Kateqoriyalar
Endokrinologiya

Şəkərli diabetdə xolesterin dərmanlarının qəbulu

Şəkərli diabet xəstələrində ölümün əsas səbəbi, ürək-qan-damar xəstəlikləridir.
Böyük damarların zədələnməsinin qarşısını almaq üçün şəkərilə yanaşı, mütləq kardiovaskulyar risk faktorlarını da kontrolda saxlamalıyıq. 

Şəkərli diabet xəstələrində şəkərlərinin nəzarət altına alınması çox vacibdir, amma kifayət deyil. Nəyə görə? 

Çünki şəkərli diabet xəstələrində ölümün əsas səbəbi, ürək-qan-damar xəstəlikləridir. Yəni, “kardiovaskulyar xəstəliklər” dediyimiz miokard infarktı və insultdur. 

Böyük damarları da qorumalıyıq

Şəkəri normada saxlamaqla, kiçik damarların yəni, göz damarlarının, böyrək damarlarının zədələnməsinin qarşısını ala bilirik. Yəni, göz və böyrək damarlarının zədələnməsinin qarşısını almaqla, görmə qabiliyyətinin itməsinin və yaxud da böyrək çatışmazlığının əmələ gəlməsinin qarşısını ala bilirik. 

Böyük damarların zədələnməsinin qarşısını almaq üçün şəkəri – qan şəkərlərini nəzarətdə saxlamaqla yanaşı, mütləq kardiovaskulyar risk faktorlarını da kontrolda saxlamalıyıq. 

Kardiovaskulyar risk faktorlarını nəzarətdə saxlamaq nə deməkdir? Yəni, qan yağları, xolesterin yüksəkliyi başda olmaqla, qan təzyiqini və həmçinin, piylənməni müalicə etməyimiz lazımdır. 

Şəkərli diabet xəstələri ən çox miokard infarktı və insultdan ölür

Şəkərli diabet xəstələridə ölümün 70-80 faizi miokard infarktı və insultdur. 

Ona görə, “Diabetlilər üçün ölümün qarşısını almaqdan ötrü kardiovaskulyar risk faktorlarını kontrol altında saxlamaq, qan şəkərlərini kontrol altında saxlamaqdan daha vacibdir!” – belə deyə bilirik. 

Ona görə bütün beynəlhətta “Qanda xolesterin səviyyəsi yoxlanılmadan da belə, xalq diabetin müalicə protokollarında, xüsusilə, tip 2 diabet xəstələrində, xolesterin müalicəsinə başlamaq lazımdır” deyə qeyd olunub. 

Şəkərli diabet xəstələrində “pis xolesterin” aşağı olmalıdır

Şəkərli diabet xəstələrində “pis xolesterin” adlandırdığımız LDL xolesterin 100-dən aşağı olmalıdır. 

Əgər bilinən hər hansı bir ürək-qan-damar sistemi xəstəliyi varsa, məsələn, keçirilmiş miokard infarktı varsa, açıq ürək əməliyyatı olunubsa və yaxud da ürək damarına stend qoyulubsa, bu halda “pis xolesterin”in 70%-dən aşağı olması tövsiyə olunur. 

Dr. Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir