Kateqoriyalar
Faydalı Məlumatlar

DİZ AĞRILARI

Diz ağrıları insanların ən çox həkimə müraciət etmə səbəblərindən biridir. Diz ağrıları bir çox səbəbdən ola bilər. Əsasən gənc xəstələrdə menisk yırtığı sonrası diz ağrılarının yaranma səbəblərindəndir. Menisk dizin içində yerləşən aypara şəkilli strukturdur. Diz oynağının dayanıqlığını, sürüşkənliyini, elastikliyini artıran strukturlardır. Hər dizdə iç və bayır olmaqla iki menisk vardır. Menisk zədələnməsi gənclərdə əsasən travma sonrası yaranır. Yaşlı xəstələrdə də menisk yırtığı ola bilir. Yaşlı xəstələrdə adətən degenerativ menisk yırtığı görülür. Menisk yırtığı olan xəstələr adətən dizdə şişkinlik, ağrı, kilitlənmə şikayətləri ilə həkimə müraciət edirlər. Menisk yırtığı diaqnozu adətən bəzi özəl testlərdə qoyula bilir. Amma dəqiq diaqnoz Maqnit rezonans tomoqrafiya ilə qoyula bilir. Menisk yırtığının müalicəsində əsasən müəyyən ağrıkəsicilər, istirahət, diz bandajları, müxtəlif fizioterapevtik prosedurlar faydalı ola bilir. Bunlar fayda vermədikdə isə cərrahi əməliyyatla problem aradan götürülür. Cərrahi əməliyyat müasir dövrdə Artroskopik yəni oynağa 0,5 sm-lik dəliklərlə girilərək edilir. Artroskopik menisk təmiri və ya Artroskopik meniskektomiya əməliyyatları edilir.

Op. Dr. Nicat Bağışov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir