Kateqoriyalar
Qastroentrologiya

Qaraciyər sirrozunun müalicəsi

Sirroz xronik hepatit xəstələrinin son mərhələsidir və sirroz qaraciyər toxumasının birləşdirici toxuma ilə əvəz olunmasıdır. El dilində desək “daşlaşması”, “bərkiməsidir”. 

Sirrozun 2 mərhələsi var kompense və dekompense mərhələsi.

Dekompense mərhələsi artıq sirrozun sonuncu mərhələsidir. Bu zaman xəstələrin qarnına maye yığılır, rəngində sarılıq baş verir, beyin əlamətləri başlayır – hepatik ensefalopati və qida borusu varikozlarına bağlı qanaxmalar meydana gəlir.

Sirrozun əlamətləri nələrdir?

Sirroz nə zaman əlamət verər?

Ümumiyyətlə, bildiyimiz kimi qaraciyər sinirlə təchiz olunmayan orqandır, qlisson kapsulu ilə əhatəlidir. Və qaraciyər son mərhələdə əlamətlər özünü büruzə verər.Onun üçün sirroz xəstələri bizə artıq bir az gec mərhələdə müraciət eləmiş olurlar. Və yaxud da ki, təsadüfi müayinələr nəticəsində qaraciyər testlərinin yüksəlməsi, ultrasəs müayinəsində dənəvərliyin müşahidə olunması nəticəsində sirroz xəstələrində əlamətlər özünü büruzə verir və həkimə müraciət edirlər.

Sirrozun müalicəsi necə aparılır?

Sirroz xəstəliyinİ ilkin etapda, kompense mərhələsində xəstəliyi geri qaytara bilməsək də, amma inkişafının qarşısını ala bilirik. Xəstənin həyat keyfiyyətini, yaşam müddətini uzada bilirik müalicə ilə. Bunun üçün bu xəstələr davamlı həkim kontrolunda olmalıdırlar, davamlı bəzi dərmanlar içməlidirlər.

Əsas sirrozun müalicəsi səbəbə yönəlik müalicədir. Sirrozu yaradan səbəblə yanaşı sirrozun simptomatik müalicəsi gedir. Səbəbə yönəlik müalicə olunmazsa, səbəb aradan qalxmazsa sirrozun simptomatik müalicəsinin heç bir əhəmiyyəti yoxdur.

Bunun üçün sirroz xəstələri aralıqlarla yox, davamlı Qastroenteroloq-Hepatoloq həkimin nəzarətində olmalıdırlar. Həkimin təyin etdiyi qidalanma da sirroz xəstəsinə çox önəmlidir. Qidalanmaya və dərmanlara vaxtlı-vaxtında riayət etməlidirlər. Və sirroz xəstələrinin ən önəmli müayinələri laborator müayinələrdir, Endoskopik müayinədir, qida borusunda varikozlar var, yoxsa yox, o təyin olunur.

Və artıq sirrozun dekompense mərhələsidirsə, buraya ağciyər qoşula bilər, böyrəklər qoşula bilər, beyin əlamətləri başlayırsa, beyin qoşula bilər. 

Dekompense sirroz multiorqan çatışmazlığıdır. Dekompense mərhələyə çatdırmadan xəstənin müalicəsi düzgün gedərsə, sirroz xəstələrin həyatı riski yoxdur.

Dr. Şahnaz Atayeva, qastroenteroloq-hepatoloq

3 replies on “Qaraciyər sirrozunun müalicəsi”

Salam qara çiyər sirosu dekopesiya olan xəstəyəm əlillik ömürlük ola bilər sağalma ümüdü var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir