Kateqoriyalar
Endokrinologiya

Piylənmə

Piylənmə 21-ci əsrdə ən sıx görülən xəstəliklərdən olub yanaşı olaraq bir sıra xəstəliyində yaranmasına zəmin yaradır və bunlar sayəsində də bir sıra kardiovaskulyar xəstəlik və sistemik xəstəliklər ortaya çıxır. 

Bunlardan ən sıx görüləni metabolik sindromudur. 

Metabolik sindrom özündə gələcəkdə ürək-damar sistemi xəstəliklərinə şərait yaradan bir sıra kriteriyalar ehtiva edir. Bunlar 5 kriteriyadır.

Bunlara 

  1. aclıq qan şəkəri 100-dən çox olması, 
  2. triqliserid xolesterinin 150-dən çox olması, 
  3. HDL xolesterin dəyərinin qadınlarda 50-nin, kişilərdə isə 40-ın altında olması, 
  4. təzyiqin 130/85-dən çox olması və 
  5. bel cevrəsinin, yəni qarın tipli yağlamanın, bel cevrəsinin kişilərdə 102 sm, qadınlarda isə 88 sm üzərində olması halıdır. 

Bu beş kriteriyadan əgər üçü varsa bu xəstələrdə ürək-damar xəstəlik riski, metabolik sindrom var deyirik və bu da gələcəkdə eyni zamanda prediabet şəkər-önü vəziyyətin, şəkərli diabetin yaranmasına da şərait yaratmış olur.

Piylənmənin yaratdığı fəsadlardan biri də şəkərli diabet xəstəliyidir. Aparılan araşdırmalarda şəkərli diabet xəstəliyi olan şəxslərin 80/100-də əslində artıq çəki və ya piylənmədən əziyyət çəkdiyi məlum olmuşdur. 

Bunun səbəbi də nədir?

Piylənmə başlanğıcda hiperinsulinizm yəni insulin ifrazının artması, insulin müqaviməti ilə gedir və bu da gələcəkdə karbohidrat mübadiləsini pozaraq şəkərli diabetin yaranmasına, şərait yaratmış olur. Və bu səbəbdən bu xəstələr, risk altında olan xəstələr mütləqdir ki, illik aclıq qan şəkəri, 3 aylıq şəkər dediyimiz qlükohemoqlobin dəyərinin baxılması və xolesterin dəyərləri baxımından yoxlanılsınlar. 

Piylənmənin yanaşı olduğu xəstəliklərdən biri də dislipidemiyalardır. 

Dislipidemiyalar ən sıx görülən metobolik xəstəlik qruplarındandır və dislipidemiyalarda ən sıx gördüyümüz hal, ümumi xolesterin dəyərinin artması, triqliserid xolesterin dəyərinin artması, LDL xolesterin az artması, HDL xolesterin dəyərinin isə azalması ilə gedir və bu da ən vacib kardiyovaskulyar, yəni ürək-damar sistemi xəstəliyinin öncü bir xəstəlik qrupudur və özəlliklə də gənclərdə, gənc xəstələrdə əgər piylənmə varsa və yanaşı dislipidemiya varsa, bu xəstələrdə ani miokart infarkt riski də artmış olur.

Piylənməni müşayiət edən digər bir bir xəstəlik arterial hipertenziyadır. Yenə araşdırmalar göstərmişdir ki, arterial hipertenziyası olan şəxslərin 50/100, 65/100-də əslində piylənmə də mövcuddur və bu səbəbdən xəstələr arterial hipertenziya baxımdan da kontrolda olmaları lazımdır.

Digər bir sürü piylənmə ilə yanaşı gedən xəstəliklərə polikistik yumurtalıq sindromunu deyə bilərik. Bu da qadınlarda sonsuzluğun əsas səbəblərindən biridir. Aybaşı pozğunluqları ilə gedən bir vəziyyətdir.

Piylənmə ilə yanaşı gedən digər bir vəziyyət yuxu apnoe sindromu, bronxial astma, bronxit xəstəliyidir.

Mədə-bağırsaq sistemi xəstəliklərindən isə reflüks, pankreatit, öd daşı xəstəliyi də yanaşı olaraq piylənmədə görülə bilər.

Sinir sistemi xəstəlikləri – depressiya, psixoz halları da piylənmə zamanı sıx görülən vəziyyətlərdəndir.

Bu səbəbdən piylənməyə sadəcə artıq çəki və kilo artımı, yəni kosmetik diskomfort olaraq baxılmamalı, bu xəstəliyin çox, bir sıra sistem xəstəliklərin öncüsü olduğu nəzərə alınmalıdır və buna görə vaxtında müalicə və təqibləri aparılmalıdır.

Uzman Dr.Könül Əhmədov, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir