Kateqoriyalar
Pediatriya

Uşağa “sistem köçürmək”

Uşaqlarda venadaxili mayelərin, venadaxili dərmanların vurulması haqqında məlumat vermək istəyirəm.

Ümumiyyətlə, bizim toplumda, Azərbaycanda bir çox analarımız elə fikirləşir ki, venadaxili mayelər uşağın hər bir halında, hər xəstələndikdə, iştahsız, immuniteti aşağı olan, tez-tez xəstələnən uşaqlara vurulmalıdır. Amma əslində bu belə deyil.

Hansı hallarda “sistem” vurulur?

Nə zaman biz venadaxili dərmanların vurulmasını tövsiyə edirik?

Əgər uşaqda yüksək qızdırma varsa, heç bir halda qida qəbulu, su qəbulu yoxdursa, uşaqda 6 dəfədən çox ishal, 3 dəfədən çox qusması qeyd olunursa, o zaman maye alımı azaldığı üçün venadaxili xüsusi dərmanların vurulmasını tövsiyə edirik.

Təbii ki, bu zaman evdə vurulmasını və yaxud da ki, nəzarətsiz vurulmasını… Bəzi valideynlər bizdən xahiş edir ki, yazaq göndərək. Amma bu heç bir halda düzgün deyil. Çünki orada bəzi allergik reaksiyalar ola bilər. Mütləq surətdə ev şəraitində deyil, xəstəxana şəraitində, həkim nəzarəti altında olmasını tövsiyə edirik.

Bəs digər hansı hallarda da venadaxili mayelər vurula bilər?

İtirilən mayenin bərpası üçün “sistem köçürmək”

Əgər dediyim kimi, uşağın qızdırması 39-a yüksəlibsə, ev şəraitində heç bir halda dərmanla yardım edə bilmiriksə, heç bir sirop, şam kömək etmirsə, o zaman da mütləq xəstəxana şəraitində xüsusi dərmanları verib, temperaturu salmaq, qusmanı saxlamaq, ishal zamanı itirilən mayeni bərpa etmək üçün verilə bilər.

Uşaqlarda immuniteti qaldırmaq üçün “sistem köçürmək”

Amma bəzi valideynlər bizə “Uşağımın immuniteti aşağıdır, doktor, bəzi ‘vitamin’, ‘kokteyl’” – belə deyək dırnaqarası şəkildə, “venadaxili verək” söyləyirlər. Amma bu heç bir protokollarda yoxdur, heç bir tədqiqatlarda sübut olunmayıb. 

Ona görə də bəzi qrup vitaminlərin, C, B və yaxud hətta bəzən hormonal preparatların vena daxili vurulub da uşağın immunitetini qaldıracağını, iştahını artıracağı haqqında valideynlərin fikri var. Düzgün deyil. 

Onsuz bunlar suda həll olunan vitaminlər olduğu üçün sidiklə rahat çıxacaqlar. Yəni onların defisiti orqanizmdə yoxdursa, onları vermək heç bir halda doğru deyil. 

Və immuniteti aşağı olan, yəni elə düşünən analar var ki, onun vurulmasını istəyirlər heç bir halda bizə yardım etməz.

Əgər həqiqətən də uşaqda tez-tez xəstələnmə halları varsa və yaxud da uşaq iştahsızdırsa və yaxud uşaq çəkini artırmırsa, bu heç bir halda “sistemlə” – belə deyək, el arasında deyilən bir söz, düzəlməz və heç bir halda elə bir sistemləri edib özünüzü aldatmayın. 

Altda yatan ciddi bir xəstəlik ola bilər, onun normal həkim tərəfindən araşdırılması və doğru düzgün müayinələrlə diaqnozun qoyulması lazımdır.

Dr.Gülnar Abdullayeva, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir