Kateqoriyalar
Kardiologiya

İnfarktın əlamətləri nələrdir?

Bu bloq postumuzda miokard infarkt əlamətləri hiss edən pasiyentlərimizin ev şəraitində nələr edə biləcəkləri haqqında məlumat bölüşürük. Miokard infarktın xəstəxana şəraitində diaqnozu və müalicəsi haqqında isə, başqa bir bloq postumuzda danışdıq.

Xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır.

Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır.

İnsanlar yaşa dolduqca ürəyin damarlarında, damar divarlarında xolesterin və yağ yığılır. Bu yığılmalar plak dediyimiz strukturları əmələ gətirir. Bu plaklar həm damarın özünü daraldır, bəzən də qopa bilir ki, bu da damarın tamamən tıxanmasına səbəb olur və miokard infarkt da bu şəkildə ortaya çıxır. 

Çox qısa zamanda damar darlığının açılması lazımdır. Bu plakların ortadan qaldırılması lazımdır. Əks halda ürəyin qidalanması uzun müddət pozulduğu zaman ürək çatışmazlığı dediyimiz əlamətlər də ortaya çıxa bilir, təəssüf ki…

İnfarktın əlamətləri nələrdir?

İnfarktın əsas əlaməti ürək nayihəsində olan ağrıdır. Bu ağrının əsas xarakterik özəlliyi odur ki, o basıcı və sıxıcı xarakterdə olur.

Adətən, bu ağrı çənənin sol tərəfinə, sol çiynə, hətta kürək nayihəsinə yayıla bilir.

Bir başqa diqqət etmək lazım olan xüsus isə bu ağrının müddətidir. İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə, təəssüf ki, keçmir. 

İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə keçmir. 

Ağrı, adətən, hərəkətlə şiddətlənir, istirahət ilə qismən azalır, amma xəstə tam tibbi yardım almadan tamamilə keçmir.

Eyni zamanda infarkt sırasında başqa əlamətlər də görürük. Ən çox gördüyümüz başqa bir əlamət sol qolda olan keyimədir.

Xəstələrdə bəzən soyuq tərləmə, ölüm qorxusu hissi də görülə bilir. Çox nadir də olsa bəzən biz xəstələrdə qusma, ürək bulanması kimi şikayətlər də görə bilirik.

Adətən sinirdə hər iki qolun keyiməsi birlikdə görülür. Həm sağ, həm sol qolda bu görülür. İnfakt sırasında isə sadəcə sol qolda görülür.

Bundan əlavə olaraq sol qolda keyimə ürək ağrısı ilə bərabər görülürsə, bu daha çox infakt əlamətidir. Tək başına olmur çox zaman.

Başqa bir əlamət isə bu keyimə daha çox hərəkət sonrasında, ya da stress sonrasında ortaya çıxır. Məsələn, bəzən xəstələr anladır: “Sol tərəfə yatanda sol qolum keyiyir”. Bu çox da ürək şikayəti deyil. Bizdə sol qolda keyimə daha çox bir efort əsnasında, ya da stress sonrasında ortaya çıxır. 

O protruziyadan (onurğa xəstəliyi) olduğu zaman da həm sağ, həm sol tərəfdə görülə bilir. Hər hansı hərəkətdə yada stressdə tətiklənmir. Yəni nəyə isə bağlı olmur. Praturuziya zamanı olan keyiməyə ürək nahiyəsində olan ağrı bərabərlik etmir. 

İnfark zamanı nə edilməlidir? 

İnfarkt zamanı bizim üçün zaman çox önəmlidir. Xəstə ən yaxın zamanda, ən qısa müddətdə xəstəxanaya çatdırılmalıdır. Ama bu xəstəxanaya çatdırılma xəstənin öz imkanları hesabına olmamalıdır. Yəni özü yeriyərək, ya da avtomobil sürərək xəstəxanaya getməyə çalışmamalıdır. Çünki daha öncə də dediyimiz kimi infarkt sırasında ürəyi qidalandıran damarlar tıxanmış olur. Yəni ürəyin, ürək əzələsinin oksigen ilə təminatı azalır.

Hərəkət sırasında isə tam tərsinə ürəkdə aktivlik artır və ürəyin oksigenə olan ehtiyacı da artır. Ona görə biz prosesi daha da dərinləşdirə bilərik, infakt daha çox ürəyə xəsarət yetirmiş ola bilər. 

Xəstə, əgər varsa yaxınları, yoxdursa özü təcili yardıma zəng vurmalıdır ilk növbədə.

Əgər yalnızdırsa, yaxşı olardı ki, hər hansı bir yaxınına da xəbər versin ondaki vəziyyətlə əlaqəli. Yenə yanında yaxınları varsa, yaxşı olardı ki pəncərəni, qapını açaraq otaqda olan oksigen miqdarını artırmasına kömək etsinlər.

Eyni zamanda xəstənin əgər üst geyimləri onu bir miqdar sıxırsa, çalışmaq lazımdır ki, o xəstəni o geyimlərdən azad eliyək. Yəni köynəyin yaxaları açılmalıdır, qalstuk varsa, çıxarılmalıdır və s.

Xəstə hər hansı bir yerə oturmalıdır mütləq, ya da uzanmalıdır. Ayaq üstə durmaq, hərəkət etmək həm az öncə anlatdığım səbəblərə görə, yəni ürəyin oksigen ehtiyacı artdığına görə istəmədiyimiz bir şeydir, həm də infarkt sırasında bəzi aretmiyalar ola bilir, təzyiq düşüşləri ola bilir və bu zaman xəstə yıxıla bilər, huşunu itirə bilər. Bu zaman infarktla yanaşı xəstə başqa travmatoloji xəsarətlər də ala bilər. Bu da istəmədiyimiz bir şeydir. 

Bəzən xəstələrdə infarkt sırasında baş gicəllənməsi, gözdə qaralma ola bilir. Bu aritmiyanın əlamətidir. Yaxşı olardı ki, belə bir şey hiss edən xəstələrimiz dərindən, qüvvətli öskürməyə çalışsın. Bu zaman ürək ritmi qismən də olsa bərpa olunur və xəstənin şikayətləri bir miqdar düzəlir.

Əgər xəstə özündə infarkt əlamətlərini avtomobil istifadə edərkən hiss edirsə ki, günümüzdə çox insan artıq avtomobil istifadə edir… Yoldaykən belə bir şey baş verərsə, mütləq avtomobili kənara çəkərək saxlamaq lazımdır. Bu zaman çalışmaq lazımdır ki, xəstənin özü təcili yardıma zəng vursun. Əgər bacarmırsa, ətrafındakı insanlardan kömək istəmək mütləq lazımdır.

İnfarkt təkrarlana bilər və bu alınan müalicədən də asılı deyil.

İnfarkt keçirənlər nələrə diqqət etməlidirlər?

Təəssüf ki, infarkt təkrarlana bilən bir şeydir və bu alınan müalicədən də asılı deyil. Yəni xəstə “Mən dərmanlarımı düzgün istifadə edirəm, artıq mənə bir şey olmaz” fikrinə qapılmamalıdır. Çünki ürək xəstəlikləri daha çox həyat tərzi dəyişiklikləri ilə düzələ bilir.

Xəstə təkrar infarkt olmasın deyə çalışmalıdır ki, tütün məhsulları istifadə edirsə, mütləq buraxsın. Çünki bu zaman tütün məhsulları istifadə etməyə dəvam edən xəstə özündə təkrar infarkt riskini ən az 2-3 dəfə artırmış olur.

Eyni zamanda xəstələrimiz çalışmalıdırlar ki, daha çox hərəkət etməyə çalışsınlar, düzgün idman proqramlarına riayət etməyə çalışsınlar. Çünki bu zaman biz həm xəstənin kilosunu, həm xolesterin miqdarını, həm də təzyiqini daha yaxşı kontrol altına ala bilirik.

Eyni zamanda bəzi pəhriz qaydalarına da diqqət eləmək lazımdır. Daha sağlam qidalarla qidalanmaq, yağ qəbulunun miqdarını ayarlamaq və s. kimi qaydalar var. Onlara diqqət eləmək lazımdır. Bu da yenə xəstənin kilosunun, xolesterin miqdarının və təzyiqini daha yaxşı kontrollu olmasına səbəb olur.

Eyni zamanda xəstələrimiz həkim-kardioloqların onlara təyin etdiyi dərmanları çox düzgünlüklə istifadə etməlidirlər. Dərmanlara ara vermək bir həftə, on gün belə olsa, bir gün belə olsa yol verilməzdir. Və dərman qəbulu sırasında hər hansı bir şikayət ortaya çıxırsa və yaxud da xəstə başqa bir problemlə üzləşirsə, mütləq öz həkimi ilə əlaqə saxlamalı və şikayətini bildirməlidir. Yəni hər hansı bir səbəbdən dərmanı buraxmaq yol verilməzdir.

Dr. Həmidə Muxtarzadə, Həkim-kardioloq

40 replies on “İnfarktın əlamətləri nələrdir?”

Salam doktor,mən sol yanı üstə yatanda sanki havam çatmır bu ürək xəstəliyinin əlamətidir.

Salam. Belə əlamətlər adətən ağciyər və ya ürək ətarına maye yığıldıqda olur.
Dr. Əlirza Ağabəyli, Kardioloq

Salam məndə son günlər ürəyimdə görnəmə və halsızlıq var birdə ayaqlarım və qollarım özümə sığmır çox yorğun hiss edirəm özümü bu fəsil ilə əlaqəli ola bilər yixsa problemin göstəricisidir

Salam. Əgər sıxılma fiziki gərginliklə əlaqəli deyilsə, çox güman səbəb əsəb gərginliyidir.
Dr. Əlirza Ağabəyli, Kardioloq

Salam Mənim 35 yaşım var 3,4 gündü sol tırəfdə ağrı göynəmə hissi var ayaq üstə durduğda halsızlığ olur sol qolum hərəkətsizləşir ürəyim bulanır təzyiqim 160,100ə dir bunun səbəbi nə ola bilər

Salam. Hipertoniya xəstəliyi olar. Ağrı və göynəmə şikayəti araşdırılmalıdır, səbəb çoxdur.
Dr. Əlirza Ağabəyli, Kardioloq

Salam mende agri olur chox vaxt sine nahiyesinde aradada hisrlenib qishqiranda sanki icheriden neise qopurmushkimi hiss yashiyiram aniden bu neden ola biler?

Salam, anamın 61 yaşı var. şəkərli diabet xəstəsidir. 4 gündür ürəyində çox şiddətli ağrılar olur. Sancı başlayan kimi birinci baş ağrısı verir. Bənizi ağ appaq ağarır. Sol qolu keyiyir, bədənu buz kimi soyuyur. Ürəkbulanması olur qusur.Tutmalar sancı şəklində olur. Sancı əvvəllər 10 15 dəqiqə çəksə də son iki gündə 20 dəqdən 1 saata qədər davam edir.

Salam mənim iki gundu sol tərfimdə agrilar olur sol qolumun ic sumuyu sanki agriyir.bu gun sinəmin sol tərfində bədənimdə 20 qep boyda goyermə olub .hal hazirda əl vuranda belə sol tərəfim agriyir hərdən elə bil iynə batir .həmin agri kureyimədə vurur.birdə elə bkl bogazima nəsə tixanib

Salam mənim sol nahiyəmdə 2 gündür ağrı var, bu ağrı sanki orda nəsə ilişib qalıb gedə bilmir kimidi, sol qolumda hərəkətsizlik var, beynimin sol hissəsinədə yüngül yayılıb ağrı

SALAM hekim məndə sol qolum.barmaqlarima kimi keyiyir Sinem ağrıyıb keçir amma ən çox elə hiss edirəm ki ürəyim partlayacaq ürəyim ağrıyır sol tərəfim ağrıyır məni çox narahat edir həkime gedirəm deyir sinirdi sinir 4-5 ay davam edir nevroloqdanda müalicə alıram xeyri yoxdur .Amma mənim fikirimce ürəyimde nəsə var bir gün heçnə yoxdur deyə deyə infakt keçirib öləcəm .

Salam doktor.men iki defe berk eseblesmisem,birincide yataga uzanarken feri den sesi nefes alirdim.ozum I toplaya bilmirem.ikinci esebimdese ureyim ele bil kiricirib yada yaralodir kimi gelir.agriyir var qolumda kireyimde bas agrisida oldu iki gun cox yatdim

Salam məndə son günlər ürəyimdə görnəmə və halsızlıq var birdə ayaqlarım və qollarım özümə sığmır çox yorğun hiss edirəm özümü bu fəsil ilə əlaqəli ola bilər yixsa problemin göstəricisidir?

Salam hekim menim ürək nahiyəmdə sancma hissi var.danisanda belə çənem sanki axirmiş kimi olur kureyimdede ağrılar olur.sizce bu nəyin əlamətidir?

Salam. Mebim sinemin duz ortasinda geceden bu yana yumruq kimi gergin ve yangi hissi var. Fikrinizi bilmek isterdim.

Salam, həkim. Mən əsəbləşəndə sol tərəfdən çiynimin yuxarı hissəsi,bir də kürəyim ağrıyır. Bu bir neçə dəfə təkrar olub. Sinə hissədə elə də ağrı olmur. Ağrı arada qola yayılır. Çox davam edir bu ağrı. Elə bil qulunc yığılır həmin hissəyə . Şıqqıltı səsi gəlir hərəkət edəndə. Bu ürəklə bağlı problem ola bilər? Ya nevroloji? Təzyiqim yüksək deyil.

Salam.Ani hereket zamani sol teref kürek nahiyemden şiddetli agri oldu ve bir nece saat dayanmadan davam etdi.Sonra agri tedricen azalsa da hereket zamani hiss edirem agrini.Sebeb ne ola biler?

Salam.Mənim Ürek nahiyyəmdə bir neçə gündür sancmalar olur,bezen ayağım,sağ ve sol qolumun sümüyüde ağrıyır,bezen sancmalar belimdede hiss olunur yalnız tek sorun budurki men bunları düşünerken olur normalda olmur

Salam həkim.məndə sol qabırğamın alt tərəfində sıxıcı ağrı olur.belə olanda nəfəsim sanki çatmır.7 ay qabaq kardioloq həkimə getdim ürəkdə teztez döyünmə dedi comprosor və kardiomaqnil 25 mq dərmanın yazdı.amma köməyi olmadı.bugün də kurt plastr yapışdırdım .Ürəyim gedən kimi oldu, halım hisləşdi.
Bunun səbəbi nə olar? Xahiş edirəm cavablandırasının

biraz yol geden kimi tengnefes oluram, ureyim sixilmaga agrimaga bashliyir,
Esebleshende ise ureyim daha tez doyunur ve nefes ala bilmirem neden ola biler

Salam.Men 3 ay olar Miokard infakti kecirmishem.39 yashim var.Umumi 5 stent yerleshdirildi.Sadece olara doş qefesimin orta alt nahiyesinde arada joqami deyil goynememi deyim agri olur arada.1-2 deqiqe cekir o goyneme.
Sol qolumda umumiyyetle sol terefimde sancilar olur iyne kimi.Halsizligim var taqetden dushurem.Buna dermanlar sebeb ola biler.mes;Ultrox 40,Neksil dermanlari kimi.Bir meslehet vererdiz.
Menin hekimim Serdar Abdullaidir.

SALAM hekim məndə sol qolum.barmaqlarima kimi keyiyir Sinem ağrıyıb keçir amma ən çox elə hiss edirəm ki ürəyim partlayacaq ürəyim ağrıyır sol tərəfim ağrıyır məni çox narahat edir həkime gedirəm deyir sinirdi sinir 4-5 ay davam edir nevroloqdanda müalicə alıram xeyri yoxdur .Amma mənim fikirimce ürəyimde nəsə var bir gün heçnə yoxdur deyə deyə infakt keçirib öləcəm .

Həkim ürəyim bu 7/24 narahatdi hərdən bir cür edir ürəyim ağrıyır sıxılır sanki bu dəyqe dayanacaq kimi olur amma sol qoldada ağrı keyimə olur kürəyime vurur qulunc kimi dartınib qıram biraz sakitləşir bide bide seher yuxudan duranda başı. Sıxılır sanki qan getmir kimi amma məni ən çox narahat edən ürəyimdir

Salam, durgun veziyyetde uzananda oturanda bir sozle hereketsiz olanda arada biri ureyimden mohkem sanki qalxir sanki iyne batiriar neyin elametidi?

Salam.Mən də qarında şişmə,ürək döyüntüsünün zəifləməsi,nəfəs darlığı olur.Ürək damarlarının tutulmasından ola bilər ya başqa birşeydir?

Salam mən çox ayağ üsdə duranda və yaxud hər hansısa bir fiziki iş görəndə bəzən təngənəfəslik soyuq tər başgicəllənməsi birdə sinəmdə ağrılar olur bu hansısa ürək prablemləri ola bilər?

Salam. Təcili olmayan hallarda (məs. infaktdan 1 gündən çox keçib…) 90/60-dan az olan təzyiqlə adətən etmirlər, təzyiqin yüksəlməsini gözləyirlər.
Dr Əlirza Ağabəyli, Kardioloq

Salam, sol qolda keyimə kürək ağrısı sol çiyində ağrı və döş qəfəsində göynəmə var. Ancaq mədə ağrıları və mədə göynəmələri də var bu göynəmələr yemək borusu boyunca boğaza qədər yayılır. Sizcə bu ağrılar mədə ilə bağlıdır? Yoxsa infarkt?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir