Kateqoriyalar
Dermatologiya

Dəri xərçəngi

Dəri xərçəngi insanda ən sıx görülən xərçənglərdən biridir. 2 növü var: Non-melanotik dəri xərçəngi və melanotik dəri xərçəngi.

Dəri xərçəngi insanda ən sıx görülən xərçənglərdən biridir. Dəri xərçənginin 2 növü vardır: Non-melanotik dəri xərçəngi və melanotik dəri xərçəngi.

Non-melanotik dəri xərçəngi, əsasən, dərinin açıq yerlərində, yəni günəşin təmas etdiyi nahiyələrdə, əsasən, dəri rəngində və yaxud açıq qəhvəyi rəngli, çəhrayı rəngində və yaxud da qırmızı rəngli törəmələr şəklində özünü göstərir. Bəzi insanlarda açıq yaralar şəklində və yaxud da ki, qabıqlı qızartılar şəklində də yarana bilər. 

Bu xərçəng növünün yaranmasında genetik faktorlar iştirak etdiyi kimi, eyni zamanda günəş şüasının da mənfi təsirləri böyük rola sahibdir.

Non-melanotik dəri xərçəngi ölümə səbəb olmur

Xoşbəxtlikdən bu növ xərçənglər uzaq orqanlara metastaz verərək xəstənin ölümünə səbəb olmur. Lakin əgər vaxtında çarəsinə baxılmazsa, uzun müddət həmin nahiyədə, yarandığı nahiyədə qalarsa, yerli invaziya yolu ilə əzələ və sümük sisteminə qədər, hətta yəni yayılaraq lokal destruksiyalara, deformasiyalara, eybəcərliklərə, hətta funksional pozuntulara qədər əlavə problemlər yarada bilər.

Bu baxımdan az öncə söylədiyim nahiyələrdə açıq dəri rənginə bənzər törəmələr və yaxud yaralar yaranarsa, mütləq dermatoloq müayinəsi vacibdir ki, onun vaxtında mənşəyi təyin edilsin və aqibətinə vaxtında baxılsın.

Melanotik dəri xərçəngi ölümə səbəb ola bilər

Diğər növ xərçəng isə melanotik dəri xərçəngi adlanır. Bunun bariz nümunəsi melanoma xərçəngidir. Melanoma dəridə rast gəlinən… nəinki dəridə insan orqanizmdə rast gəlinən ən bədxassəli şişlərdən biridir. Çünki uzaq orqanlara metastaz verərək qısa zamanda insanın itirilməsinə səbəb ola bilər. 

Bu xərçəng də yeni az öncə söylədiyim kimi dərinin açıq sahələrində günəşin vurduğu sahələrdə yaranır. Lakin bəzi insanlarda hətta qapalı, yəni günəşin vurmadığı yerlərdə, qapalı nahiyələrdə dırnaq ətrafında, ovucların içərisində, ayaq altında, ağız boşluğunda, hətta saçlı dəridə belə yarana bilər. 

Əsasən, qara rəngli və yaxud da tünd qəhvəyi rəngli, bəzi insanlarda isə qırmızı rəngli törəmələr şəklində və yaxud da yaralar şəklində özünü göstərir və xarici görünüşünə görə bizim ənənəvi bildiyimiz xallara bənzəyir və bu baxımdan çoxlu sayda xalları olan və yaxud da yenicə dəridə xala bənzər törəməsi yaranan insanlar mütləq melanom haqqında düşünməli və vaxtında dermatoloqa müayinə üçün müraciət etməlidir.

Dəri xərçənginin diaqnostikası və dermatoloq müayinəsi

Dermatoloq da öz növbəsində, təbii ki, xüsusi alətlə, yəni dermatoskop aləti ilə xalı müayinə edərək, törəməni müayinə edərək onun mənşəyini təyin edir. Yəni bədxassəli olmasını və ya xoşxassəli olmasını təyin edir. Lazım gələrsə isə dəri biopsiya üsulu ilə 100% dəqiqliyə yaxın bir dəqiqliklə törəmənin mənşəyini təyin edə bilər.

Dəri xərçəngi risk qrupunda olanlar

Hansı xəstələr xərçəngə tutula bilir? Hansı xəstələr xərçəngə namizəddir? Qısaca, bu haqda da danışmaq istərdim.

Əsasən yaşlı insanlar, bədəndə çoxlu sayda törəmələri və ya xalları olan insanlar, dəridə anadangəlmə xalları olan insanlar, immuniteti zəifləmiş, müəyyən səbəbdən zəif immunitetə sahib olan insanlar, o cümlədən transplant xəstələri, istər qaraciyər transplantı olsun, istər böyrək transplant xəstələri və yaxud da ürək transplant xəstələri, immuniteti salan immunosupresiv müalicələr aldığı üçün onların immuniteti zəiflədiyi üçün onlar da bu risk qrupuna aiddir. 

Eyni zamanda dəri tipi 1, yəni açıq dəriyə sahib olan insanlar. Xüsusən, sarışınlar və kürənlər risk qrupuna aiddir. Üzündə çilləri olan insanlar və yaxud da ki, ən azı ömründə bircə dəfə də olsun şiddətli günəş yanığı alan insanlar və yaxud da hər yay aylarında günəş yanığı alanlar, qızaranı, günəşin təsirindən qızaranlar bu risk qrupuna aiddir. Yəni bu insanlarda daha çox dəri xərçəngi yarana bilir.

Bu üzdən bu xəstələr bu soydaşlarımız, daha doğrusu, ən azı 6 aydan bir və yaxud da ildə bir dəfə dermatoloji check-up üçün müayinələrdən keçməli və xüsusən, dermatoskop müayinəsindən keçməlidirlər.

Dəri xərçəngindən qorunmaq üçün

Nəinki bu az öncə söylədiyim insanlar, bütün insanlar, yəni dəri xərçəngindən qorunmaq istəyirlərsə, xüsusən, yay aylarında fiziki qorunma üsullarla, yəni şlyapalardan, günəş əleyhinə, deməli, gözlüklərdən, xüsusi geyimlərdən istifadə etməlidirlər və təbii ki, günəşdən qoruyucu minimum 50 SPF olmaq şərtilə günəşdən qoruyucu kremlərdən istifadə etməlidirlər.

Son söz olaraq söyləmək istərdim ki, dəridə yaranan xallara, törəmələrə biganə qalmamaq lazımdır və onların hər birisi xərçəng və yaxud xərçəng önü bir törəmə ola bilər və onlardan vaxtında qurtulmaq üçün zamanında dermatoloq müayinəsinə gəlmək lazımdır.

Uzman Dr.Mehdi İskəndərli, Dermatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir