Kateqoriyalar
USM

Qaraciyər elastoqrafiyası nə zaman aparılmalıdır?

Qaraciyər elastoqrafiyası əsasən hepatit virusu olan xəstələrdə, şəkərli diabet xəstələrində, artıq çəkili obez xəstələrdə, mütəmadi olaraq energetik içkilərdən, alkoqollu içkilərdən istifadə edən pasiyentlərə məsləhət görərdim.

Bu müayinə tam zərərsiz olduğu üçün yeni doğulmuş uşaqdan yaşlı insana qədər hər bir kəsdə aparılması mümkündür. Müayinə tam ağrısız, kəsiksiz aparılır. Heç bir yan təsiri (fəsadı) olmur.

Bu müayinənin əsas məqsədi nə üçündür? Qaraciyərdə fibrozu erkən aşkar etmək üçündür. Erkən aşkar edilmiş fibroz qaraciyər sirrozunun qarşısını almağa bizə imkan verir. 

Bundan əlavə olaraq bu müayinə sirroz xəstələrində qaraciyər müalicə olunduğu müddətdə dinamik olaraq aparılır və müalicənin pasiyentə nə qədər xeyirli olmasını əldə edirik.

Bildiyimiz kimi bu müayinə sağ qabırğa arası nahiyədə, segment 7-8 arası nahiyyədə 10-15 ölçü vahidi götürülür, toparlanır, ümumi qaraciyərin vəziyyəti haqqında, fibrozu haqqında məlumat verilir. Bu da müalicənin nə qədər effektli olduğunu bizə göstərmiş olur.

Dr. Zümrüd Ələkbərova, USM həkimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir