Kateqoriyalar
Pediatriya

Pnevmoniya nədir?

Pnevmoniya ağciyərlərin iltihabıdır. Hava damcı yolu ilə yoluxulur. Xəstələnmə qış aylarında daha çoxdur. Bir çox hallarda qrip kimi başlayıb qısa bir zamanda pnevmoniya ilə nəticələnə bilər. Lakin bu bizə əsas vermir ki , hər qrip olan xəstəyə çoxlu sayda dərmanlar, antibiotiklər yazaq ki, bu pnevmoniya ola bilər.

Xəstə bizə müraciət edir, biz muayinə edirik əgər qrip əlamətləri varsa, pnevmoniya yoxdursa yüngül dərmanlar təyin edirik. Amma sonrakı zamanlarda 2-3 gün sonra xəstəlik ciyərlərinə enərək pnevmoniyaya çevrilə bilər və o zaman ağır dərmanlar antibiotiklər verilə bilər. Amma ilk başlarda ağır dərmanların verilməsi doğru deyildir.

Pnevmoniyanın əlamətləri nələrdir?

Klinik əlamətlər burun axıntısı, asqırıq, bədən hərarətinin yüksəlməsi, halsızlıq, öskürək, tənginəfəslilik və.s kimi əlamətlərlə özünü göstərir.

Körpələr daha ağır keçirir. Qısa zamanda tənəffüs çatmamazlığı, boğulma kimi ağırlaşmalar ola bilər. Bəzi hallarda heç bir klinik və labarator əlamətlər olmadan ağciyərlərin rentgen müayinəsi vasitəsi ilə pnevmoniya aşkarlanması halları da mövcuddur.

Pnevmoniya diaqnozu klinik əlamətlər, labarator və rentgen müayinələri vasitəsi ilə qoyulur.

Pnevmoniyanın müalicəsi və profilaktikası

Müalicəsi xəstənin vəziyyətinə görə dəyişməkdədir. Və təəssüflər olsun ki, hər zaman pnevmoniyanın müalicəsi elə də asan olmur bəzən ən yaxşı dərmanlar verilsə belə müəyyən ağırlaşmalar, fəsadlar ola bilər.

Pnevmoniyadan qorunmaq üçün körpə yaşlarında peyvəndlərin olunması, qış aylarında xəstə adamlardan uzaq durmaq tövsiyə olunur. Əgər evdə bir uşaq xəstələnərsə digər uşaqların da xəstələnməməsi üçün o xəstənin izolə edilməsi (kənarlaşdırılması) və hava təmasının kəsilməsi məsləhət görülür.

Uzman Dr. Altay Abdullaoğlu Pediatr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.