Kateqoriyalar
Oftalmologiya

Eksimer Lazer əməliyyatına əks göstərişlər

Lazer korreksiya üsulu indiki zamanda çox geniş istifadə olunur və refraksion problemləri, refraksion dəyişikləri, yəni miopiya – yaxın görmə, hipermetropiya – uzaq görmə və astiqmatizmi aradan götürür və eynəkdən azad olmağa imkanı yaradır və əlbəttə, bununla xeyli həyat keyfiyyətini yaxşılaşdırır.

Amma Lazer korreksiyasının hər bir əməliyyatda olduğu kimi müəyyən əks göstərişi ola bilər və hər bir gözdə lazer korreksiyaya göstəriş olunmur.

Hansı faktorlar əks göstəriş ola bilər?

19 yaşdan kiçiklər eksimer lazer əməliyyatı olunmurlar

Birinci faktor, bu yaş faktorudur. Deməli, 19 yaşdan aşağı olan şəxslərdə lazer korreksiya etmək olmaz. Elə olur ki, pasiyentlər yaxınlaşıb xahiş edirlər ki: “Uşaq xaricə gedir, evlənir. Gəlin indidən bu problemi həll edək”. Amma bilmək lazımdır ki, 19 yaşına kimi inkişaf gedir və o vaxtına kimi lazer korreksiya əks göstərişdir.

Gözdə inkişaf edən zəifgörmə varsa, lazer əməliyyatı olmur

İkinci faktor bu inkişaf edən və proqressiya olan zəiflikdir. Məsələn, əgər miopiyanın, yaxud yaxın görmənin, ya da astiqmatizmin dərəcəsi tez-tez dəyişilirsə, əgər siz bir il ərzində eynək tez-tez dəyişirsinizsə, əgər rəqəmlər tez-tez dəyişilirsə, deməli hələ ki, bu proses inkişafın içindədir, hələ ki proqressiv formasındadır. Bu hallarda lazer korreksiya etmək olmaz, ancaq stabilləşmə olan zaman.

Göz dibində problem varsa, eksimer lazer əməliyyatı edilmir

Üçüncü faktor – bu göz dibində, yəni tor qışada distrofik proseslərdir. Distrofiyalar əsas mərkəz zonada olan distrofik proseslər, anadangəlmə olan irsi proseslərdir, travmadan sonra əmələ gələn, ya da iltihabi prosesdən sonra çapıqlar olur göz dibində. Bütün bu patoloji ocaqlar göz dibində, mərkəz zonada yerləşirsə, bu lazer korreksiya üçün əks göstərişdir. Çünki lazer korreksiyadan sonra biz yüksək nəticə ala bilmərik.

Hamiləlikdə, əmizdirərkən, hormonal pozuntu zamanı eksimer lazer edilmir

Dördüncü faktor, hamiləlik dövrü və uşaq əmizdirmə zamanı lazer korreksiya aparılmır.

Somatik statuslar, hormonal pozğunluq varsa, ya da əgər pasiyent başqa bir səbəb ilə hormonal preparatları qəbul edirsə, bu zaman da lazer korreksiya aparılmır.

Buynuz qişa nazikdirsə, eksimer lazer edilmir

Və ən vacib faktor – bu, buynuz qişanın qalınlığıdır. Əgər buynuz qişanın qalınlığı nazikdirsə, normadan aşağıdırsa, bu, lazer korreksiyası üçün əks göstərişdir.

Və əlbəttə bütün bu göstərişlər və əks göstərişlər müayinə zamanı həkim tərəfindən nəzərə alınmalıdır və korreksiya üçün optimal bir üsul seçilməlidir.

Dr.Elmira Yusubova, Cərrah Oftalmoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir