Kateqoriyalar
Faydalı Məlumatlar Urologiya

Prostat vəzinin xoşxassəli böyüməsinin dərmanla və ya cərrahi yolla müalicəsi

Prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsi dərman və cərrahi olaraq 2 yerə bölünür. 

Dərman müalicəsi xəstələrin 90%-də uğur əldə etmiş olur. Əgər xəstəlik artıq orqanizmə zərər verirsə və yaxud da dərman effektsiz qalırsa və yaxud da ki, xəstə dərman istifadəsindən imtina edirsə, bu zaman cərrahi əməliyyat qərarı verilir. Qalan xəstələrin hamısına dərman müalicəsi verilir. 

Dərman müalicəsi gündə 1 dəfə qəbul etməklə, maddi olaraq ucuz olduğu üçün demək olar ki, ilkin seçimimizdir. Artıq hansı xəstələrdə ki, effekt vermirsə, hansı xəstələrdə ki, xəstələr müalicədən imtina edirsə və yaxud da xəstəlik orqanizmə zərər verirsə, 5 mütləq, 2 nisbi göstərişdən biri varsa, bu zaman cərrahi əməliyyat qərarı verilir. 

Prostat vəzinin ölçüsünə, prostat vəzin orqanizmə verdiyi zərərlərə görə cərrahi əməliyyatın növü təyin edilir. Əməliyyatların böyük əksəriyyəti – bəlkə də 70-80%-i qapalı yolla həll olunur, geri qalan xəstələr isə açıq əməliyyatla bu xəstəlikdən qurtula bilirlər. Əməliyyat növünün seçilməsi xəstənin yanaşı xəstəliklərindən, xəstənin prostatının həcmindən, və xəstənin istəyinə bağlı olaraq təyin edilir. 

Əməliyyat olunmuş xəstələr qapalı təyin olunmuşdursa, təqribən 2-3 gün, açıq əməliyyat olunubsa, 5-6 gün xəstəxana şəraitində qaldıqdan sonra evlərinə gedirlər. Xəstə evə çıxarkən əməliyyat vaxtı qoyduğumuz kateteri xaric edirik. Xəstə rahat bir şəkildə sidiyə çıxdıqdan sonra evə göndərilir. Evə çıxmış xəstələr ortalama 1 həftə bərpa dövrü keçirir, sonra isə aktiv həyat fəaliyyətinə davam edirlər. 

Xəstələrdə ilkin dövrlərdə tez-tez sidiyə çıxma, yandırma kimi hisslər olmasına baxmayaraq hər gün keçdikcə bu şikayətlər günbəgün azalır və 4-6 həftədən sonra bu şikayətlər tamamilə keçməlidir.

Xəstələr bəzən sual verirlər ki,

“Bu əməliyyat olunduqdan sonra xəstəlik yenidən geri qayıdarmı?”

Dünya statistikasına əsasən, bu əməliyyatdan sonra 5 il ərzində təkrarlanma ehtimalı 10% ətrafında, şəxsi təcrübəmizdə isə hər 100 xəstədən 1-də, ya 2-də görülməkdədir. 

Prostat vəzinin xoşxassəli böyüməsinin əlamətləri, tez-tez sidiyə çıxma, sidikdə yandırma, sidiyin sonunda damlama, sidiyini tam boşaltmama hissi, gecə 1 dəfədən artıq sidiyə durma kimi əlamətlər varsa, hökmən həkimə müraciət etmələrini tövsiyə edirəm. Çünki vaxtında müraciət etmədikdə prostat vəzin xoşxassəli böyüməsi artıq yanaşı fəsadlarla ki, bunlardan – böyrək çatışmazlığı, sidik kisəsinin daşı, sidik kisəsinin yırtığı, prostata bağlı qanaxma kimi ciddi fəsadlar verir. Bu isə xəstənin həyatını təhlükəyə ata bilər və xəstəliyin vəziyyətini daha da ağırlaşdırmış olar.

Dr. Mansur Xəlilov, Baş Həkim – Uroloq-androloq

14 replies on “Prostat vəzinin xoşxassəli böyüməsinin dərmanla və ya cərrahi yolla müalicəsi”

Salam men 63 yawim var ve prostatimda 28 santiliqinda bir wiw var aqrilarimda var. Ve hec bir hekim yaxin durmur. Bu wiwi emeliyatla goturmek olarmi

Salam. Müayinə ilə şişin hansı mənşəli olduğunu təyin etdikdən sonra, mümkündürsə lazımi köməklik olunar İnşallah.
Baş Həkim Dr. Mansur Xəlilov, Uroloq-Androloq

Salam Msnsur doktor.demek olar ki, prostatimda odenoma olmasini 6 ay bundan qabaq bilmisem.o zamsn uzi gostericileri 61-43-36 olub odinoma 44 mm olmusdu bu muddetde muxtelif formada derman peraparatlari ile mualice olmusam.hazirda odinoma 36 mm dir. Bu uzu gostericisidir.bundan sonra hansi mualiceni meslehet gorerdiniz.tesekkur edirem

Doktor salam uzi müayinə zamanı prostat 38sm kub hiperplazik.aşkarlanıb.ancağ məndə heç bir problem hiss etdirmir qecə sidikə durmuram, sidikdən pis qoxu qəlmir,sidiyin təzyiqi çox yaxşıdır. Uzi həkimim PSA analiz məsləhət görüb.siz nə məsləhət qörürsez Xudat ş oluram

Salam hekim. Menim 60 yasim var. Usm muayinesi zamani prostat vezimde sis askarlanib. Qanimdan analiz goturulerek PSA umumi kemiyyetce 13.6 mueyyen olunub. Bu onu gosterirki hemin şiş xoş xasselidir?

Salam doktor. prostatla bağlı 2 gündür çoxluca məlumat oxudum. 31 yaşım olmasına baxmayaraq ürkməyə başladım.
1.mütləqdirki hər kişi prostat olacaq?ola bilər ki ömür boyu prostat olunmasın?aktiv idman həyatı və düzgün qidalanmaqla bu mümkündür?
2.erkən müayinə olunsa və dərmanlardan istifadə edilsə sağalma mümkündür yoxsa ömür boyu dərmanla yaşanır?belə olduqda cinsi həyata təsiri olur?
3.fərz edək ki 45 yaşımda əməliyyatdan oldum. sərtləşmə və libido itkisi olmaması üçün sinir uclarının əməliyyat zamanı zərər görməməsi üçün nə etməlidir və xaya protezi qoymaq cinsi həyata əvvəlki kimi təkan verəcək?
qısacası nə etmək lazımdır ki həm əziyyət çəkilməsin həm cinsi aktivlik əvvəlki kimi olsun həmdə dərmanda uzaq durulsun

Salam. Prostat vəzinin əməliyyatı üçün mütləq göstərişlər olduğunda bu barədə xəstəyə ətraflı məlumatlar verilir. Sizin 31 yaşından bu problem və onun müalicəsini düşünməyiniz düzgün deyil.
Baş Həkim Dr. Mansur Xəlilov, Uroloq-Androloq

Doktor Salam. türk saytlarında oxumuşam ki, kişi hormanlarının dəyişməsi yəni yaşlandıqca testestoron hormonunun azalmasıyla yaranır. belə sual çıxır ki vaxtlı-vaxtında ər-arvad arasında cinis münasibət normasındadırsa hətta 50 yaşda da olsa prostat olma şansı azalır. doğru mühakimədir?

Salam. Prostat vəzi sizin genetik kodlamanıza uyğun olaraq böyümə tendensiyası göstərəcək. Siz sağlam yaşama qaydalarına riayət etməklə prostat vəzinin inkişaf prosesinə nisbi təsir edə bilərsiniz.
Baş Həkim Dr. Mansur Xəlilov, Uroloq-Androloq

Salam Hekim,47 yasim var,2 aydan coxdurki cinsi hevesim demek olarki yox derecesindedi,Cinsi zeifliyimde var,3-4 gundu anal aqrilarim baslayib,Evvelce baqirsaq catim var ondan suphelendim,Amma indi eminlikle hiss ediremki prostat vezim aqriyir…Prostat vez aqrilarimda anal nahiyede aqri olur?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir