Tənəffüs yolu infeksiyalarından sonra ikinci ən çox rastlanan infeksiyadır. Bir çox uşaqda bu təkrarlanır. Bu da böyrəklərin zədələnməsi, hipertoniya və xroniki böyrək çatışmazlığına səbəb ola bilər.
Qızlarda oğlanlara görə daha çox rastlanır. Xəstəliyin əsas törədicisi E.Coli bakteriyalarıdır.
Sistit, Pielonefrit və asimptomatik bakteriya şəklində qarşımıza çıxa bilər.
Sidik yolu infeksiyası üçün risk faktorları:
• Uşaqları sidiyini saxlayıb tualetə gec-gec getməyi.
• Sidiklik sidik axarı reflyuksu.
• Obstruktiv uropatiyalar.
• Köpüklü vanna.
• Təmizliyin arxadan önə olması.
• Qəbizlik.
• Enterobioz və s.