Son zamanlar dərmanlara qarşı olan allergik reaksiyalar ciddi şəkildə artmışdır. Allergik reaksiya zamanı ortaya çıxan əlamətlərə aşağıdakılar aiddir:
• övrə (qırmızı qabarıq səpgilər)
• angioödem (gözdə və dodaqda şişkinlik)
• bronxospazm
• anaflaktik şok
Bu əlamətlərlə yanaşı qızdırma, selikli qişaların zədələnməsi varsa bu allergiyanın daha şiddətli olmasını göstərir.
Allergik reaksiyaya səbəb olan dərmanlar aşağıdakılardır:
• antibiotiklər
• nonsteroid iltihab əleyhinə preparatlar (ağrıkəsicilər)
• miorelaksantlar
• radyokontrast maddələr
• epilepsiya dərmanları
• kimyaterapiya dərmanları
• anestetiklət
• vitaminlər
• bitki tərkibli dərmanlar
DƏRMAN ALLERGİYASINDAN ŞÜBHƏLƏNDİYİNİZ AN DƏRMAN QƏBULUNU DAYANDIRIN VƏ HƏKİMƏ MÜRACİƏT EDİN!
Dr. Nigar Təhməzova Allerqoloq