Sağlam gələcək, bizimlə gələcək!
#ArtıqGüvəndəsiniz  

Çağrı Mərkəzi

(012) 959

Təcili Tibbi Yardım

24/7

Bakı AZ1108

Atatürk prospekti 3078
  • Ana Səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Karyera
    • Sığorta şirkətləri
  • Tibbi şöbələr
  • Həkimlərimiz
  • Check Up
  • Xəbərlər
    • Tibbi Aksiyalar
  • Əlaqə
    • Əlaqə
    • Həkim qəbuluna yazıl
  • Bloq
    • Faydalı Məlumatlar
    • Media

e-randevu

Uzman. Dr. Rəşad Zeynalov MD, PhD

  • Ana Səhifə
  • Həkimlər
  • Uzman. Dr. Rəşad Zeynalov MD, PhD

Uzman. Dr. Rəşad Zeynalov MD, PhD

Ortoped-Travmatoloq
09:00-18:00
Email
(012) 959
randevu al

1979-cu ildə Lənkəran şəhərində dünyaya gələn Rəşad Zeynalov 1985-1993 ci illərdə 8-ci sinifə qədər Lənkəran şəhər 3 nömrəli orta məktəbdə təhsil almışdır. 1993-1997-ci illərdə Bakı Özəl Türk liseyində orta təhsilini tamamlamışdır. Daha sonra 1997-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsinə qəbul omuşdur. 2003-cü ildə eyni fakültəni qırmızı diplomla bitirdikdən sonra 2004-cü il aprel ayında keçirilən TUS (Tıpda Uzmanlıq Sınavı) imtahanında yüksək balla İstanbul Mərmərə Universiteti Ortopediya və Travmatologiya kafedrasına daxil olmuşdur. 2009-cu ildə Türkiyədə rezidentura təhsilini başa vuraraq Ortoped-Travmatoloq cərrah ixitsasını almışdır. Rezidentura müddətində 2000-ə yaxın əməliyyatda iştirak etmişdir. Ortopediyanın onurğa,endoprotez, travma, uşaq ortopediyası , idman yaralanmaları, əl və mikrocərrahiyə sahələrinə dərindən yiyələnmişdir. Bu müddət ərzində 50-yə yaxın kurs və konfranslara qatılmışdır.

Rəşad Zeynalov 2009-2011-ci illərdə Mərkəzi Klinika xəstəxanasında çalışmışdır. 2009-cu ildə onun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə qol replantasiyası uğurla həyata keçirilmişdir. Azərbaycana qayıtdıqdan sonra elmi fəaliyyətləri daha da genişləndirmiş, xarici və yerli konfranslarda davamlı yeni elmi məruzələrlə çıxış etmiş, önəmli tibb jurnallarında elmi məqalələri dərc olunmuşdur. Əyripəncəliyin Ponseti metodu ilə müalicəsinə aid kitabı öz ana dilimizə tərcümə etmişdir. Bu kitab sayəsində Azərbaycan ortopedləri əyripəncəliyin müasir metodları ilə tanış olmuş və köhnə yararsız müalicə metodları ortadan qaldırılmışdır. 2010-cu ildə Tibb Üzrə Fəlsəfə Elmləri Doktoru ünvanına layiq görülmüşdür. Dr. R. Zeynalov SİCOT (Dünya Ortopediya və Travmatologiya Cəmiyyəti) , TOTBİD(Türk Ortoped və Travmatologiya Cəmiyyəti) və AZTOA (Azərbaycan Travmatologiya və Orotpediya Assosiasiyası) cəmiyyətlərinin fəal üzvüdür. 2011-2017 illlərdə bəri Baku Medikal Plaza Xəstəxanasında Ortopediya və Travmataloqiya şöbəsinin müdürü vəzifəsində işləmişdir. 2017-ci ildən bəri HB Güven klinikasında Baş həkim vəzifəsində və 2019-cu ildən Hb Güven klinikasının direktoru olaraq fəaliyyət göstərib. Hazırda Ortopediya – Travmataloqiya ixtisası üzrə öz həkimlik fəaliyyətini davam etdirməktədir.

İxtisasOrtoped-Travmatoloq
DərəcəMD, PhD, Uzman
İxtisaslaşdığı sahə

  • Ayaq və Ayaq bilək xəstəlikləri
  • İdman Travmatologiyası və Artroskopik əməliyyatlar
  • Onurğa xəstəlikləri (Vertebralogiya)
  • Uşaq ortopediyası
  • Oynaq xəstəlikləri və Artroplastika (endoprotezləşdirmə)
  • Sümük və yumşaq toxuma şişləri
  • Travmatologiya
  • Əl cərrahiyyəsi və Mikrocərrahiyyə
  • Uşaq Ortopediyası
İş Təcrübəsi

HB Guven Klinikası - (2017- İndiki vaxt)

Ortopediya – Travmatalogiya ixtisası üzrə öz həkimlik fəaliyyətini davam etdirməktədir.

Baku Medikal Plaza - (2011-2017)

Ortopediya və Travmataloqiya şöbəsinin müdürü vəzifəsində işləmişdir.

Merkezi Klinika - (2009-2011)

Mərkəzi Klinika xəstəxanasında ortoped-travmatoloq olaraq çalışmışdır.

Təhsil

Mərmərə Universiteti Ortopediya ve Travmatologiya Kafedrası, Tibbdə uzmanlıq (2004 – 2009)

Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə profilaktika fakültəsi (1997 – 2003)

Bakü Özəl Türk Litseyi, Baki şəhəri (1993 – 1997)

Həzi Aslanov adına orta məktəb, Lənkəran şəhəri (1985 – 1993)

Üzv olduğu cəmiyyətlər

SİCOT (Dünya Ortopediya və Travmatologiya Cəmiyyəti)

TOTBİD (Türk Ortoped və Travmatologiya Cəmiyyəti)

AZTOA (Azərbaycan Travmatologiya və Orotpediya Assosiasiyası) cəmiyyəti

Əlaqə məlumatları

Atatürk prospekti 3078, Bakı AZ1108

  • Çağrı Mərkəzi (012) 959
  • Email [email protected]
  • Vebsayt www.guvenklinik.az
Xəritədə yerini göstər

Vacib Səhifələr

  • Haqqımızda
  • Şöbələr
  • Həkimlər
  • Check Up
  • Xəbərlər
  • Kariyera
  • Əlaqə

Son yeniliklər

Makulodistrofiya nədir?
09th Apr 2021
Uşaqlarda əyripəncəliyin müalicəsi
29th Mar 2021

Bizi Facebook-da izləyin

Facebook Pagelike Widget
© 2021 HB Güven Klinkası. Bütün Hüquqlar qorunur. Site by Digitale.az