Kateqoriyalar
Psixoterapiya

Xəstəliklərimiz niyə xronikləşir?

Ümumiyyətlə, xəstələrin psixoloji vəziyyətini nəzərə alanda və yaxud da bizim mentalitetimizin psixologiyasını nəzərə alanda və yaxud da xəstəxana şəraitinin istər maddi, istər mənəvi cəhətlərin nəzərə alanda daha çox görsənən problemlərdən biri budur: “Biz xəstəliyin yüngül formasında həkimə çox getmək istəmirik.” 

Çünki bizim ağlımızda və yaxud da yaxınlarımızın ağlında bir şey var “Xəstəlik öz-özünə keçib gedəcək.” 

Bir az gözləyirik… Doğrudur, bəzən xəstəliklər öz-özünə keçə bilir. Məsələn, qrip üçün bəlkə, müraciət etməyə ehtiyac qalmır və yaxud da bir başqa xəstəliyə… Amma bir çox halda yenə də həkimə müraciət etməkdə fayda var. Çünki ciddi xəstəliklərin başlanğıcı da ola bilər o yüngül proseslər.

Xəstəliyin tez sağalmasını istəyirik

İkinci problem nədir? Deyək ki, xəstə kifayət qədər onu narahat edən simptomlarla həkimə müraciət edir. O vaxt xəstənin düşüncəsi və yaxud da bizim yaxınlarımızın xəstə olanda düşüncəmiz nə olur? “Nə edək, necə edək, amma hamısını bir yerdə edək ki, xəstəmiz bir az tez düzəlsin.” Xəstə düzələnə qədər həkimin dediyi hər bir şeylə demək olar ki, razı oluram. Gələn xəstələrdə də belədir: “Doktor, bir şey et, düzəlsin.” O şeyin nə olmağından asılı olmayaraq “Bir şey et, düzəlsin.”

Yaxşılaşan kimi müalicəni dayandırırıq

Mənim daha çox vurğuladığım şey “Bugünkü problem həll olan problemdir.” 

Əsas həll olmayan problem nədir? 

Bizim psixologiyamızın o problemini də eyni zamanda ortaya qoymuş olacağam: “Yaxşıyam” deyəndən sonra dərmanları həkimin dediyi qayda ilə istifadə etməmək və yaxud da məsləhətləri, həkimin dediyi qaydada istifadə etməmək. 

Çünki burada bizə çətinlik yaranır. “Bizə” deyəndə eyni zamanda xəstəyə və xəstə yaxınlarına da çətinlik yaranır.

Deyək ki, bir xəstəlik – “bipolyar” xəstəliyi… Bipolyar xəstəliyində bir xəstənin xəstəxanaya gəlmə, ya da gətirmə şəkli çox dramatik görsənir. Çox ağır bir vəziyyətdə gəlirlər və verilən dərmanı qəbul edir, xəstə rahatlaşır. Rahatlaşandan sonra yaxınların və yaxud da xəstənin özünün belə bir düşüncəsi olur sanki “Bir problem idi oldu, bitdi və bir daha olmayacaq.” 

Xəstəliklər qayıda bilir

Bir çox xəstəliklər təkrarlanma ehtimalı olan xəstəlikdir. Xüsusilə də, psixiatrik xəstəliklərdə… İlk dəfə düzəltmək daha rahat olur, nəinki təkrarlanan problemi düzəltmək.

Dolayısı ilə, xüsusilə psixatrik dərmanların qəbulu və yaxud da psixoterapiyaları psixoteropevdən və yaxud da həkimdən icazəsiz azaltmaq, kəsmək, onun üzərində təkrar həkimlik eləmək məsləhət görmərik. 

Həm xəstəliyin təkrarlanma ehtimalının qabağını alırıq, həm təkrarlanarsa, düzəlməsinin çətinliyinin önünə keçmiş oluruq. 

Bəzən ağlımızda şübhə qalır həkimlə bağlımı, dərmanla bağlımı… Bir başqa eyni ixtisas həkiminə müraciət edib, bəlkə, onu dəqiqləşdirməkdə fayda var. Amma yenə 3-4 həkim olsa belə, həkimin nəzarəti olmadan özümüzün həkimlik etməməyimiz lazımdır.

Xəstəlikləri özümüz xronikləşdiririk

Xəstələr deyir ki, “Doktor, filankəs nevroz diaqnozu qoydu mənə” və yaxud da “Mən nevrozam, onsuz da, düzəlməyəcəyəm.” Nevrozu özümüz xronikləşdiririk. Çünki verilən dərmanı verilən müddətdə istifadə etmirik. Dərmanı saxlayırıq, ondan sonra xəstəlik bir də qayıdır. Bir də qayıdanda əlavə dərman və yaxud da yüksək dozada dərman… 

Deyək ki, ilk depressiya ilə gələn xəstə ən az 6 ay dərman veririk, amma o ikinci dəfə gələndə ona 1 il veririk və yaxud da üçüncü dəfə gələndə ona artıq 3 il, 5 il məsləhət görürük. 

Dolayısı ilə, deyiləni əməl etməyəndə çox vaxt o xronikiləşmiş klassik nevroz insanın bədənində oturmuş olur.

Xəstəlikləri “Google”da axtarırıq 

İnsanlarımızın çoxu, xüsusilə də, xəstəliyi “Google”dan axtarır. Amerikalıların belə bir sözləri var “Nəyi ‘Google’dan axtarırsansa axtar, xəstəliyi axtarma” deyə. Xüsusilə də, psixiatrik xəstəliklərdə… 

Məsələn, “əsəb gərginliyi” psixiatrik xəstəliklərin demək olar ki, hamısında var. İnternetdə yazıb baxırıqsa, orada ən yüngülündən, deyək ki, bir “panik atak” ən ağırı “şizofren”… Hamısında əsəbin gərginliyi var. 

Bipolyardan danışanda, təşviş pozuntusundan danışanda, depresiyadan danışanda və yaxud da internetdəki videoları izləyəndə, əgər mən həkim deyiləmsə, onların hamısından mən özümə pay çıxarıram. Onsuz da, həyəcanlı insanamsa, bu mənim vəziyyətimi bir az da ağırlaşdırır, qorxularımı bir az daha artırır. Artmış qorxular yuxumu bir az daha pisləşdirir, iştahamı bir az daha kəsir. İştah kəsiləndə, yuxu azalanda xəstəlik bir az daha dərinləşmiş olur.

“Google”da xəstəlik araşdırmaq doğru deyil

“Google”dan araşdırmaq doğru deyil və “Google”a xəstəlik araşdırma mövzusunda inanmaq da doğru deyil. Niyəsini izah etmiş oldum. 

Çünki həkim olmayanda o sadəcə bir sözə görə axtarıb sizə çoxlu cavab tapır. 

Deyir ki, “Doktor, sizin videolarınızı izləyirəm hamısı məndə var.” Halbuki, mən bir çox xəstəlik haqqında danışmışam, hamısı bir xəstədə ola bilməz.

Bəlkə onun da izahı üçün ayrıca bir vaxt gedir. Bəlkə, daha başqa şeylərdən danışa bilərik, amma onlardan danışırıq 15 dəqiqə, 20 dəqiqə ki, “ şizofreniyanın əlamətləri belə olur”, ya da “Depressiyanın əlamətləri belə olur” kimi.

Xüsusilə də, psixiatriya xəstəlikləri, ya da psixologiyanı öyrənmə üsullarını internetdən tapmağı məsləhət görmürük.

Uzm. Dr. Fuad Bəşirov, Psixiatr

One reply on “Xəstəliklərimiz niyə xronikləşir?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir