Obezite, artıq çəki, piylənmə çağımızın sürətlə yayılan xəstəliklər qrupundandır və obezitenin ağırlaşmaları çox geniş əhatəlidir. Buraya şəkər xəstəliyi, metabolik sindrom, ürək-damar xəstəlikləri, təzyiq xəstəliyi, “barrett ezofaqusu” dediyimiz xəstəlik, Reflüks xəstəliyi, kişilərdə prostat xərçəngi riskinin artması kimi yanaşı təsirləri, ağırlaşmaları olan xəstəlikdir və obezitenin müalicəsində bu gün üçün endoskopik olaraq mədə botoksu və mədə balonundan istifadə edirik.
Mədə balonu necə arıqladır?
Mədə balonu əməliyyatsız 15-20 dəqiqə ərzində endoskopik olaraq xəstənin mədəsinə yerləşdirilən müalicə üsuludur və biz onu xüsusi maye ilə doldururuq. Təxminən 500-700 cc-yə qədər maye ilə doldurulur və xəstənin mədəsinin bir hissəsini tutmuş olur. Bunun nəticəsində tez doyma hissi yaranır xəstədə, az-az yeməyə başlayır və atışdırma hissi azalmış olur ki, bunun nəticəsində 4-6 ay ərzində və maksimum bir il ərzində balonun təsirindən xəstələr 15-20 faiz çəkilərini atmış olurlar.
Eyni zamanda xəstələrə aşağı kalorili diet, ketogenik diet tətbiq olunur ki, bu diet vasitəsilə artıq xəstələr daha artıq çəki atmağa başlayırlar və uzunmüddətli pəhriz və həyat tərzinə öyrəşdikdən sonra, sonradan qidalanma tərzini dəyişdikləri üçün artıq çəkilərinin çox hissəsini verməyə başlayırlar.
Balon yerləşdirildikdən sonra xəstələr mütləq bizim və dietoloqun nəzarəti altında olur. Xüsusi həyat tərzi və proqram tətbiq olunur bu xəstələrə və daima nəzarətdə olur.
Çəkilərini dediyimiz kimi təxminən 15-20 kq ata bilirlər.
Mədə balonu yerləşdirməyə əks göstərişlər
Kimlərə olmaz mədə balonu müalicəsi?
18 yaşın altında olan şəxslərə, çəkisini atmaqda qərarlı olmayan, mental vəziyyəti normal olmayan şəxslərə olmaz. Bir il ərzində mədə və yaxud laparoskopik olaraq hər hansı bir əməliyyat keçirən şəxslərə, hamiləlik və laktasiya dövründə olan insanlara, mədəsində mədə qanaxması və iltihabi mədə xəstəlikləri və yaxud qaraciyər sirrozuna bağlı olaraq qida borusunda və yaxud mədəsində varikozları olan şəxslərə, mədə xorası olan şəxslərə və udqunma çətinliyi, udqunma problemi olan insanlara mədə balonu yerləşdirilməsi əks göstərişdir.
Mədə balonunun əlavə təsirləri
“Mədə balonu yerləşdirdikdən sonra hər hansı əlavə təsir olurmu?”- ən çox verilən suallardan biri budur.
İlk 3-4 gün, maksimum bir həftə ərzində xəstələrdə ürəkbulanma, qusma və sancı şəkilli mədə ağrıları ola bilir ki, bu öyrəşmə yaranana qədər mümkündür. Bu dövr ərzində biz xəstələrə xüsusi dərman müalicəsi təyin edirik ki, öyrəşmə periodunu daha tez atlatmış olurlar bununla. Bundan əlavə başqa yanaşı təsiri yoxdur mədə balonunun.
Həm balonun özü, həm də daxilindəki mayesi heç bir əks göstərişi olmayan materialdan və mayedən hazırlanmışdır. Heç bir allergik təsiri yoxdur.
İki növ mədə balonumuz vardır ki, biri endoskopik yolla xəstənin mədəsinə yerləşdirilir. Xəstə sedasiya altında heç nə hiss eləmir.
15-20 dəqiqəlik bir prosedurdur.
Və udula bilən ellips balonlar vardır ki, endoskopsuz, narkozsuz olaraq kapsul halında balonu udur. Rentgen altında balonun mədədə olduğuna əmin olduqdan sonra maye ilə doldurulur. Yenidən rentgen altında olduğuna əmin olunur və 15-20 dəqiqədən sonra endoskopsuz, narkozsuz mədə balonu yerləşdirilir. Normal həyatına xəstələr 2-3 saat ərzində kontrolda saxlandıqdan sonra davam edə bilirlər.
Mədə balonu bütün dünyada 1982-ci ildən bu yana müxtəlif versiyalarla tətbiq olunan, protokollarda təsdiqini tapmış güvənli bir müalicə növüdür.
Dr.Şahnaz Atayeva, Qastroenteroloq, hepatoloq
13 replies on “Mədə balonu”
Mənim 25 yaşım var, boy 1,64 çəki 96, zəhmət olmasa mədə balonunun münasib qiymətini yazın
Salam. Qastroentroloq Dr Şahnaz Atayevaya müraciət edə bilərsiniz. Qiymət balonun növünə, firmasına və mədədə qalma müddətinə görə fərqlidir. Aşağıdakı nömrələr ilə əlaqə saxlayaraq qəbula yazıla və daha ətraflı məlumat ala bilərsiniz.
Tel: 012 959,
012 436 1496,
055 215 9698.
Salam mede balonunu mede kiciltme etmish biri etdire biler 3il kecibse emeliyyatindan
Salam. Xeyr, əməliyyat sonrası mədə balonu olmaz.
Dr. Şahnaz Atayeva, Qastroenteroloq-Hepatoloq
Salam çəkim 125 kq dır. Balon qoyula bilər?
Salam. Boy nə qədərdir?
Dr Şahnaz Atayeva, Qastroenteroloq-Hepatoloq
Salam adım aysel boyum 1 58 çekim 80 arıqlamaq isdeyirem ama daha da kokelirem mede balonu qoydurmaq isdirem qiymətin bilmirem
Salam. Qastroentroloq Dr Şahnaz Atayevaya müraciət edə bilərsiniz. Qiymət balonun növünə, firmasına və mədədə qalma müddətinə görə fərqlidir. Aşağıdakı nömrələr ilə əlaqə saxlayaraq qəbula yazıla və daha ətraflı məlumat ala bilərsiniz.
Tel: 012 959,
012 436 1496,
055 215 9698.
Salam mede xesteliyi olan bunu eletdire biler? Men mualice olunmusam,ama reflu ve gastiritden eziyyet cekirdim evveller.
Salam. Bədən kütlə indeksi uyğundursa, elətdirə bilər.
Dr. Şahnaz Atayeva, Qastroenteroloq-Hepatoloq
Salam yaş 37 ceki 116 kq boy187
Amma şeker xestesiyem
Salam 1.66 boy 75 kilo .Ama gastritden eziyyet cekmiaem etdire bilerem?
Salam. Olar.
Dr. Şahnaz Atayeva, Qastroenteroloq-Hepatoloq