Kateqoriyalar
Pediatriya

Uşaqlarda danışmağın gecikməsi

Bu gün mən valideynlərimizə, ən çox 2-3 yaşa qədər uşaqlarda danışmağın gecikməyi haqqında bir məlumat vermək istəyirəm. Valideynlər nəyə diqqət etməlidirlər deyə onları məlumatlandırmaq istəyirəm.

İlk növbədə onu deyim ki, uşaqların hərəsinin öz dili var. Ağlamaq belə danışmağın, bir dilin bir növüdür. Amma çox təəsüf edirəm ki, hal-hazırda uşaqlarda, xüsusən, oğlan uşaqlarında 2-3 dəfə daha çox rast gəlinir, gecikir danışmağımız və bunu, çox təəssüf ki, valideynlərimizin çoxu: “Doktor, uşağın atası da gec danışıb. İnşallah ki, uşaq da danışar” deyə deyirlər, amma o düzgün bir yaxınlaşma deyil, düzgün fikir deyildir.

0:38 Uşağın nitq inkişafı necə olmalıdır?

Birinci növbədə 6 ayından başlayaraq uşaqlar artıq hecaları anlamsız şəkildə deyir. 

9 ayında isə bunları: “ba-ba”, “ma-ma”, “bə-bə” şəklində söyləməyə başlayırlar. 

1 yaşında 2-3 ədəd söz, 18 ayında 3-20 kəlmə və 2 yaşında artıq 2 sadə sözdən ibarət uşaqlar cümləni söyləməlidirlər. 

Amma təəssüf edirəm ki, bu zamanımızda bizim 2 yaşından sonra uşaqlar danışmağa başlayır və valideynlərin çoxu bunu normal olaraq qəbul edirlər.

Uşaqlar niyə gec dil açır?

Birinci növbədə mən pediatr olaraq “Nəyə diqqət edin” deyəcəm. Təbii ki, uşaqlarda gecikmiş danışma bir sıra səbəblərdən ola bilər: ilk növbədə nevroloji, idiopatik, genetik ola bilər və yaxud da danışıq zamanı istifadə olunan orqanların hər hansı bir patologiyası zamanı rast gəlinə bilər. Mütləq həkim nəzarəti altında olub, 18 ayına qədər bunu ayırd etmək lazımdır.

Və nələrə diqqət etməlidir valideyn?

Birinci növbədə uşağa düzgün qulluq olunmalıdır. Yəni qidası düzgün olunmalıdır, düzgün yatmalıdır. Yuxu çox önəmli faktorlardan biridir. İkinci növbədə, mən başa düşürəm texnologiya və yeni nəsil telefonlar, planşet, kompüterlər çox gözəldir, amma onlardan çox istifadə olunması, xüsusən, mənim fikrimə görə 18 ayına qədər diqqətsiz olaraq istifadə olunması uşaqlar tərəfindən danışmağı gecikdirir. Çünki onların danışığa verdiyi enerjini uşaq sadəcə olaraq telefon, televizor, planşetə yönəldir. 2:06

Yemək zamanı planşetə, telefona baxmaq 

“Doktor, uşağımız yemək yemir və biz planşet, telefondan istifadə edirik”. Bu tamamilə səhv bir fikirdir. 

Uşağın bütün enerjisi telefon, o televizordakı o lazım olmayan cizgi filminə gedir, uşaq nə yediyinin fərqinə varmır və uşaqda yemək mədəniyyəti formalaşmır. Qıraqda, qonaqlıqda və digər yerlərdə yemək yedikdə mütləq planşet və telefonu tələb edir.

Ana südü və süni qida verdikdə ona ehtiyacı olmur, onsuz da, uşaq onu əmir. Amma əlavə qidaya keçdikdə sizdən asılıdır. O təməli elə qoyursunuz ki, uşaq telefon və planşetlə yeməyini yeməsin. Stol arxasında ailə ilə ortaq olaraq da yeyə bilər və yaxud da stol arxasında sakitcə yesin. Yemirsə, səbəblərini araşdırın. Yeni telefon, planşetlə uşağınızı yedirtməməyə çalışın.

Uşaqla danışmaq lazımdır

“Doktor, biz onlara öyrədici verilişlər, öyrədici cizgi filmləri qoyuruq.” Düzgün deyil, mütləq valideyn özü uşaqla kontakta girməlidir, danışmalıdır, sözləri aydın şəkildə… Məsələn: “Buvva istəyirsən?” deyil, “Su istəyirsənmi?” Aydın şəkildə, düzgün şəkildə, hecalı formada uşağa söyləməlidir.

Sevdiyi oyunlar üzərindən onunla oynamalıdır. Mütləq uşaq sosial, öz yaşıdları ilə oynamalıdır ki, o sözləri uşaqdan eşidərək sosiallaşsın və sözləri düzgün desin. Məsələn, biz danışmaq gecikməsi olan zaman uşaqları bağçaya yönləndirmək səbəbimiz uşağın sosial olmasıdır və orada telefon, televizordan uzaq tutulmasıdır.

2 yaşından sonra bir uşaq rahatlıqla telefonda istənilən proqrama daxil olursa, bu, onun ağıllı olmasını deyil, sadəcə olaraq diqqətsiz, kənarda qalmasını göstərən əsas faktorlardan biridir.

Blenderdən istifadə də danışmağı gecikdirir

Bundan başqa, yemək zamanı 8 aydan sonra biz blenderdan istifadə etməməyi tövsiyə edirik. Çünki yemək yeyən zaman istifadə olunan əzələlər danışıq zamanı istifadə olunan əzələlərlə bərabərləşir və vaxtında blenderdən çıxdıqda, o da özü də danışıq zamanı istifadə olunan əzələlərin inkişafına təsir edir.

Uşağı danışmağa həvəsləndirmək lazımdır

Bundan başqa mütləq yatmamışdan qabaq 1 yaşından sonra nağılların danışmasını və uşaq hər hansı bir əşyanı istəyərkən əlini uzadırsa, ondan o sözü deməyini xahiş etmək lazımdır. Məsələn: Ihı yox. Məsələn, əlini uzadır: “ıhı” bunu yox. Yəni “su ver”, məsələn, “maşını ver”. Bu sözləri ondan deməsini xahiş etmək lazımdır.

Mən hər zaman demişəm, uşağın beyni ağ vərəqdir və ona necə formada biz yazını yazarsaq, necə formada biz ona tərbiyəni, danışığı deyərsək, o cümlədən də o formada davam edəcəkdir.

Bunlara valideyn çox diqqət eləməlidir. 

İkidillilik

Və ikidillilik hal-hazırda bizdə çox yayılmışdır. İkidillilik olduqda biz ən çox öz ana dilini öyrənərək, sonra digər dillərin öyrənməsini daha çox məsləhət görürük.

Vaxtında uşaqlarda danışıq olmadıqda, danışma gecikməsi olanda, danışıqlarında gecikmə olduqda, məktəb yaş dövrlərində də çətinlik yaranar və sonrakı dövrlərdə də hər hansı bir hərflərin tələffüzündə problem yarana bilər.

Ona görə də əziz valideynlər, diqqətli olacaqsınız, mütləq uşağınızın danışığına fikir verəcəksiniz, çox danışacaqsınız, qidasına, düzgün qulluğuna diqqət edəcəksiniz və əsas məsələ televizor və telefondan uzaq tutacaqsınız.

Dr.Gülnar Abdullayeva, Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir