Kateqoriyalar
İnfeksion xəstəliklər şöbəsi

Hepatit C müalicə oluna bilən xəstəlikdir

Əhalinin böyük qismi Hepatit C-nin sağalan olduğunu bilmir. Əslində Hepatit C tablet şəklində preparatlarla, ortalama 3 aya tam sağalır.

Bu gün Hepatit C xəstəliyinin müalicəsindən danışmaq istəyirəm.

Nə qədər bu sahədə maarifləndirmə işləri aparsaq da, hələ də əhalinin böyük qismi Hepatit C-nin sağalan olduğunu bilmir. Amma günümüzdə xəstəlik “oral antiviral” dediyimiz, yəni tablet şəklində preparatlarla, ortalama 3 ay müddətində tam sağalan xəstəlikdir.

Təəssüflər olsun ki, bəzi insanlar düşünür ki, müalicədən sonra xəstəlik dondurulur, zəiflədilir və yaxud da hər hansı bir soyuqlama, ikincili infeksiya nəticəsində yenidən baş qaldıra bilər. Tam əksinə heç bir bu halla rastlaşdığımız olmur. 

Xəstəlik tam sağalan xəstəlikdir, yetər ki, vaxtında diaqnoz qoyulub müalicə olunsun.

Müalicə almayan xəstələrimiz isə qaraciyəri ağrımadığına görə, xəstəlik səssiz seyr etdiyinə görə qaraciyər sirrozu və yaxud da qaraciyər xərçəngi ilə ağırlaşa bilərlər. Bu səbəbdən də çox önəmlidir ki, zamanında müayinə və müalicə başlansın.

Dr.Vüsalə Yaşar, İnfeksionist, Hepatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir