Dr. Xəlilov Mansur 2000-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2006-cı ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. 2006-2007-ci illərdə Respublika Milli Xəstəxanasında urologiya ixtisası üzrə internatura keçmiş, 2007-2008-ci illərdə Selcuk Universitetinin Meral Tibb fakultəsində uroloq olaraq çalışmış və kurs keçmişdir. 2013-cü ildən MediStyle Hospitalda, 2015 -ci ildən isə Avrasiya Hospitalda uroloq-androloq, 2019-ci ildən HB Güven klinikasında baş həkim və uroloq-androloq vəzifəsində çalışmaqdadır.
Dr. Mansur Xəlilov Urologiya – Andrologiya sahəsi üzrə sidik sistemi və kişi cinsiyyət sisteminin, böyrəküstü vəzilərin xəstəliklərini və retroperitoneal sahədə digər patoloji proseslərin etiologiyası, patogenezi, diaqnostikasını dəqiqliklə araşdırır və onların müalicəsini və cərrahiyyəsini həyata keçirir.