Kateqoriyalar
Ginekologiya

Hormonlu mirena spiralı, yoxsa adi spirallar?

Hormonlu spiral mirenaya, yoxsa adi spirallara üstünlük verək qadınlarda?

Bu sual bizə çox gəlir. Əvvəla onu deyim ki, elə bir qorunma metodu yoxdur ki, hər hansı bir əlavə təsiri olmasın. Yəni zərəri demirəm, çünki zərərli deyil bunlar. Ancaq hər bir qorunma metodunun mütləq ki, bir əlavə təsiri vardır.

Adi spiralların qorunma mexanizmi

Adi spirallar, yəni mis, gümüş, qızıl fərqi yoxdur, yəni bunların qorunma mexanizmi ondan ibarətdir ki, uşaqlığın daxilinə qoyduğumuzda orada steril bir iltihab əmələ gətirir və bu iltihab nəticəsində həm mayalanmış yumurta hüceyrə, əgər olarsa, onun gəlib ora implantasiya olmasının qarşısını alır. Digər bir tərəfdən isə spiralın boynunda olan həmin o belə deyək: metal, yəni deyək ki, gümüş və ya mis, ən çox tərcih etdiyimiz misdir, bu uşaqlıq boynunda steril iltihab əmələ gətirir, həm də spermaların oradan rahatlıqla keçməsini azaldaraq, yəni spermanın hərəkətini azaldaraq mayalanmanın bir yandan da qarşısını alır.

Adi spiralları niyə seçməyək?

“Bəs bu qədər ucuz və rahat bir vasitəni niyə tərcih etməyək, ya da niyə edək?” deyə sual gəlir. Əslində bu spiralların qoruyuculuğu yüksəkdir, yəni tərkibi gümüş də olsa, mis də olsa, fərq etməz qoruyuculuğu yüksəkdir, bununla hamilə qalma şansınız çox aşağıdır.

Hətta hamiləlik olarsa belə, bir şey var ki, “Uşaqlıqdan kənar hamiləlik riskini artırırmı spiral?” deyə sual var. Əslində artırmır. Sadəcə hamiləlik baş tutarsa, uşaqlığın daxilinə implantasiyanı mümkün qılmadığı üçün əksərən hamiləlik olarsa, boru hamiləliyi olma ehtimalı daha yüksəkdir, nəinki normal hamiləlik. Amma spiralla normal hamiləlik də izlənə bilər.

Dediyimiz kimi qoruyuculuğu yüksəkdir, ancaq ən çox tərk edilmə səbəbi adi spiralların budur ki, “menorragiya” dediyimiz çox intensiv qanaxmalar. Bu da ondan əsasən ibarətdir ki, uşaqlıq daxilində dedik ki, o, daimi qıcıqlandırdığı üçün, steril bir iltihab əmələ gətirdiyi üçün intensiv qanaxmalar əmələ gətirə bilir. Yəni xəstənin əsas şikayəti bu olur: “Spiral taxandan sonra aybaşı qanamalarım artıb.” Artıq 1 həftə deyil, 3 gün deyil, 10 gün, 15 gün, bəzi günlərdə intensiv, bəzi günlərdə isə az miqdarda qanaxması artmış olur. Əlbəttə ki, “Bu nəyə zərərdir?” desəniz, hemoqlobin azlığına və dəmir əskikliyi anemiyasına gətirib çıxara bilir və qadında diskomfort hissi yaradır, təbii ki. Bu belə, adi spiralların belə deyək.

Hormonlu spiral mirenanın qorunma mexanizmi

Nəyə görə hormonlu spiral, yəni mirenanı tərcih edə bilərik? Mirenanın isə belə deyək, həm müalicəvi faydası vardır, həm də hamiləlikdən qoruyuculuğu digər adi spirala görə daha yüksəkdir. 

Digər bir aralarındakı fərq adi spirallar bəzən sürüşüb düşə bilir, bu intensiv qanaxmalarda heç bunu xəstə fərqinə varmaya da bilir. Ancaq mirenanın, yerindən tərpənmə ehtimalı və düşməsi ehtimalı demək olar ki, yox deyəcək qədərdir.

Və digər adi spirallardan fərqi qanaxmanı artırmaz, tam tərsi aybaşı qanaxması gur olan qadınlar, daha öncədən uşaqlıq divarı qalınlaşan qadınlar, polip keçirmiş qadınlar bu tipdə, hətta aybaşı ağrıları çox olan qadınlara daha çox məsləhət edirik. Çünki bunlara eyni zamanda müalicəvi effekt verir və uşaqlığın daxilində qalınlaşmağa izin vermədiyi üçün digər yandan da hamiləlikdən qorunmuş olur, yəni implantasiyanın qarşısını almış olur.

Mirenanın əlavə təsirləri nələrdir?

Burada da qanama azalması, yəni aybaşı miqdarınız get-gedə azala bilər. İlk 6 ayda, adətən, ara ləkələnmələr şəklində qanamalar görülə bilər, amma get-gedə də ümumiyyətlə, aybaşı miqdarı bəzi qadınlarda tamamən olmaya bilər, çox az miqdarda ola bilər, ancaq bunu ümumən götürdükdə tibbi olaraq heç bir zərəri yoxdur. Çünki dedimiz kimi endometrium qarını incəltdiyi üçün olur bu. Siz aybaşıdan kəsilmirsiniz, menopauzaya girmirsiniz, çünki yumurtalarınız öz fəaliyyətini davam etdirir.

Yəni məndən soruşsalar hansını seçərdiniz? Mən mirenanı, əlbəttə ki, məsləhət görərəm.

Uzman Dr. Günel Ziyadova, Cərrah mama-ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.