Kateqoriyalar
Pediatriya

Uşaqlarda qızdırma olanda nə etməli?

“Yüksək qızdırma zamanı nə etməliyik? Hansı dərmanları verməliyik? ” deyə qısa bir məlumat vermək istəyirəm. 

İlk öncə onu deyim ki, valideynlərimizin çoxu əlini uşağın alnına qoyaraq qızdırmanı ölçürlər. Amma bu düzgün metod deyil. Bəli, bəzən çox da haqlı çıxırlar. İndividualdır, bilirlər. Bu zaman mütləq termometrlərdən istifadə etmək lazımdır. Termometrlər özləri bir neçə formada ola bilər və biz qızdırmanı qoltuqaltı – akselyar, ağız içi – oral, bağırsaqdan – rektal və qulaqdan baxa bilərik. 

Qızdırma ölçmək üçün termometr seçimi

Bunun üçün elektron və civəli termometrlərdən istifadə edirik. 

Civəli termometrləri hal-hazırda çox da geniş istifadə etməməyə çalışırıq. Çünki uşaq onu qıra bilər, civəni ətrafa yaya bilər, şüşə qırıntılarını ağzına sala bilər. 

Amma elektron termometrləri də düzgün seçmək lazımdır. Çünki çox həssas termometrlərdir və bu zaman temperaturu düzgün göstərməyə bilərlər. 

Qızdırmanı dəmansız salmaq üsulları

Amma biz qızdırmanı ölçdükdən sonra əgər dəyər 38-ə qədərdirsə, o zaman heç bir dərman verməyə gərək yoxdur. Bu zaman uşağın əynini nazik eləməli, soyundurmalı, ətraf mühitin temperaturunu soyutmalı, əgər yay ayıdırsa konsioner içəridə yandırıla bilər və bu zaman mexaniki üsulla uşağın bədən temperaturunu aşağı salmağa çalışırıq. Yəni o saat dərmana qaçmırıq.

 38 olduqda belə uşağı hamama salıb çimdirmək, soyuq su altında deyil, ilıq suda çimdirmək çox gözəl effekt verir. Analarımız bəzən 2-3 dəqiqə ərzində hamamdan çıxardılar. Elə deyil. 20 dəqiqəyə qədər ilıq suyun altında saxlamaqda fayda var. Həqiqətən bu zaman dərəcə 1 dərəcəyə qədər aşağı enir. 

Tutaq ki, bu dediyimiz şeylər kömək etmədisə, o zaman biz dərmanlardan istifadə etməliyik.

Qızdırma salan dərmanlar

Mən körpə uşaqlara tablet formasında dərmanların verilməsini məsləhət görmürəm. Ən çox şam və siroplardan istifadə edə bilərsiniz. Şamları isə 3 yaşına qədər uşaqlarda istifadə etməyə tövsiyə edirik. Cinsi tərbiyə yönümündən onların 3 yaşından sonra istifadə edilməsi məsləhət deyil. Siropları istifadə etdikdə diqqətli olun. Əgər uşağın çiyələyə qarşı allergiyası varsa, bu zaman çiyələk tərkibli təbii ki, sirop vermək olmaz. Bunları nəzərə alın.

Parasetamol və ibuprofen tərkibli dərmanlar

İki cür forma dərman mövcuddur.

Parasetamol və ibuprofen tərkibli dərmanlar mövcuddur. 

Ən çox birinci üstünlük verdiyimiz dərman parasetamol tərkibli olacaq. Belə ki, onu uşaqlara acqarına, daha kiçik yaşlı uşaqlara vermək olar və təbii ki, onun dozasını doktorla mütləq məsləhətləşmək lazımdır. Belə ki, əgər düzgün verməsəniz qızdırma salıcını, o zaman qızdırma etməyəcək və daha mənfi xüsusiyyətlərə gətirib çıxara bilər. Ona görə uşağın yaşına görə deyil, mütləq çəkisinə görə dərman verməyi, preparatı təyin etməyi tərcih edirik. 

Əgər əlimizin altında ibuprofen tərkibli dərmandırsa, o zaman diqqət edəcəyimiz məqamlar mütləq uşaq 6 aydan böyük olmalıdır. 7 kilodan çox olmalıdır və acqarına olmamalıdır. Çünki bu tərkibli dərmanlar verdikdə mədəyə ziyan etmiş oluruq. Bunları mütləq nəzərə alın. 

Əgər evdə verdiyimiz bu dərmanlar sayəsində uşağın qızdırması edərsə, uşaq suyunu içərsə, müayinə qəbul etməyi normal olarsa, yeməyini az yesə belə, 3 sutka, yəni 72 saat ərzində ev şəraitində gözləmək olar. 

Amma xeyr, uşaq suyunu içmirsə, qızdırmalar çox yüksək davam edirsə, qızdırmanı ev şəraitində sala bilmiriksə, bu zaman mütləq həkim nəzarəti altında müayinə olunmalı və lazımi tədbirlər uşaq üçün görülməlidir.

Antibiotiklər qızdırma salıcı dərman deyil

 Bir şeyi də qeyd edim ki, antibiotik qızdırma salıcı dərman deyil. 

Bəzi valideynlər antibiotik verən kimi qızdırmanın düşməsini gözləyir. Ümumiyyətlə, çalışıb özbaşına aptekdən antibiotik alıb uşaqlara verməyin. Çünki çəkiyə görə düzgün hesablanmalıdır, yerində verilməlidir, düzgün verilməlidir. Antibiotik qızdırma salıcı preparat deyil və hər qızdırmada o dərman təyin edilməz. 

2 dərman arasında neçə saat keçməlidir?

Qeyd etmək istədiyim məqamlardan biri də biz qızdırma salıcıları verdiyimiz zaman parasetamol və ibuprofen tərkibli dərmanları mütləq surətdə 4 saat ara ilə verilməsini tövsiyə edirik. Yəni bir dəfə ibuprofen tərkibli dərman verdikdə 4 saatdan sonra eyni tərkibi dərman verməyi tərcih etmirik. Ondan sonra parasetamol tərkibli sirop və ya şamlardan istifadə edə bilərsiniz. 

Əgər yox, əlimizin altında ancaq parasetamol varsa, o 6-8 saatda bir, ibuprofen tərkibli dərmanlar isə, yalnız 8 saatdan bir istifadə oluna bilər. Və biz “çarpaz qanun” deyilən qayda ilə o dərmanlar verdiyimiz zaman 2 ibuprofen arasında zaman fərqi 8 saata bərabər olacaqdır. 

Əgər qızdırma ev şəraitində düşmürsə…

Amma bəzən qızdırmalar o qədər yüksək ola bilir ki, bu qaydaya heç tabe olmur və bu zaman təbii ki, ev şəraitində deyil stasionar şəraitində venadaxili mayelər, dərmanlar, həkim nəzarəti altında köçürməklə qızdırmanın nəzarətə alınmasına kömək edirik. 

Bir də qeyd edəcəyim məqam, əgər uşaqda keçmiş anamnezində febril qıcoma, yəni qızdırma yüksək olduğu zaman el arasında dediyimiz “sudurqa” keçirilibsə, o zaman ehtiyatlı olmaq lazımdır. Çünki bu hal altı yaşa kimi təkrarlana bilər. 

Dr.Gülnar Abdullayeva, Pediatr

14 replies on “Uşaqlarda qızdırma olanda nə etməli?”

Salam. Boyu ölçmək lazımdır. Boy və çəki nisbətini dəqiqləşdirmək lazımdır. Normativdən nə qədər geri qaldığını dəqiqləşdirmək lazımdır.
Qızdırmanın 37 dərəcə olmasının səbəbi araşdırılmalıdır.
Dr Gülnar Abdullayeva, Pediatr

Salam. Uşağım iki gündü qızdırır ,38
Qizdirmasalici da vermişəm.,düşür ,yeniden qalxır ,qızdırmadan bir gün evvel yediyini ,içdiyini qaytardı
Ondan sonra qızdırma düşmür

Salam. Əgər xəstəyə qızdırma düşürücü dərman veririksə, qızdırması düşərsə, uşaq maye qəbul edərsə, 3 gün ərzində evdə gözləyə bilərik.
Ancaq xəstənin qızdırması düşmürsə, əlavə olaraq qusma halları varsa (maye itirirsə), uşağın mütləq həkim müayinəsində olması, müayinə olunması gərəkir.
Dr Gülnar Abdullayeva, Pediatr

Salam mən uşaqım səhər yaxşı idi normal da saeska yumurta falan verirəm bu gün də verdim axşam atasıda o saseska dan yeyəndə demişdiki bu niyə belə olub şephələndim xarab olub amma dedim heç bir şey olmaz xaladeynik də qalıb səhər bişirdim verdim sonra gilas alça da çox yeyib bilmirəm çöpüme qalıb ya saseska mı bir şey etdi axşam qızdırması qalxdı nurafen verdim şamda qoydum yatanda gecə qızdırma ilə iyandı əsirdi amma qızdırmadan başqa qusma falan heç bir şey de olmayıb bilmirəm durduq yerə niyə belə oldu qızdırma 38den düşmür qaynanam deyir uşaq suya soxdun çimdi soyuq oldu marojna verdin soyuq oldu sabah həkimə aparacam sizcə nədən olmuş olar qızdırma belə????

Salam. Hər vaxtınız xeyir olsun. Burda qeyd olunan şikayətlər, əsasən, yüksək qızdırma, titrəmə ilə gələn qızdırma olduğunda, qusma yoxdursa, ishal yoxdursa, mədə-bağırsağa aid heç bir şikayət yoxdursa, daha çox bunu virus mənşəli, yəni hava damcı infeksiyaları ilə yoluxma nəticəsində əmələ gəlmiş xəstəlik olaraq dəyərləndirmək olar. Təbii ki, daha dəqiq düzgün toplanmış anamnez, müayinə və verilmiş analizlərə əsasən təyin etmək olar.
Dr Gülnar Abdullayeva, Pediatr

Salam. Qizim 8 ayliqdi, dis cixarir. Qizmasi 39dur ve qarni da gedir. Oz sahe pediatrina apardim, bildirdi ki, usaga virus dusub, diareya eleyhine sirop, porosok ve paracetomol terkibli sirop yazdi. Bu qizma disine goredirmi? Ya hekimin yazdigi dermanlari verim?

Salam. 8 aylıq uşaqda diş çıxartma problemi adətən 39 dərəcəyə qədər qızdırma vermir. 37,5-37,8 dərəcə, maksimum 38 dərəcəyə qədər olur. Cox nadir hallarda 39-a qədər qalxa bilir. Bunu tam aydınlaşdırmaq üçün bizim müayinə etməyimiz gərəkir. Doktorunuz müayinə edibsə, bunun viral olduğunu söyləyirsə, demək ki, həm virus infeksiyası var, həm də diş çıxım prosesi olur. Üst-üstə düşdüyü üçün belə bir müalicə yazıbdır. Çünki burada diareya əleyhinə paraşok yəqin ki, probiotik yazılıb, parasetamol tərkibli sirob yazılıb. Qızdırmanın dişə görə olub olmadığını uşağın müayinəsi, anamnez və aparılan analizlərindən sonra aydın olur.
Dr. Gülnar Abdullayeva, Pediatr

salam.Mənim qızım artıq 4 gündür ki gün ərzində qızdırması salınmaqla 2 dəfə qızıdırır
Səhər qızıdırması varsa Nurafen verib salırıq yaxşı olur axşama yenə olur.Axşam salırıq səhəri günü yenə olur.Əhvaı ruhiyəsi normaldı.Yemək gah iştahla gah iştahsız yeyir.Öskürmə ,qaytarma yoxdu.Boğazında qızartı var .Amma rahat udqunur.Narahat edici məqamdı.Həkimədə apara bilmirk hələ ki.Uzaqda dı.

Salam. 7 yaşlı qız uşağının qızdırması dişə görə ola bilməz. Bu birmənalı şəkildə ola bilməz. Əgər xəstənin 3 gün ərzində qızdırması varsa, qızdırmanı ev şəraitində sala biliriksə, xəstənin yeməyində, içməyində problem yoxdursa, başqa həyatı tətikləyən, yəni yuxarı qalxan qızdırma, qızdırma nəticəsində febril qıcolma, qusma, ishal, halsızlıq, iştahsızlıq yoxdursa, 3-5 sutkaya qədər gözləyə bilərik. Əgər 5 gün ərzində qızdırma düşməzsə, davam edərsə, mütləq surətdə bir həkim müayinəsində olmalıdır.
Dr. Gülnar Abdullayeva, Pediatr

Salam. 7 yaşlı qız uşağının qızdırması dişə görə ola bilməz. Bu birmənalı şəkildə ola bilməz. Əgər xəstənin 3 gün ərzində qızdırması varsa, qızdırmanı ev şəraitində sala biliriksə, xəstənin yeməyində, içməyində problem yoxdursa, başqa həyatı tətikləyən, yəni yuxarı qalxan qızdırma, qızdırma nəticəsində febril qıcolma, qusma, ishal, halsızlıq, iştahsızlıq yoxdursa, 3-5 sutkaya qədər gözləyə bilərik. Əgər 5 gün ərzində qızdırma düşməzsə, davam edərsə, mütləq surətdə bir həkim müayinəsində olmalıdır.
Dr. Gülnar Abdullayeva, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir