Kateqoriyalar
Faydalı Məlumatlar

ASTMA

Astma xəstəliyinin yaranmasında genetik faktorların rolu böyükdür. Valideynlərin birində bronxial astma xəstəliyi varsa birinci uşağın xəstələnmə ehtimalı ümumi göstəricilərə görə 12 dəfə çoxdur. Əgər bu cür ailədə birinci uşaq astma xəstəsidirsə onda digər uşaqların xəstələnmə ehtimalı 20-25dəfə artıqdır. 

Nəsildə və ya ailədə astma xəstəsi varsa profilaktik olaraq bu tədbirlər görülməlidir:

• uşaqları virus infeksiyalarından qorumaq

• evdə toz tutan əşyalar saxlamamaq (yumşaq oyuncaq, kitab rəfi və s.)

• hər gün quru və yaş təmizləmə aparmaq 

• uşaqların qidalanmasına diqqət etmək (konservativ içkilər və qidalardan uzaq tutmaq)

• uşaqları siqaret tüstüsündən uzaq tutmaq

• ev heyvanları saxlamamaq (it, pişik, balıq və s.)

Dr. Nigar Təhməzova Allerqoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir