, yoxsa eyni zamanda vaginaplastika ilə bərabər aparıla bilir. Bu da qadınlarda olan şikayətə görə dəyişir. 

Eyni zamanda vagina genişlənməsi, bağırsaq sallanması bərabərdirsə, bu qadınlarda daha çox cinsi əlaqə zamanı hava və ya qaz qaçırma kimi səslərin olması kimi hallarda sidik qaçırma ilə müşayət edən hallardır. Bu zaman əməliyyatda hər ikisi bərabər edilə bilir. Bu tor taxmaq dediyimiz meş cərrahiyyəsi eyni zamanda vaginaplastika ilə bərabər aparıla bilər. Bu da dediyimiz kimi gənc qadınların problemidir. 

Bir də bunun əgər dərəcəsi azdırsa, məsələn, hər öskürəndə, hər asqıranda sidik qaçırtmır amma çox minimum miqdarda var. Bu zaman isə nələr edə bilərik? 

Ən asan və sadə üsul – kegel məşqləri dediyimiz məşqlər var. Əgər az miqdardadırsa, bunun qarşısını almaq mümkün dür. Amma yox, irəli səviyyədədirsə, müalicəsi sadəcə cərrahidir.

Dolma (çağırış) tipli sidikqaçırma

Sidik qaçırmanın digər bir növü daha çox yaşlı qadınlarda gördüyümüz örç inkontinans dediyimiz, sıxışma, təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlaya bilməmək. Yəni bu qadın sıxışıb təcili tuvaletə çata bilmir.

Yəni, biz şikayətə baxdığımızda eynilə bu şəkildə: “Doktor normalda asqıranda, öskürəndə sidik qaçırma yoxdur, ancaq tuvaletə çata bilmirəm. Tam tuvaletə çatana yaxın az miqdarda da olsa sidik qaçırmam olur”.

Bunun isə müalicəsi əslində ancaq dərman müalicəsidir. Bu insanlar cərrahidən fayda görmür. Ona görə hər sidik qaçırması olan qadınlara “cərrahi müdaxilə lazımdır” demək səhvdir. Hər sidik qaçırmanın mütləq şəkildə tipi müəyyən olunmalıdır. 

Qarışıq tipli sidikqaçırma

Bəzi qadınlarda isə hər iki tip bərabər olur. Həm asqırıb öskürərkən olur, həm də tuvaletə çata bilməmə kimi şikayət olur. Buna biz miks tipli sidik qaçırma deyirik. Bu qadınların isə müalicəsi daha çox hansı şikayətin öndədirsə, ona görə müalicə edilir. Yəni stres tip öndədirsə, ona görə cərrahi müalicə, digəri öndədirsə, dərman müalicəsi seçilir.

Daşma tipli sidikqaçırma

Digər bir tip, sidik kisəsinin əzələ tonusunun itməsi nəticəsində əmələ gələn bir tip sidik qaçırmadır. Biz buna overflov və ya daşma tipində sidik qaçırma da deyirik. Bu xəstələr adətən sidiyin dolduğunu hiss etmirlər. 

Onlarda daha çox sinir zədələnməsi olmuş olur. Xüsusilə şəkər xəstələri, multi skolioz xəstələri, onurğa beyin cərrahiyyəsi keçirmiş, onurğa sinir sistemində hər hansı bir problem olan insanlarda rast gəlinir. 

Bunlar sidiyə sıxışdığını hiss etmir, az az miqdarlarda sidik qaçırırlar. Bunların diaqnostikasında daha çox sidiyə getdikdən sonra tam boşalmama hissinin olmasıdır. Biz USM müayinəsi baxdığımızda da hər zaman 50 cc-nin üzərində sidik miqdarının qalmış olduğunu görürük. Bunların da müalicəsi əsas xəstəliyin müalicə etmək  və lazım olan dərman müalicəsini etməklə olur.

Funksional tip sidikqaçırma

Bir də 5-ci tip dediyimiz, burda isə funksional tipdir. Burda  əslində nə anatomik səbəb var, nə də bir funksional səbəb yoxdur. Sadəcə xəstənin psixolojik halı, psixolojik pozuntusu olan insanlarda rast gəlinir. Burda da şikayət hansı yöndədirsə, o yönə doğru müalicə etməklə xəstəliyin qarşısını almaq olur.

Diaqnostikasında isə əvvəlcə mütləq həkim müayinəsi və birinci növbədə sidik testi verilməsi lazımdır. Bəzi sidik yollarının xroniki infeksiyası zamanı da sidik qaçırma halları müşahidə olunur. Xüsusilə sidikdə göynəmə yanma hissi varsa, mütləq həkimə müraciət etmək və ya dediyimiz kimi sidikqaçırma var, amma deməyə çəkindiyiniz bir problemdirsə, bunları ən bəsit, ya sadə bir üsulla, dərmanla müalicəsi vardır. Ya da dediyimiz cərrahiyyə ilə, uzun bir cərrahiyyə deyil, vaginal yolla olunur, cəmi 40 dəqiqəlik əməliyyat ilə, hətta tam narkoz olmadan, epidural anesteziya ilə həyata keçirilir və 1 gün sonra xəstə evinə göndərilir.

Dr.Günel Ziyadova, cərrah mama-ginekoloq

8 replies on “Qadınlarda sidikqaçırma”

Salam. Klinikamıza zəng edərək daha ətraflı məlumat ala bilərsiniz. Tel: (012) 959, (012) 436 14 96
Müraciətiniz üçün təşəkkür edirik.

salam, etrafli melumata gore tesekkurler. 2ci tip dolma sidikqacirmada hansi dermanlardan istifade etmek lazimdir?

Salam. Həkim müayinəsindən keçin. Lazımi müalicəni edəcəklər.
Uzman Dr. Günel Ziyadova, Cərrah Mama-Ginekoloq

salam, etrafli melumata gore tesekkurler. 2ci tip dolma sidikqacirmada hansi dermanlardan istifade etmek lazimdir?

Salam. Həkim müayinəsindən keçin. Lazımi müalicəni edəcəklər.
Uzman Dr. Günel Ziyadova, Cərrah Mama-Ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.