Kateqoriyalar
Radiologiya

Süd vəzi xərçəngi

Xəstələrin yaş qruplarına (40 yaşdan cavan/yaşlı) görə süd vəzində tətbiq olunacaq radiodiaqnostik müayinə metodları bir-birindən fərqlidir.

Süd vəzi xəstəliklərindən və ən əsası da erkən diaqnozu və erkən müdaxiləsi həyati önəm kəsb edən süd vəzi xərçəngindən bəhs edəcəyəm.

Öncəliklə, bunu qeyd edim ki, xəstələrin yaş qruplarına görə bu xəstələrə tətbiq olunacaq radiodiaqnostik müayinə metodları bir-birindən fərqlidir.

Pasiyentin yaşı 40-dan azdırsa

Belə ki, 40 yaşın altındakı xəstələrdə əgər xəstədə bilinən hər hansısa bir bədxassəli bir xəstəlik yoxdursa, tarixçəsində və ya xəstənin genetik bir meyilliliyi yoxdursa, yəni birinci dərəcəli qohumlarında süd vəzi karsinoması və xərçəngi mövcud deyilsə, bu xəstələrə rutin, radioloji müayinəyə ehtiyac görülmür. Bu xəstələr sadəcə əllə müayinə ilə əgər süd vəzlərində hər hansısa bir şişlik, törəmə, sərt bir toxuma hiss edərlərsə, o halda radiodiaqnostikaya müraciət edə bilirlər.

Ancaq 40 yaşın altındakı xəstələrimizdə, hansı ki, bu xəstələrin genetik meyilliliyi var və ya hər hansısa bədxassəli bilinən bir xəstəliyi varsa, tarixçəsində – bu xəstələr mütləq ildə 2 dəfə, yəni 6 aydan bir ultrasəs müayinəsindən keçməlidirlər.

Ultrasəs müayinəsində biz təsbit etdiyimiz törəmənin şəklinə, rənginə, kənar quruluşlarına görə bu törəmənin xoşxassəlimi, yoxsa daha çox bədxassəlimi olma ehtimalını düşünə bilirik. Və hətta ultarasəs müayinəsi ilə əlimizdə belə bir imkan var ki, ultrasəs müayinəsi ilə təsbit etdiyimiz və bədxassəli olduğundan şübhələndiyimiz törəmələrə ultrasəs müşayətində, yəni görərək biopsiya, ondan parça ala bilib patologiyaya göndərə bilirik. Və beləliklə, xəstələr əməliyyata girmədən əvvəl süd vəzindəki mövcud törəmənin tipi, onun xoş və ya bədxassəli olması və ya müalicəyə nə dərəcədə cavab verəcəyi öncədən patoloji vasitəsilə müəyyənləşdirilə bilir.

Pasiyentin yaşı 40-dan çox olduqda

40 yaş üstündəki xəstələrimizdə isə rutin check-up məsləhət görülür. Rutin check-up illik bu xəstələr radioloji müayinədən keçməlidirlər və 40 yaş üstündəki xəstələrimizdəki ilkin radioloji müayinə metodu mammoqrafiyadır. Hər zaman ilk mammoqrafiya xəstələrə icra edilməlidir, sonrasında ultrasəs müayinəsi ilə xəstələr müayinə edilməlidir.

Süd vəzi mammoqrafiyası və ultrasəs müayinəsi

Bunu da qeyd etməliyəm ki, mammoqrafiya və ultrasəs müayinəsi əsla bir-birinin yerini ala bilməz. Bizim 40 yaş üstü xəstələrimizdə bədxassəli törəmələrinin təsbitində və erkən diaqnozunda mammoqrafiya qızıl standartdır.

Mammoqrafiya

Mammoqrafiyada belə qeyd edim ki, gördüyümüz bəzi kirəclənmələr, təbii ki, bunların şəkli, quruluşu doktor tərəfindən diqqətlicə nəzərdən keçirilir… Bu klasifkasiyaların, kirəclənmələrin quruluşuna görə biz bu xəstələrin süd vəzindəki lezyonların bədxəssəli olduğuna qərar verə bilirik və bu halda heç bir ultrasəs müayinəsi bu mammoqrafiyanın yerini ala bilmir. Çünki bu kirəclənmələri və birbaşa bədxassəli törəmə əlaməti olan bu kirəclənmələri təsbit edə bilmir.

Və həmçinin ultrasəs müayinəsi də mammoqrafiyanın yerini ala bilməz. Belə ki, çox kiçik törəmələr 5 mm, 10 mm və ya daha balaca törəmələr bunlar bəzən süd vəzinin normal toxuması arasında gizlənir və mammoqrafiya müayinəsində qətiyyən nəzərə çarpmır və gözdən qaçır, ayırd edilə bilmir. Bu xəstələrdə isə ultrasəs müayinəsi ilə biz həmin törəmələri yaxalama şansını əldə edirik.

Süd vəzi MRT-si

Həmçinin süd vəzinə yönəlik radioloji görüntüləmə metodlarımızdan biri də süd vəzi MRT-sidir. Süd vəzi MRT-si nadir hallarda seçilmiş xəstələrdə həyata keçirilir. Bəzi xəstələrdə həm mammoqrafiya, həm ultrasəs müayinəsi ilə bədxassəli və ya xoşxassəli olduğunu əmin ola bilmədiyimiz xəstələrdə və ya keçməyən süd vəzi iltihablanmalarında süd vəzi MRT müraciət edə bilirik və süd vəzi MRT də bizə dəyərli məlumatlar verə bilir.

Son olaraq bunu qeyd edim ki, süd vəzi səthi bir orqandır və bu səbəblə əllə müayinəsi də,  radioloji müayinəsi də çox asan və rahatdır. Bu səbəblə süd vəzi xərçəngindən qorunmaq, süd vəzi xərçənginə yaxalansanız belə, erkən dönəmdə diaqnozunu təmin etmək sizin əlinizdədir.

Uzman Dr.Leyla Mikayıllı, Radioloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir