Kateqoriyalar
Psixoterapiya

Təşviş pozuntusu

Hal-hazırda cəmiyyətimizdə ən çox yayılmış psixoloji pozuntulardan biri də təşviş pozuntusudur.

Təşviş pozuntusu əslində bədənin müdafiə mexanizmidir.

İnsan hər hansı təhlükə anında, təhlükə ilə üzləşdikdə bədənimizdə fizioloji simptomlar vasitəsilə biz həmin təhlükəyə qarşı müdafiə olunmağa çalışırıq.

Məsələn meşədə yeriyirsiniz, qarşınıza bir ayı çıxdı. Bu anda təbii ki, bədən qaç və yaxud da döyüş rejiminə keçməlidir ki, biz sağ qalaq. Bəzən isə heç bir təhlükəli situasiya ilə rastlaşmadığı halda belə təşviş hissi yaranır. Bu artıq patologiya sayılır.

Təşviş hissinin simptomları nələrdir?

İnsanın ürək döyüntüsünün həddən artıq sürətlənməsi, tənəffüsün çətinliyi, tərləmə, əllərin, ayaqların əsməsi, eyni zamanda əllərdə, ayaqlarda, ayaq uclarında baş verən soyuma hissi, mədədə boşluq, udqunmada çətinlik, bunların hamısı. 

Bu cür simptomlar baş verdiyi halda və bu təbii ki, simptomlar müəyyən müddət və sıxlıqlarla baş verir ki, biz artıq buna təşviş diaqnozu qoya bilirik. 

Təşviş pozuntusu beynimizdə seratonin və GABA neyrotransmitterlərində balansın pozulması ilə ortaya çıxan bir pozuntudur. 

Bəzən isə gözlənməyən anlarda insanlarda böyük təşviş hissi “Panik atak” meydana gətirir. “Panik atak”ın ortaya çıxdığı məkanlarla bağlı sonradan insanlarda fobiyalar da yarana bilər. Yəni bu zəncirvari bir-birini izləyən müəyyən psixoloji problemlərə də gətirib çıxarda bilər. 

Belə ki, misal üçün deyək ki, şəxs hər hansı bir əhalinin sıx olduğu yerdə, MALL-lardan birində panik pozuntusu keçirib. Müəyyən növbəti mərhələlərdə artıq o yerlərə getməkdən qaçına bilər. Bu baş verdikdə də artıq aqrofobiyaya çevrilə bilər. O şəxs düşünə bilər ki, insanların sıx olduğu yerdə əgər panik məni yenə tutsa, onda mən orda köməksiz qalacam, o məkandan çıxa bilməyəcəm, heç kəs mənə kömək etməyəcək. Bu insanlar o anda sanki öləcəklərmiş kimi hiss edirlər. Yəni onlar çox güclü təşviş hissi keçirdirlər həmin hallarda.

Bu cür hallarla rastlaşdıqda psixiatr və psixoloqlara müraciət etmək lazımdır.

Onlara diaqnoz qoyulur, əgər lazımdırsa, müəyyən dərmanlar, farmakoterapiya vasitəsilə onları müalicə etməyə çalışırlar və eyni zamanda psixoterapiya, onlara çox kömək edə bilər.

Şəbnəm Soltanlı, uzman psixoloq

One reply on “Təşviş pozuntusu”

Salam men uc ildi eleyem duzelmirki duzelmir yatdigim yerde oyaniram kureyim desilir ele bil indi olecem gunum ancaq ele kəcir menim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir