Kateqoriyalar
Faydalı Məlumatlar

EMOSİONAL ACLIQ NƏDİR ?

Emosional aclıq bulimiya kimi bir yemək xəstəliyidir. Bəzən olur ki, mədəmiz üçün deyil, hissləriniz üçün yemək yeyirik. Aclıq hissi fiziki olaraq başlamalıdır, amma çox vaxt emosional olaraq başlayır. Əgər darıxmaq, stress, yorğunluq, əsəb, depressiyaya cavab olaraq yemək yeyirsinizsə, emosional boşluq hissini doldurmaq üçün yediyinizi unutmayın.

Bəs emosional aclıq ilə fiziki aclıq hissini necə fərqləndirmək olar?


Əgər emosional boşluq hissinizi doldurmaq üçün yeyirsinizsə, mədəniz dolsa belə yeməyə davam edəcəksiniz. Amma, əgər həqiqətən acmısınızsa, mədəniz dolduğu anda yeməyi dayandıracaqsınız. Yemək yedikdən sonra hisslərinizi analiz etmisinizmi? Əgər yedikdən sonra özünüzü günahkar hiss edirsinizsə, deməli emosional aclıq hissiniz üçün yemisiniz.

Əgər emosional aclıq hissinizə məğlub olub yemək yemisinizsə, səhəri gün yeni bir səhifə aça biləcəyinizi unutmayın!

Uzman Psixoloq Əminə Qurbanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir