Kateqoriyalar
Endokrinologiya

Haşimoto tiroiditi

Normalda insan orqanizminə kənardan yad bir cisim girərsə, orqanizmin immun sistemi həmin yad cismə qarşı mübarizə aparmağa başlayır.
Haşimoto tiroiditində immun sistemin “savaşçı hüceyrələri” orqanizmimizin öz doğma toxumasını, öz doğma orqanını – tiroid vəzini yad bir toxuma kimi qəbul edir və ona hücum edərək onun hüceyrələrini dağıtmağa çalışırlar.

Haşimoto tiroiditi nədir, necə müalicə olunur və şikayətləri nədir və Haşimoto tiroiditinin qarşısını almaq olarmı? Bu haqda məlumat verəcəyəm. 

Haşimoto tiroiditi nədir?

Birincisi, Haşimoto tiroiditi nədir?  Bu, autoimmun bir xəstəlikdir. Xırdalamağa çalışacağam autoimmun xəstəlik nədir? 

Normalda insan orqanizminə kənardan yad bir cisim, yad bir maddə girərsə, orqanizm həmin yad cismə qarşı mübarizə aparmağa başlayır. Daha doğrusu, orqanizmin immun sistemi həmin yad cismə qarşı mübarizə aparmağa başlayır. 

Haşimoto tiroiditində bədənin “savaşçı hüceyrələri”, immun sistemin “savaşçı hüceyrələri” orqanizmimizin öz doğma toxumasını, öz doğma orqanını – tiroid vəzini yad bir orqan kimi, yad bir toxuma kimi qəbul edir və ona hücum edərək, yəni qalxanvari vəzə, tiroid vəzinə hücum edərək, onun hüceyrələrini dağıtmağa çalışırlar.

Haşimoto tiroiditinin müalicəsi

Bu xəstəliyin qarşısını almaq mümkün deyil. Çünki bu xəstəlik ailəvi keçişlidir. Həmin antikorlar – “savaşçı hüceyrələr” adlandırdığımız antikorlar, yəni Anti-TG və Anti-TPO bizə genetik olaraq keçirlər və həmin antikorları normallaşdırmaq və yaxud da onların irsi olaraq keçməyinin qarşısını almaq mümkün deyil. Buna görə Haşimoto tiroiditinin müalicəsi də yoxdur. Daha doğrusu, əgər hormonlar normadadırsa, Haşimoto tiroiditi bir müalicə tələb etmir. Çünki Anti-TPO-nu və Anti-TG-ni, yəni antikorları normallaşdıra bilən dünyada bir müalicə metodu yoxdur. 

Haşimoto tiroiditinə kimlərdə rast gəlinir?

Haşimoto tiroiditi daha çox qadınlarda rast gəlinir. 4-5 dəfə daha çoxdur kişilərlə müqayisədə. Ümumi populyasiyanın 10-15 faizində rast gəlinir. Daha çox orta yaşlarda – 30-50 yaşlarda rast gəlinir. 

Haşimoto tiroiditinin əlamətləri

Haşimoto tiroiditi nə şikayət verə bilər? 

Haşimoto tiroiditi öz-özlüyündə heç bir şikayət verə bilməz. Yalnız o halda şikayət verə bilər ki, artıq qalxanvari vəzi hüceyrələri yetəri qədər dağılıblar və qalxanvari vəzi öz funksiyasını göstərə bilmir. 

Yəni tiroid hormonları normaldırsa, Anti-TPO, Anti-TG yüksək olması pasiyentə bir şikayət verməz.

Dr. Gülay Məmmədova, Endokrinoloq

4 replies on “Haşimoto tiroiditi”

Salam. Tiroiditin aktiv olub olmamasına bağlıdır. Remisiya fazasındadırsa peyvənd oluna bilərsiz.
Dr. Nəsib Həsənli, İnfeksionist

Salam. Mende hipotireoz var. 4 ildi eritroks atirdim. Artiq 5 aydır ki atmiram bu dermani. Derman allergiyasi yaranib mende. Sualim budur ki,dermani qebul etmediyim halda TSH yene qalxa biler? Ne meslehet gorursuz ?

Salam. Eutiroks adətən allergiya yaratmaz. Bəlkə tərkibindəki hansısa köməkçi maddələrə garşı allergiyanız var? Elədirsə, l-tiroksinə keçə bilərsiniz. Hipotireoz adətən ömür boyu müalicə tələb edir. Bəli, TSH yüksələ bilər. Endokrinoloqa müraciət etməyinizi tövsiyyə edərdim.
Dr. Gülay Məmmədova, Endokrinoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.