Kateqoriyalar
Faydalı Məlumatlar

Şizofreniya

Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. (Psixoz- reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir) Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. İntelektual qabiliyyət əsasən pozulmasa da […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Bipolar Affektiv pozuntu

Bu xəstəlik daha çox yeniyetməlik və gənc yaşlarda özünü biruzə verir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər 100 nəfərdən 5-9 nəfəri bu xəstəlikdən əziyyət çəkir. Xəstəliklərin Beynəlxalq Təsnifatının müəyyən etdiyi kimi, Bipolar pozuntu xəstənin əhval-ruhiyyəsi və fəaliyyət səviyyəsinin əhəmiyyətli dərəcədə pozulduğu, təkrarlanan epizodlarla xarakterizə olunan bir xəstəlikdir. Bəzi hallarda bu narahatçılıq əhval-ruhiyyənin yüksəlməsi və […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİ

Öskürək tənəffüs yollarının xəstəlikləri zama’nı önəmli və ən sıx rast gəlinən simptomlardan biridir. Bu valideynləri çox narahat edən və ən çox xəstəxanaya baş vurma səbəbidir. Davametmə müddətinə görə öskürək kəskin və xroniki olmaqla iki yerə bölünür. Əgər öskürək 3 həftəyə qədər davam edirsə bu kəskin öskürək, 3 həftədən uzun davam edərsə onda xroniki öskürəkdir. Öskürək […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Globus Histerikus (İsterik boğulma)

Boğulma, boğazda yad bir cismin qalma hissi, “boğazımda sanki bir şey var nə uda bilirəm, nə ata bilirəm” kimi və bənzəri şikayətlər Globus Histericus (İsterik boğulma) sindromunun səbəbi ola bilər. Bu cür şikayəti olan xəstələr çox vaxt Qulaq Burun Boğaz həkimlərinə və ya Endokrinoloqa müraciət edirlər. Həkimin boğaz nahiyəsində boğulmaya səbəb olacaq patologiyanın olamaması haqqında […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Somatoform pozuntular

Somatoform pozuntularƏgər somatizasiya simptomları uzun müddət və şiddətli sıxınıtlara səbəb olursa, bu Somatizasiya pozuntusundan (xəstəlikdən) xəbər verir. Lakin, Somatizasiya pozuntusu olan insanlar adətən simptomların fiziki bir səbəbə bağlı olduğuna inanırlar. Fiziki simptomlar psixoloji və ya emosional faktorlardan qaynaqlanırsa, somatizasiya adlanır. Məsələn, bir çox insanda zehni stressdən qaynaqlanan baş ağrıları var. Stress və digər psixi sağlamlıq problemləri […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Koksaki virusu

Koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır. Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpgilər əmələ gəlir. Səpgilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpgilərinə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyildir. […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Vaginizm nədir ?

Vaginizm cinsi əlaqə zamanı vagina əzələlərinin cinsi əlaqəyə imkan verməyəcək şəkildə, istəməyərəkdən sıxılmasıdır. Bəzən vaginizm ilk gecə qorxusu cinsi əlaqəyə girə bilməmək kimidə tanınır. Vaginizm ( cinsi əlaqəyə girə bilməmək ) bəzən cinsi birləşmələri təmamilə əngəlləyir. Bu səbəbdən də digər evlilik problemləri və cinsi problemlər kimi , vaginizm da ciddi qəbul edilməlidir.İlk cinsi əlaqə bacarıqsız bir […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Uşaqlarda nevroloji problemlər.

Doğulandan sonra gec, tın-tın və ya mızıltılı səslə ağlayan, döşü və ya əmziyi çətin götürən,normal əmə bilməyən, süst vəziyyətdə çox yatan və ya çox az yataraq sutkanın çox hissəsini narahat keçirən, tez-tez xüsusən qida qəbulu ilə əlaqədar olmayan qusmaları olan, yuxudan ağlayaraq oyanan, diksinən, qeyri-adi yığılmaları, göz və əl-ayaq hərəkətləri olan, ətraf və üz hərəkətləri […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Podaqra

Podaqra – sidikturşulu duzların oynaqlarda çöküntüyə məruz qalması nəticəsində əmələ gələn bir xəstəlikdir. Adətən maddələr mübadiləsi pozulduğu halda inkişaf edir. Bu xəstəlik cinsindən asılı olmayaraq hər kəsdə inkişaf edə bilər. Orqanizmdə podaqraya səbəb olan maddələr mübadiləsi problemi mövcud olduğu halda bütün oynaqlar podaqra hədəfinə çevrilir. Oynaqların birində çox, digərində isə nisbətən az miqdarda sidik turşulu duzlar […]

Kateqoriyalar
Faydalı Məlumatlar

Bel ağrılarını yaradan səbəblər

Əhalinin demək olar ki, 70 faizi bel ağrısından əziyyət çəkir. Xüsusilə 20-35 yaş arası insanlarda daha çox müşahidə olunur. Bunun da əsas səbəbi hərəkətsiz həyat tərzidir. Uzun müddət oturmaq, uzun müddət yatmaq və ya eyni hərəkət halında qalmaq bel ağrısını yaradan əsas faktorlardandır. Peşə xəstəlikləri dediyimiz kateqoriyaya bel və boyun ağrıları da daxildir. El arasında […]