Kateqoriyalar
Ortopedia-travmatologiya

Yaşlı insanlarda diz ağrıları – Artroz

Yaşlı insanlarda diz ağrısına səbəb olan xəstəliklər içərisində birinci sırada bizim “artroz” və ya “qonartroz” dediyimiz sadə dildə isə “duzlaşma”, “qığırdaq aşınması” deyə bilinən bir xəstəlikdir. 

Bu xəstəlik zamanı ağrının yeri diz oynağının içəri tərəfi və nisbətən yüklənmə, yəni məsələn, pilləkən çıxıb-düşən zaman və ya dizi normadan artıq büküb açma hərəkətləri zamanı artan ağrıdır.

Bəs bu ağrılar hansı insanlarda daha çox rast gəlinir?

Çəkisi nisbətən daha çox olan insanlarda, nisbətən işi ilə əlaqədar oturaq həyat şəkli sürən, buna bağlı olaraq əzələsi nisbətən zəif olan insanlarda diz ağrılarına daha çox rast gəlinir.

Artroz diaqnozu necə qoyulur?

Bu artrozun səbəbi ilə xəstə tərəfimizə müraciət etdikdə xəstə müayinə olunur obyektiv və subyektiv. Adi, ayaq üstündə 2 proyeksiya rentgen çəkilərək bu xəstəliyin diaqnozu çox asanlıqla qoyulur.

Xəstəlik nə qədər erkən mərhələdə müalicəyə başlanılarsa, müalicədən alınan fayda o qədər də yüksək olur. Yəni nəticə olaraq həm xəstə, həm həkim müalicənin gedişindən və nəticəsindən razı qalır. Nə qədər gec mərhələdə həkimə müraciət olunarsa, o zaman həm müalicə daha məsrəfli olur və həmçinin də müalicədən alınan nəticənin faydalılığı daha az olur.

Bu səbəblə müəyyən yaşın üzərində, yəni 50-55 yaşdan sonra diz ağrılarında, hətta belə deyək də, çox ciddi olmayan, lakin pilləkən çıxıb-düşərkən, uzun yürüyüşlər edərkən, dizi büküb oturarkən ağrı hiss olunarsa, mütləq həkimə müraciət etməsi tövsiyə edilir.

Op.Dr.İlkin Cəlilov, Ortoped-travmatoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir