Kateqoriyalar
Faydalı Məlumatlar

Globus Histerikus (İsterik boğulma)

Boğulma, boğazda yad bir cismin qalma hissi, “boğazımda sanki bir şey var nə uda bilirəm, nə ata bilirəm” kimi və bənzəri şikayətlər Globus Histericus (İsterik boğulma) sindromunun səbəbi ola bilər. Bu cür şikayəti olan xəstələr çox vaxt Qulaq Burun Boğaz həkimlərinə və ya Endokrinoloqa müraciət edirlər. Həkimin boğaz nahiyəsində boğulmaya səbəb olacaq patologiyanın olamaması haqqında məlumat verdikdən sonra şikayətlərin davam etməsi,bir çox halda həkimə güvənsizlik və başqa bir həkimə müraciət ilə nəticələnir. 
Emosional vəziyyətlə əlaqəli boğulmaların sıxlığında və şiddətində olan dəyişmələr insanları narahat etsə də hər zaman ciddi bir psixiatrik xəstəliyin olduğunu göstərmir. Psixiatrik anamnez və muayinə ilə diaqnoz qoyulur və müalicə edilir. 
Qəhərsiz yaşamaq diləyi ilə…

Dr. Fuad Bəşirov
Uzman Psixiatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir