Əmgək yeni doğulmuş uşaqlarda beyində kəllə sümüklərini birləşdirən, kəllə sümüklərinin arasında bağ toxumasından ibarət olan yumşaq bir hissədir. Və əmgəyin ölçüləri fərdi individual olub normalda 0.5 sm-dən 3 sm-ə qədər olan böyüklüyü əhatə edə bilər. Həmçinin əmgəyin bağlanma müddəti də fərdidir. Belə ki, bəzi uşaqlarda iki aya qədər, hətta üç aylıq normal başı inkişaf edən uşaqlarda əmgəyin bağlanmasını görə bildiyimiz halda bəzi uşaqlarda 3 yaşına qədər davam edə bilər.
Əmgək hansı hallarda gec bitişir?
Amma bəzi xəstəliklər məsələn bəzi hallarda bu əmgəyin bağlanmasını gecikdirə bilər. Məsələn, deməli axondroplaziya – qığırdaq bağ xəstəlikləri, vitamin D əskikliyinə bağlı olaraq raxit xəstəliyi, bundan sonra hipotireoz, yəni qalxanvari vəz xəstəlikləri, həmçinin kəllədaxili təzyiqin artmasına səbəb ola biləcək bəzi ciddi xəstəliklər, ciddi hallar: beyin qanamasıdır, beyin şişidir, ensefolit, menengit kimi hallar əmgəyin bağlanmasını gecikdirə bilər.
Nəyə görə kəllədaxili təzyiqin artmasına bağlı olacaq xəstəlikləri xüsusi vurğuladım? Çünki burada valideynlər əmgəkdə bir damcı qabarıqlıq, bir az böyüklük görən kimi səhv olaraq “Uşaqda kəllədaxili təzyiq var” deyib onun müalicəsinə başlayırlar. Və burada yeri gəlmişkən vurğulamaq istəyirəm ki, kəllədaxili təzyiq hər əmgəyi gərgin olan uşaqda və yaxud da əmgək böyüklüyü olan uşaqda bunu görmərik. Bu ciddi xəstəliklərin bir simptomudur. Məsələn, hidrosefaliya xəstəliyi. Hidrosefaliya xəstəliyində də yenə əmgəyin bağlanması gecikə bilir. Bu zaman beyin mədəciklərinin və həmçinin baş ölçülərinin normadan, həddindən çox böyük olmasını müşahidə edə bilirik. Və təbii ki, bu həyatı təhdid edən ciddi bir xəstəlikdir.
Digər hallarda genetik meyilə bağlı olaraq bəzən əmgəyin, deməli bağlanması gecikə bilir və bu halda heç bir müdaxilə tələb etmir. Və burada bəzən valideynlər səhv olaraq əmgək gec bağlanır deyə uşağa Kalsium, vitamin D və s. kimi ifrat qida əlavələri, verilir ki, bu heç bir protokolda yoxdur və yolverilməzdir.
Əmgək tez bitişirsə?
Əmgəyin kiçikliyi hansı hallarda olur?
Yenə əmgəyin kiçikliyinin də, yəni əmgəyin ölçüsü fərdi olduğu üçün elə olur ki, normal uşaqdır, sadəcə əmgəyin bağlanması erkən olub, üç aydır. Burada baş dairəsi bizim üçün önəmlidir. Yəni əgər baş ölçüləri aybaay normal ölçüdə artırsa, bu uşağın inkişafı normaldır deməkdir. Amma əmgək kiçikdirsə və baş dairəsi də kiçikdirsə, bu zaman biz “mikrosefaliya” və yaxud da ki, “kraniosinostoz” deyilən sümüklərin vaxtından əvvəl birləşməsi kimi hallara təsadüf edə bilərik ki, bu zaman mütləq həkim nəzarətində, xüsusən əgər başına ölçüsü normal böyümürsə mikrosefaliyaya səbəb ola biləcək beyin qüsurlarıdır, metabolik, genetik səbəblər hamısı həkim tərəfindən ətraflı araşdırılmalıdır.
Eyni zamanda əmgək kiçikdir və əmgəyin kiçikliyini də müalicə etmək üçün bəzən kalsium olan preparatlar istifadə olunur yersiz olaraq və yaxud da ki, vitamin D-nin qəbulunu dayandırırlar ki, əmgək kiçikdir bağlanacaq. Bu da yolverilməzdir və heç bir protokolda yoxdur.
Əmgəyin “döyünməsi” normaldır
Və yaxud da ki, əmgəyin məsələn uşaq yemək yeyən zaman, nəfəs alıb verən zaman, ağlayan zaman, qışqıran zaman kənardan əmgəkdə görülən ürək şəklində vurğu olması, yəni pulsasiyanın olması da normal hesab olunur və heç bir müdaxilə tələb etmir. İshalı, qusması olan uşaqlarda əmgəkdə batıqlığın, çökəkliyin olması normaldır və… “Normaldır” dediyimiz, yəni bu ikincili xəstəliyə, ikinci patologiyaya bağlıdır və bu da xüsusi bir yəni sırf əmgəyin müalicəsi üçün xüsusi bir hal tələb etmir.
Yəni ümumi götürsək əmgəyin özünün müalicəsi üçün, yəni yekun olaraq bunu deyərik ki, əmgəyin özünün müalicəsi üçün, yəni əmgəyi müdaxilə etməyimiz heç bir zaman da doğru deyildir, sadəcə burada biz baş ölçülərinə nəzarət edirik və əmgəyin kiçik və böyük olmasına səbəb ola biləcək altda yatan faktorlar mütləq həkim tərəfindən dəyərləndirilir.
Dr.Rima İbadova, Uşaq nevroloqu
34 replies on “Uşaqlarda əmgəyin bitişməsi”
Salam həkim. Qızım 4 ay 15 günlüydür uşağın əmgəyində şişlik var.1 həftə öncə müayinə olundu ama usm-də heç bir mənfi cavab çıxmadı d3 kalsium da verirəm ama yenədə qabarıqdır Bu nəyin nəticəsi ola bilrə?
Salam. 4 ay 15 günlük körpədə USM müayinəsində uşağın baş ölçüsündə bir problem yoxdursa, uşağın nevroloji inkişafı ayına görə normaldırsa, normal ola bilər. Problem deyil.
Dr Rima İbadova, Nevroloq
Salam 6 aylıqdır oğlum əmgəyində böyümə hiss edirəm pediatrda və USM də yeni olub problem aşkarlanmamışdır sadəcə təzyiq var idi nə edim?
Salam. Hər əmgəyi böyük olan uşaqda təzyiq var deyə anlayış yoxdur (Yəni kəllə daxili təzyiq anlayışı yoxdur). Müayinə olunmalıdır. Uşaq normaldırsa, sadəcə klinik təqibdə saxlanılır. Baş ölçülərinə baxırıq.
Dr. Rima İbadova, Uşaq Nevroloqu
Salam.
Menim oğlum 27 ayliqdi. Helede emgeyi birləşməyib. Doğulanda başı 40 sm idi. Indi 53 sm di. Yoxlaniș lar olub, hec bir problem çıxmayıb. Bunun üçün ne ede bilerik?
Salam. Əslində 27 aya görə, 53 cm ölçü biraz böyükdür. Müayinə lazımdır. Əgər inkişafı normaldırsa, bəzən genetik makrosefaliya olur. Amma artıq 27 ayda əmgəyin bağlanmamağını və başın 53 cm olmağını kontrol etmək lazımdır. Çünki, normalda 50-51 cm-i biz 5 yaşında gözləyirik.
Dr Rima İbadova, Nevroloq
Salam Həkim. Oglum 4 ayliqdir əmgəyi balacadir . Baş ölçusu 38dir . Normaldirmi
Salam. 38 cm ölçü 4 ay üçün biraz kiçik baş ölçüsüdür. Yenə də doğum baş ölçüsü ilə müqayisə etmək lazımdır ki, doğuşda baş ölçüsü neçə olub. Çünki, hər kəs üçün individualdır. Biraz kiçikdir. Amma özü xırda uşaqdırsa, digər göstəriciləri, inkişaf göstəriciləri normaldırsa, normal ola bilər. Yenə də müayinə ilə daha dəqiq bilinər.
Dr. Rima İbadova, Nevroloq
Salam həkim oğlum 10 ayliqdir başının ölçüsü 49 dur əmək hissəsi genişdir səbəb nə ola biler
Salam. Müayinə məsləhətdir.
Dr. Rima İbadova, Nevroloq
Salam.zəhmət olmasa cavablayardiz Ege aparatı neciyədi?yəni başı neciyə salırsiz?
Salam. Uşaq nevroloqu Dr. Rima İbadovanın həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.
Tel: (012) 959,
(012) 436 1496,
(050) 646 7764.
Salam usagin 2ay 20gunlugdu ve emgeyi uje bitisir problemi qorxusu var
Salam. Burada uşağın baş ölçüsü, başının böyüməsi önəmlidir. Baş ölçüsü normaldırsa, yəni mikrosefaliya riski yoxdursa, o zaman problem yoxdur. Amma kontrolda saxlamaq lazımdır; sümüklərin erkən birləşməsi (kraniosinostoz) yönündən və baş ölçüsü yönündən.
Dr. Rima İbadova, Nevroloq
Uşaq tam sağlamdır həkim akviderm d3 və sonradan dəyişdirərək Okean D3 vitamini yazıb . 11 aylıqdır. Normadan böyükdür.. Ola bilər D3 vitaminlərinin təsirləri yoxdur? Ən yaxşı D3 vitamini və kalsi vitamini hansıdır? Nə məsləhət bilirsiz keyfiyyərli vitaminlərin adlanı yazın zəhmət olmasa. Hörmətlə Əlil körpələrə yardım ictimai birliyin sədri
Salam. Müayinə etmədən dərman deyə bilmərik. Dərman müayinə sonrası təyin olunur. Qanda kalsium və D vitamini səviyyəsinə baxıb, əksikdirsə veririk.
Əmgəyin bağlanması ilə çox da əlaqəsi yoxdur, ümumi inkişafı normaldırsa, heç bir problemi yoxdur.
Dr. Rima İbadova, Uşaq Nevroloqu
Salam qızım 2 ayında əmgəyi bağlanıb baş ölçüsü 37.5 dir. Problem olarmı?
Salam. Bu biraz risklidir. Baş ölçüsü kiçikdir. Mikrosefaliya yönündən kontrolda olması lazımdır.
Dr. Rima İbadova, Nevroloq
Salam mənim oğlum 11ay 2 günlükdü əmgəyi heç yığılmayıb müayinədə olub əmgəyində az miqdarda mayə var müalicə alır çox qorxuram həkim heç bir problem olmaz uşaqda
Salam. İnkişaf göstəriciləri normaldırsa, problem olmaz
Dr. Rima İbadova, Nevroloq
Salam,qızım 2 aylıqdır.Əmgəyi bir barmaq qalıb birləşməyə.44 günlüyündə həkim müayinəsində olduq oksigen çatışmamazlığı var deyildi,USM yoxlanışda olub.Baş ölçüsü 55 idi.Əgər birləşsə hansısa ciddi bir problem ola bilərmi?Qeyd edim ki,görünüşcə baş ölçüsü normal görünür
Salam. 2 ay üçün baş öıçüsü 55 sm böyukdur. Müayinə məsləhətdir.
Dr. Rima İbadova, Nevroloq
Salam,qızım 2 aylıqdır.Əmgəyi bir barmaq qalıb birləşməyə.44 günlüyündə həkim müayinəsində olduq oksigen çatışmamazlığı var deyildi,USM yoxlanışda olub.Baş ölçüsü ya 55 ya da 35 idi,tam yadımda qalmayıb.Əgər birləşsə hansısa ciddi bir problem ola bilərmi?Qeyd edim ki,görünüşcə baş ölçüsü normal görünür
Salam. 2 ay üçün baş öıçüsü 55 sm böyukdur. Müayinə məsləhətdir.
Dr. Rima İbadova, Nevroloq
Salam həkim uşağım 5 aylıqdı əmgəyi birləşib nəsə təhlükə olmaz ki ? Uşağın başının ölçüsü 45 sm dir
Salam. İnkişafı normaldırsa, xeyir.
Dr. Rima İbadova, Nevroloq
Salam doktor uşaq 7 aylqdır 5 ayından etibarən artıq 6 aylıqda əmgəyi birləşmişdi.Normaldırmı? Uşaqda biraz narahatlıq olur yatmağında ağlayanda da əlini başına aparır .
Salam. Baş ölçüsü və inkişaf göstəriciləri normaldırsa, normal ola bilər.
Dr. Rima İbadova, Nevroloq
Salam doktor. Qızım 5 ay 20 günlükdür. Bugün qızdırmasına görə müayinəyə apardıq həkim əmgıyinin gec bərkifiyini dedi. Calsi yazdı. Bu təhlükəli haldır yoxsa olur belə durublar? Nə qədər vaxta düzlir. Baş ölçüsü 10 gün öncə 45 sm idi.
Salam. Müayinə məsləhətdir. Normal ola bilər.
Dr. Rima İbadova, Nevroloq
Salam doktor uşaq 7 aylqdır 5 ayından etibarən artıq 6 aylıqda əmgəyi birləşmişdi.Normaldırmı? Uşaqda biraz narahatlıq olur yatmağında ağlayanda da əlini başına aparır .
Salam. Baş ölçüsü və inkişaf göstəriciləri normaldırsa, normal ola bilər.
Dr. Rima İbadova, Nevroloq
Salam Həkim.Körpələrdə əmgəyin birləşməsi normal olaraq ortalama neçə aylıqında olmalıdır təxmini?
Salam. Fərdidir, 3 ay da ola bilər, 3 yaş da. Ortalama 10-14 ay arasıdır.
Dr. Rima İbadova, Nevroloq