Kateqoriyalar
Uşaq cərrahiyyəsi

Uşaqlarda anadangəlmə böyrək genişlənmələri

Uşaq doğulduqdan sonra səbəbsiz qızdırmalar ortaya çıxır. Bu səbəbsiz qızdırmaların səbəbi “sidik yolları infeksionu” deyilən və sidik saxlamazlığı fonunda “böyrək reflüksu”. “Böyrək sidik axarı reflüksu” deyilən bir xəstəlik var. Hansı ki, bu xəstəlik səbəbsiz qızdırma ilə başlayır.

Ana bətnində isə ultrason müayinədə bu xəstələrin böyrək genişlənmələri olduğu üçün doğulandan sonra uroloji mütəxəssisə müraciət edərək “Genişlənmənin səbəbi reflüksa bağlıdırmı?”, yəni, sidiyin geriyə qayıtması hesabına böyrək genişlənməsi, böyrəyin çıxışında darlığın hesabına böyrək genişlənməsi və ya kisəyə girən yerdə “UVD darlıqları” deyilən problemlər və “Post Uretral Valv” (PUV) – kisə boynunda olan bağlantılardan ortaya çıxan böyrək genişlənmələri…

Böyrək sidik axarı reflüksunun müalicəsi

Vezikoureteral reflüks dediyimiz xəstəlik də dərəcələri var ki, 5 dərəcəsi və onların müəyyən olunan metodları sistoqrafiya, yəni sidiyə kontrast maddə vuraraq böyrək genişlənməsinin səbəbi ortaya çıxarılır və bu ortaya çıxarıldıqdan sonra xəstələrə, deməli, müalicə taktikaları seçirik. Hansı ki, konservativ dərman müalicəsi… Bəzən özü-özünə sağalan xəstəlik kimi də, yəni ki, bu dəyərləndirilir. Yəni elmi tədqiqat işlərində, bizim apardığımız uzun illərdə, 270 xəstə üzərindən vezikoureteral reflüksun, demək olar ki, 50/100-si öz-özünə keçmiş, bəzi digər xəstələrimizdə isə endoskopik korreksiya yolu ilə – heç bir kəsik aparmadan, endokorreksiya yolu ilə müalicə etmişik. 

Endoskopik korreksiya müalicəsi nədir?

Geriyə axan sidiyin qarşısını almaq üçün pediatrik sistoskopla sidik axarı mənfəzini əldə edirik və oraya “uro-implant” dediyimiz, hansı ki, daha yüksək səviyyədə kollagen əmələ gətirmək qabiliyyəti olan və sidik axarlarında heç bir obstruksiya, daralma verməyən maddədən istifadə edərək reflüksunu aradan götürürük. 

Bu endoskopik korreksiya yoludur. 

Amma bəzi hallarda açıq cərrahi əməliyyat edirik. Endokresiyada isə hər yaş qrupunda, yeni doğulan periodda  da, yəni bunu icra etmək olur. 

Posterior Uretral Valv (PUV) zamanı müalicə

Bəzən ikincili səbəblərdən sidik kisəsi boynunda “Posterior Uretral Valv” dediyimiz xəstəlik (PUV), yəni kisa boynun bağlantısı, yəni membran bağlantıları olur. Onlar da heç bir kəsik etmədən reflüks aradan qaldırmaq üçün endoskopik olaraq keçib içəridə həmin valvı rezeksiya edərək kəsirik, götürürük. Onunla da reflüks xəstəliyi aradan götürülür. Heç bir endokoreksiya aparmırıq onda, sadəcə membranı aradan götürməklə böyrək fəaliyyətini bərpa edirik.

Piloroplastika əməliyyatı

Bu, reflüksun, yəni dediyimiz böyrək genişlənməsinin aşağı sidik yolundan qaynaqlanan bir xəstəliyidir. Amma digər böyrək çıxışında olan yəni ki, uşaq doğulanda bətndən çıxanda böyrək çıxışında bağlantı olur, darlıq olur. Bu darlıqlarda yenə də, əgər kəskin genişlənmiş – 3-cü dərəcəli böyrək genişlənməsi varsa, böyrəkdə funksiya pozuntuları varsa, böyrək büzüşməsinə doğru, yəni aparılan, ağırlaşan, fəsadlaşan xəstəliyi aradan götürmək üçün mütləq rekonstruktiv bir əməliyyat edirik. Açıq cərrahi və ya laparoskopik üsulla “Piloroplastika əməliyyatı” deyirlər – böyrəyin çıxışında olan darlığı aradan götürüb yenidən bərpa edirik və genişlənmə aradan götürülür. Bununla da böyrək fəaliyyəti bərpa olur.

Uretrosel

Və digər xəstəliklər də var ki, hansı ki, sidik kisəsi daxilində uretrosel, yəni bir membran böyük bir kütlə şəklində doğulan uşaqlar var. Bunları bir böyrək şiş toxuması kimi dəyərləndirilir, ancaq şiş deyil bu, endoskopik yolla girərək sidik kisəsində həmin uretroseli aradan götürərək böyrək fəaliyyətini bərpa etmək mümkündür.

Sidik saxlamamazlıq

Bizim bəzi anomaliyalar da vardır ki, hansı ki, bunun uşaqlarda sidik saxlamamazlığına səbəb olub, infeksiyalara yəni ki, səbəb olur. Səbəbsiz qızdırmalar ortaya çıxır, daim aparılan bir sidik saxlamamazlığı diaqnozu ilə enurez deyək, gecə enurezimi, gündüz, yəni enurezimi? Ancaq heç bir buna bağlı olmayan bir xəstəlikdir bu. Enurez deyil. Aldığı dərmanlar effekt vermir, müalicələr effekt vermir. Sadəcə bəzi hallarda dediyimiz o anomalik sidik axarının, deməli, sidik kisəsinin boynundan, yəni kənara uretranın içərisinə açılır. Biz onda endoskopik olaraq sistoskopik müayinə edərək, uretr kisə buynuna açılan yerini müəyyən etdikdən sonra bir açıq anti-reflüks əməliyyat edərək axarı kisə daxilinə endirərək bu sidik saxlamazlığını aradan götürürük. 

Rekonstruktiv əməliyyatdan sonra yaranan sidik saxlamamazlıq

Rekonstruktiv əməliyyatlardan sonra ortaya çıxan sidik saxlamamazlıqlarını aradan götürmək üçün biz sidik kisəsini böyüdürük və sidik kisəsi boynunda endokorreksiya etmək mümkündür. Hansı ki, sadaladığımız uro-implantlar var. O sidiyi saxlamaq üçün sidik kisəsi boynuna yeridirik və kisənin ölçülərini böyütmək üçün “botoks müalicəsi” deyilən bir şey var: kisə daxilində yeridərək kisənin həcmini böyüdürük. Və 8 aydan sonra kisə tutumunu yoxlayırıq. Sisteskopik bir müayinə apararaq dəyərləndiririk. Əgər reflüks varsa, böyrək genişlənməsi verirsə, yenə də endoskopik yanaşaraq sidik axarının ağzında bir endoskopik korreksiyası icra edirik.

Hipospadiya və epispadiya zamanı konstruktiv əməliyyatlar

Hipospadiya və Epispadiya xəstəlikləri, yəni burada onlar da böyük rol oynayır. 

Həm qız, deməli, uşaqlarında, həm oğlanlarda, rekonstruktiv əməliyyata ehtiyac var. Rekonstruksiya yolu ilə əməliyyat edirik, bərpa edirik və lazımi heç bir yeni təkrar yaranan genişlənmələri aradan götürmək üçün yenə də endoskopik yanaşırıq bu xəstələrə. 

Hər hansı bir uşaq elə ana bətnində bir anamalik ultrason görüntüləri dəyərləndirilirsə, müəyyən olunursa, mütləq doğuşdan sonra uşaq cərrahı, uşaq uroloji mütəxəssisinə müraciət etmək lazımdır və bunları biz standart qəbul olunmuş müayinə üsullarından istifadə edərək vaxtında uşaqlarımızın gələcək həyatını və böyrəklərinin sağlam olması üçün vaxtında yardım göstərə bilək.

Dr.Rafael Soltanov, uşaq cərrahı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir