Kateqoriyalar
Faydalı Məlumatlar Ginekologiya

Endometriozis xəstəliyi

Qadınlarda ən çox rast gəlinən və bizə olunan əksər müraciət problemlərindən biri Endometriozis xəstəliyidir. Endometriozis xəstəliyi endometrial vəzilərin stromanın uşaqlıq xaricinə çıxması ilə biruzə verən bir xəstəlikdir. Ümumiyyətlə bu xəstəlik gənc yaşlıların xəstəliyidir, çünki estrogen hormonuna bağlı olan xəstəlikdir və estrogen hormonu klimakterik dövrdə azaldığı üçün bu xəstəlik də adətən menopauzadan sonra öz-özünə geriləyən bir xəstəlikdir. Qadınlar arasında çox geniş yayılmış bu xəstəlik heç bir simptomu olmayan xəstələr arasında 6-11% arasında adətən rast gəlinir. Sonsuzluq şikayəti olan xəstələrimizdə Endometriozis xəstəliyini çox görürük. Xəstələr adətən menstruasiya vaxtı şiddətli ağrılar şikayəti və yaxud cinsi əlaqə zamanı şiddətli ağrıların olması, xroniki ağrılarla bizə müraciət edirlər.

Endometriozis xəstəliyinin səbəbləri:

Bu xəstəliyin nədən əmələ gəlməsi tam bəlli olmasa da, əsasən çox az menstruasiya görən və ya çox şiddətli menstruasiyaları yəni qanaxmaları olan xəstələr və yaxud birinci dərəcəli yaxınlarında Endometriozis xəstəliyi olanlar, sonsuzluq şikayəti olanlarda Endometriozis xəstəliyinə daha çox rast gəlinir.

Endometriozis xəstəliyində müayinə metodları:

Ümumiyyətlə bu xəstələr dəyərləndirirlərkən mütləq ultrasəs müayinəsi bizə çox kömək edir. 50% hallarda yumurtalıqlarda olan Endometriozis, yəni endometriomalar olaraq qarşımıza çıxır. Biz bunları ultrasəs müayinəsində “buzlu cam” olaraq görürük. Bundan əlavə biz mütləq xəstələrə daxili müayinə edirik. Daxili müayinədə bəzən düyünlər olaraq əlimizə gəlir. Biz bunun 1sm və daha böyüklərini ultrasəs müayinəsində də görürük. Daxili müayinədə xəstələr ifrat dərəcədə həssaslıq hiss edirlər. Dəqiq diaqnoz üçün Kontrastlı MRT müayinəsinə də göndərə bilərik. Tipik bir laboratoriya nəticəsi yoxdur, ancaq CA125 dəyəri adətən Endometriozis xəstələrinə, xüsusilə də xəstəliyin irəli mərhələlərində yüksək rast gəlinir. Amma bu bizə diaqnozdan daha çox müalicədə, bu xəstəliyin təqibində çox önəmlidir.

Endometriozis xəstəliyinin müalicəsi:

Endometriozis xəstəliyi bir çox hormonal preparatlarla müalicə olunur. Əgər xəstənin çox şiddətli şikayətləri varsa, emdometriomalarda cərrahi əməliyyatlar da edilə bilər. Xüsusilə də laparoskopik cərrahiyyə edilə bilər. Əgər sonsuzluq şikayəti, xüsusilə xəstədə borularda keçiricilik pozulubsa, ya da böyük emdometriomalarda endometriomaların çıxarılması, boruların bərpası əməliyyatlarını icra edirik.
Endometriozis xəstəliyinin müalicəsində cərrahi əməliyyata nə zaman qərar verilir?

Hər xəstəyə cərrahi müdaxilə məsləhət görülmür. Bu əməliyyatlarda yumurtalıq rezervi azala bilər. Bu səbəbdən əməliyyat olunacaq xəstəyə seçici olaraq davranılmalıdır. Xəstələrin əgər şiddətli şikayətləri varsa, xəstə bu əməliyyatdan fayda görəcəkmi? Yumurtalıq rezervi necə dəyişəcək. Bunları mütləq öncədən dəyərləndirmək lazımdır və buna görə də cərrahi əməliyyat edilə bilər. Dərman müalicəsi ilə də bu xəstəlik geriləyə bilər. Xəstəliyi tamamilə 0-a endirmək olmur, çünki bu xəstəlik xroniki bir xəstəlikdir. Yenə də xəstəliyi uzun müddət remisiyada saxlamaq olur.

 

Cərrah mama-ginekoloq Uzman Dr. İlhamə Eldarova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir