Kateqoriyalar
Ginekologiya

Süni mayalanma ilə bağlı suallar və cavablar

Süni mayalanmanın hansı mərhələləri var?

Qeyd etmək istəyirəm ki, süni mayalanmanın özü qadınlara iynə vurduğumuz və ultrasəs müayinə icra etdiyimiz stimulyasiya mərhələsi ilə başlayırıq. 

Sonrakı mərhələdə yetişmiş yumurta hüceyrələrinin toplanması icra olunur və toplanma zamanı biz yumurta hüceyrələrini emrioloqumuza təhvil veririk. 

Orada embrioloq yumurtaları qadının yoldaşının spermatozoidləri ilə mayalandırır və 3 və yaxud da ki, 5 gün sonra emrionların uşaqlıq içərisinə verilməsi, yəni transferi icra edirik. 

Bu zaman bizim hamiləlik əldə etmə şansımız maksimal 60-70% təşkil edir.

Süni mayalanmada çoxdöllü hamiləlik ehtimalı nə dərəcədədir?

Bəzi pasiyentlər hətta gəlir ki, biz əkiz, üçəm istəyirik. Biz embrion transferi zamanı keyfiyyətli ən azı 2 və yaxud da ki, 3 embrion transfer etməyə çalışırıq ki, ən azından şansımızı artırmaq məqsədiylə. Bu zaman hər alınan 10 hamiləlikdən 3 və yaxud da 4-ü, yəni 30-40% ehtimalla əkizlər və yaxud da üçəmlər izləyə bilirik.

Süni mayalanmada ekiz ve üçemler

Əlbəttə ki, çoxdöllü hamiləliklər bir az risk qrupuna daxildir. Amma son dövrlərdə neonatoloqiyanın inkişafı ilə bağlı biz bu hamiləlikləri, əlbəttə, ginekoloji daha sıx müşahidələrlə hamiləliyi normal başa çatdırmağa çalışırıq.

Hansı halda süni mayalanmaya müraciət edilməlidir?

Əgər qadının yaşı 37-nin altındadırsa, yəni 37-dən daha cavandırsa və ən azı 1 il ərzində təbii və yaxud da ki, hər hansı bir köməkçi reproduktiv üsullardan istifadə edərək hamiləlik əldə edə bilmirsə, biz süni mayalanmaya müraciət edə bilərik.

Qadının yaşı 37-dən yüksək olduqda, çox olduqda biz artıq bu müddəti 1 ildən 6 aya qədər qısaldırıq. Yəni burada yaş faktoru çox önəmlidir.

Neçə yaşa qədər qadının süni mayalanma şansı var?

suni mayalanmada yash

Ümumiyyətlə, 44 yaşa qədər qadınlarda əgər rezervi imkan verirsə, biz süni mayalanmanı öz yumurtasından icra edə bilirik. 

Sadəcə qeyd edilməlidir ki, 42 yaşdan sonra qadınların yumurtalarının keyfiyyəti, yumurta hüceyrənin keyfiyyəti və sayı azaldığına bağlı, yəni yaşa bağlı hamiləlik şansınız bir qədər aşağı enir və bu hər 42 yaşdan sonra müraciət edən bütün pasiyentlərə ətraflı izah olunur və onun şansının aşağı olduğu qeyd olunmalıdır.

Süni mayalanma nə sıxlıqla və neçə dəfə icra oluna bilər?

Ümumiyətlə, qadınların bütün həyatı tsikillərdən ibarətdir və ona görə də biz əgər süni mayalanma bu ay icra olunmuşsa, ən azı 1 və yaxud da ki, 2 ay fasilə edilməsini tövsiyə edirik.

Süni mayalanmanın sayı haqqında isə konkret heç bir məhdudiyyət yoxdur. Əgər qadının sağlamlığı və yumurtalıq rezervi buna imkan verirsə, dəfələrlə süni mayalanma icra oluna bilər. Sadəcə qeyd etməliyik ki, hər icra olunan neqativ nəticəli süni mayalanma hamiləlik şansımızı azaldır.

Süni mayalanmaya mənfi təsir edə biləcək amillər hansılardır?

Burada, əlbəttə, kişinin və qadının yaşı, xüsusilə də, yaşı, qadının və kişinin sağlamlıq vəziyyəti, onların yumurta hüceyrələrinin keyfiyyəti, spermatozoidlərin keyfiyyəti çox əhəmiyyət daşıyır. 

Bununla yanaşı, əlbəttə ki, icra olunmuş süni mayalanmaların sayı… Say artdıqca hamiləlik əldə etmə şansımız bir qədər azalır. 

Eyni zamanda seçiləcək mütəxəssislər də çox önəmlidir. Pasiyentlər, yəni cütlük, əlbəttə, özlərinə həm öz işinin əhli olan mütəxəssis seçməklə yanaşı, onlara daha yaxın olan, onların suallarını vaxtında və doğru cavablandıra biləcək mütəxəssislərə müraciət etməlidirlər. 

Burada biz embrioloqumuzun əməyini xüsusi qiymətləndirməliyik, çünki onlar bizə keyfiyyətli embrion verdikdə bizim hamiləlik şansımız da artır, əlbəttə ki.

Süni mayalanma ilə olan hamiləliklər mütləq keysəriyyə ilə nəticələnməlidir?

Sualın cavabı – “Xeyr”. 

Ancaq statistikanı da inkar etmək mümkün deyil. Çünki süni mayalanmaya gələn pasiyentlər, adətən, irəli yaşda və yanaşı xəstəlikləri çox olan pasiyentlər olduğuna görə eyni zamanda çoxdöllü hamiləlikləri də nəzərə alsaq, əksər hallarda, yəni statistik olaraq daha çox keysəriyyə əməliyyatı ilə hamiləlikləri sonlanır.

Dr. Məhbubə Mirzəyeva, Həkim mama-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir