Kateqoriyalar
Endokrinologiya

Tiroid vəzi müayinəsi

Son zamanlar, karantin müddətində daha çox boş vaxtımız olduğuna görə sosial şəbəkələrdə bir sorğu keçirdim ki, pasiyentlər ən çox hansı mövzuları eşitmək istərdilər, hansı endokrin xəstəliklər haqqında danışmağımı istərdilər. 

Verilən suallardan biri odur ki, “Tiroid vəzi müayinəsi tam normaldır, amma tiroid hormonlarında problem çıxıb” və yaxud “Tiroid hormonlarım normaldır, amma tiroid ultrasəs müayinəsində dəyişikliklər çıxıb, bu normaldırmı?” 

Cavab olaraq, bəli, normaldır. 

Nəyə görə normaldır? 

Tiroid ultrasəs müayinəsi bizə qalxanvari vəzinin strukturu, quruluşu, görününşü haqqında məlumat verir. Onun ölçüləri haqqında, orada qanlanması haqqında, quruluşu haqqında, düyünün olub, olmaması haqqında məlumat verir. 

Tiroid hormonları isə bizə qalxanvari vəzin necə işləməyi haqqında, necə fəaliyyət göstərməsi haqqında məlumat verir. Yəni normalmı, normadan çoxmu fəaliyyət göstərir, yoxsa normadan azmı fəaliyyət göstərməsi haqqında məlumat verir. 

Ona görə quruluşda, yəni ultrasəs müayinəsi normal olduğu halda, tiroid funksiyaları pozula bilər. Yəni tiroid hormonları normal olmaya bilər və yaxud da tərsinə, tiroid hormonları, yəni qalxanvari vəzin funksiyası tam normal olduğu halda belə görünüş olaraq sturukturunda bir dəyişiklik ola bilər və ən çox ikisi bir yerdə olur. Həm tiroid hormonlarında bir dəyişiklik olur, həm də quruluş olaraq tiroid ultrasəs müayinəsində dəyişikliklər olur. 

Və tiroid funksiyasında dəyişiklik olarsa, əlamətlər olaraq hansılar ola bilər? 

Tiroid funksiyasının azalması. Buna el arasında “tənbəl zob”, tibbi dildə “hipotiroidi” deyirik. 

Qısa olaraq əlamətləri halsızlıq, əzginlik, tez yorulma, yuxu basma, depressiv hal, ruh düşkünlüyü, əldə və ayaqlarda şişkinlik, qəbizliyə meyillilik, pasiyentlərin çəki artırmağı və yaxud da  çəki verə bilməmək, qadınlarda menzis pozğunluğu, sonsuzluq kimi şikayətlər verə bilir. 

Qalxanvari vəzin artıq fəaliyyət göstərməsi “hipertiroidi”, buna el arasında “zəhərli zob” deyirlər. 

O zaman isə xəstənin sinirlik halı, səbrsiz olması, istiyə qarşı dözümsüz olması, çox tərləməyi, əldə əsmələr, titrəmələr, bəzən gözün önə doğru çıxması kimi şikayətlər ola bilər.

Dr. Gülay Məmmədova, Endokrinoloq

3 replies on “Tiroid vəzi müayinəsi”

Salam mende tiroid bezi var hicablı xanımam mende boğulma verir ağrı verir boğazımda nese qalmış kimi hiss olur neycundu bu ?

Salam. Boğazımda qida qalığı qalır, qıcıqlanır öskürürəm, qrip olanda öskürəyim dayanmır, diafraqma yırtığı ola bilər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir