Kateqoriyalar
Ginekologiya

Erkən hamiləlik qanaxmaları

Hamiləliyin ilk bir ayında tez-tez suallar gəlir ki: “Doktor, qanaxmam var. Normaldırmı?”

Ümumiyyətlə, erkən hamiləlikdə baş verən qanaxmalar fizioloji adlandırdığımız normal və fizioloji olmayan qanamalar ola bilər.

Erkən hamiləlikdə dölün uşaqlığın iç divarına tutulması zamanı kiçik kapilyarlardan minimal qanamalar ola bilər ki, el arasında buna “yerləşmə qanaması” deyilir. Belə qanaxmalar çox az miqdarda və qısa müddətli olduğu üçün hər hansı bir müalicə və müdaxilə tələb etmir.

Eyni zamanda hamiləliyin VI-VIII həftəsində yumurtalıqdan sintez olunan progesteron hormonunun artıq cift tərəfindən sintez olunmağa başladığı bir dövrdə qanda cüzi progesteron səviyyəsində düşmə olur. Bu zaman da qısa müddətli və az miqdarda qanaxmalar müşahidə oluna bilir.

Hamiləliyin erkən periodunda, özəlliklə, sancılarla müşahidə olunan və çox miqdarda olan qanamalar abort riskində və uşaqlıqdan kənar hamiləlikdə ola bilər.

Qanamanın miqdarı, yəni az və ya çox olması, rəngi tünd və ya açıq rəngli olması, əfsuslar olsun ki, dölün vəziyyəti haqqında bizə həmişə məlumat vermir. Doğru diaqnoz, vaxtında müdaxilə və müalicə üçün qanaxması olan hamilə ən qısa zamanda həkimə müraciət etməlidir.

Uzman Dr. İranə Qorçiyeva, Cərrah mama-ginekoloq

2 replies on “Erkən hamiləlik qanaxmaları”

Salam. Menim vaxtımdan 11gun keçmişdi. Testler elədim iki xətt çıxdı. Sonra tünd qəhvəyi rəngdə qan kimi şeylər gördüm. Ara sıra çox sonra az. Uzm müayinəsindən keçdim. Hamiləlik izlenilmir dediler. Qanaxma 1 sutka oldu sonra dayandı. Sualım: Yerləşmə qanaması zamanı qan çox olur? Yoxsa düşük qanaxmasıdı nədi bu?

Salam. Sidikdə hamiləlik testlərinin doğruluq payı azdır. Təəssüflər olsun ki, biokimyasal hamiləlik də ola bilər, qanda hamiləlik testinin pozitiv olub, ultrasəs müayinəsinde döl kisəsinin olmadığı.
Uzman Dr. İranə Qorçiyeva, Cərrah Mama-Ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir