Kateqoriyalar
Endokrinologiya

Orucluqda zob dərmanı qəbulu

Tiroid hormon preparatlarını qəbul edən pasiyentlər oruc tutarkən dərmanı necə qəbul etsinlər?

Tiroid hormon preparatlarını qəbul edən pasiyentlər oruc tutarkən dərmanı necə qəbul etsinlər?

Hipotireozu olan, el arasında dediyimiz “tənbəl zob”dan əziyyət çəkən pasiyentlər ömür boyu tiroid hormon əvəzedici müalicəsini alırlar və bildiyimiz kimi bu dərmanlar səhər saatlarında qəbul olunmalıdır və mütləq səhər acqarnına qəbul olunmalıdır.

Əgər tiroid hormon preparatı qəbul edən bir pasiyent oruc tutursa, dərman necə qəbul olunmalıdır?

Biz bu halda pasiyentə 3 variant təklif edirik:

İftar açarkən dərman qəbulu

Birinci variant və ən ideal variant, axşam iftar açdıqda dərmanı bir stəkan su ilə qəbul edib yarım saat sudan başqa heç bir şey yeyib içməmək, yarım saatdan sonra iftar yeməyini yeməkdir.

Nəyə görə bu ən ideal variant sayılır?

Çünki bədən uzun müddət ac qaldığına görə mədə tamamilə boş olur və qəbul etdiyimiz dərman rahatlıqla mədədən sovrula bilir.

İmsak vaxtı dərman qəbulu

İkinci variant dərmanı sahur vaxtı qəbul etməkdir. Sahur yeməyi zamanı dərman bir stəkan su ilə qəbul olunur və yarım saatdan sonra sahur yeməyi yeyilir. Amma burada da bir şərt var ki, dərman qəbulundan əvvəl ən azı 3-4 saat mədə boş qalmalıdır ki, dərman sorula bilsin mədədən.

İftarla sahur arasında dəman qəbulu

Üçüncü variant, iftar yeməyindən sonra 3-4 saat ərzində qidalanmamaq, yalnız su içmək olar və 3-4 saatdan sonra dərmanı su ilə içmək. Və əgər 3-4 saatdan sonra dərman qəbulundan sonra da xəstə yeməyi planlayırsa, o zaman dərman qəbulundan sonra ən azı yarım saat gözləyib, ondan sonra qidalanmalıdır.

Dr.Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir