Kateqoriyalar
Nevrologiya Pediatriya

Qızdırmadan olan qıcolmalar

Valideynləri narahat edən xəstəliklərdən biri də febril və ya qızdırmadan olan qıcolmalardır.

İlk öncə onu vurğulayım ki, çox hallarda uşaqların bir çoxunda qızdırmadan olan qıcolmaları biz görürük və bu normal dəyərləndirilir. Amma febril qıcolmaların, “bəsit” və “kompleks febril qıcolma” deyilən iki forması vardır.

Bəsit febril qıcolmalar

Əgər məsələn, temperatur 38,5 dərəcənin üstündədirsə, 2-5 yaş arası dövründə olan uşaqlarda gördüyümüz bir qıcolma formalarıdır.

Kompleks febril qıcolmalar

Yox, əgər uşaq qızdırmadan olan qıcolmanı 38-ə qədər olan temperatur fonunda keçirirsə və sutka ərzində qıcolma bir neçə dəfə təkrarlanırsa, qıcolmanın müddəti uzun çəkirsə, qıcolmadan sonra uşaqdahər hansı bir nevroloji defisit qalırsa və yaxud da ki, uşaq 1 yaşından kiçik dönəmdə febril qıcolma keçirirsə və ya 5 yaşdan böyük uşaqda indiyə qədər olmayıb və febril qıcılma başlayıbsa, bu artıq daha diqqət tələb edir. Çünki bu qıcolmalar “kompleks febril qıcolmalar” olub daha təhlükəli hesab olunurlar. 

Normalda 1 yaşa qədər olan uşaqlarda febril qıcolmalara daha diqqətli yanaşmaq lazımdır. Çünki 1 yaşa qədər olan uşaqlar febril qıcolma keçirərsə onların meningit, ensefalitdən olma ehtimalı yüksək olduğu üçün bu baxımdan çox diqqətli olmağımız lazımdır. 

Febril qıcolmalar təhlükəsizdir, amma…

Əslində “febril qıcolmalar təhlükəsizdir” deyirik və hətta həyatında bir febril qıcolması, bir qızdırmadan qıcıloması olan uşaqlara çox vaxt biz əlavə müayinələri məsələn, elektroensefoloqramma və maqnit rezonans görüntüləmə (MRT) müayinələrini belə istəmərik. 

Amma yenə burada kənaraçıxmalar vardır və ona görə də hətta bir febril qıcolma keçirmiş pasientin belə həkim tərəfindən dəyərləndirilməsini tövsiyə edirik. 

Çünki bəzi epileptik ensefalopatiyalar məsələn, “dravet sindromu” dediyimiz inkişafa mane olacaq epileptik ensefalopatiya vardır ki, ilkin formada febril qıcolma ilə başlanır. Yəni uşaq birinci dəfə qızdırmadan qıcolma keçirir və bunun ardından artıq uşağın inkişafı, mental motor inkişafı ləngiyir və multipl formalı, yəni fərqli-fərqli formalı qıcolmalar da qoşula bilir.

Və yaxud da ki, sıx-sıx qızdırmadan qıcolma keçirilən bir pasientdə gələcəkdə medial temperal sklerozun yaranmasına və artıq temperatursuz, yəni afebril qıcolmaların və yəni epilepsiya xəstəliyinin yaranmasına gətirib çıxara bilir. 

Ona görə də “Hər febril qıcolma təhlükəsizdir” deyib keçmirik. 

Yenə də, əgər uşaqda bir qıcolma varsa, mütləq şəkildə qızdırmanın qalxmasının qarşısı alınmalıdır və mütləq şəkildə, tək febril qıcolma olsa belə, həkim tərəfindən kontrola alınmalıdır.

Dr.Rima İbadova, Nevroloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir