Kateqoriyalar
Ginekologiya

Sonsuzluq: səbəbləri, müalicəsi

Sonsuzluğu birincili və ikincili sonsuzluq olaraq ikiyə ayırırıq biz. Birincili sonsuzluq yeni evlənən cütlüklərimizdə, bir il boyunca müntəzəm cinsi əlaqəyə baxmayaraq, yəni həftədə 2-3 dəfə olan əlaqəyə baxmayaraq hamilə qalınmamasıdır. 

İkincili sonsuzluq nədir?

İkincili sonsuzluq daha əvvəl uşağı olan və ya hamilə qalan qadınlarda 6 ay boyunca düzənli cinsi əlaqəyə baxmayaraqhamilə qalmırsa buna ikincili sonsuzluq deyirik. 

Sonsuzluğun səbəbləri

Sonsuzluğun doğru müalicə olunması üçün ilk öncə doğru diaqnostikanın qoyulması çox vacibdir. 

Təəssüflər olsun ki, sonsuzluqda ilk öncə müayinəyə qadınlar gedir. Kişilər daha çox arxa planda qalırlar. Amma sonsuzluğun ən sıx rast gəlinən faktoru kişi faktorudur. Spermin azlığı, spermin anomaliyası… 

Qadınlarda isə ən sıx rast gəlinən faktorlar uşaqlıq anomaliyaları, poliplər, miomlar, daha əvvəl keçirilmiş infeksion xəstəliklərə bağlı olaraq boruların bağlı olması. Hormonal xəstəliklər, yəni prolaktin hormanların çox yüksək olması, qalxanvari vəzin həddən artıq aktiv çalışması və ya az çalışması. Bundan başqa şəkərli diabet xəstəliyi, polikistoz xəstəlikləri, bunlar hamısı sonsuzluğun səbəbləri ola bilərlər. 

Sonsuzluğun müalicəsi

Müayinəyə kişi və qadını, hər ikisini çağırırıq. Çünki bizim sonsuzluqda qızıl qayda dediyimiz, yəni etməli olduğumuz mərhələlər vardır. 

İlk öncə doğru anamnez alırıq xəstədən. Daha sonra spermoqram tələb edirik. Sperm analizini elətdiririk. Ondan sonra qadınların aybaşının üçüncü günündə hormonlarına baxırıq, ultrasəs müayinəsi edirik və histerosalpinqoqrafiya dediyimiz yəni uşaqlığa, boruya rentgen filmi, yəni uşaqlıq filminin çəkməsini edirik. Doğru, düzgün diaqnoz qoyduqdan sonra bunlara uyğun da doğru müalicəni başlayırıq. 

Uzman Dr.Aytən Nəcəfəliyeva, Cərrah mama-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir