Kateqoriyalar
Pediatriya Urologiya Uşaq cərrahiyyəsi

Uşaqlarda anadangəlmə hidronefroz xəstəliyi

Hidronefroz anadangəlmə, ana bətnində dəyərləndirilən bir xəstəlik hesab olunur. Uşaq doğulan zaman bu yenidoğulmuşların, 45-65 faizində təsadüf olunur. Böyrək çıxışı bağlı olur və böyrək çıxışları bağlı olduğu zaman böyrək kasa-ləyən sistemində genişlənmə ilə doğulur. 

Uşaqlarda anadangəlmə hidronefrozun əsas səbəbi

Normalda uşaq doğulan zaman böyrək çıxışı 4 mm bərabər olmalıdır, lakin ultrasəs müayinə ilə biz onu dəyərləndiririk ana bətnində və doğulandan sonra, əgər yeni doğulan dönəmdə böyrək çıxışında darlıq varsa, onda 4 mm yox, bu, 5 mm ola bilər, 6 mm ola bilər. Biz onda bunu böyrək hidronefrozu kimi dəyərləndiririk və müşahidəyə alırıq.

Və bu müşahidə altında günlər, aylar keçdikcə darlıq hesabına böyrəkdə genişlənmə davam edirsə, biz bunu hidronefroz kimi dəyərləndiririk və onun müalicəsi ilə məşğul oluruq.

Genişlənmə artdıqca, yəni 10 mm ola bilər, 15, 20 üstündə ola bilər, bu da standartlardan kənara çıxdığına görə böyrəyin kasa-ləyən sistemi genişlənir və genişləndikcə börək funksiyalarının pozulmasına səbəb olur.

Uşaqlarda anadangəlmə hidronefrozun digər səbəbləri

Təkcə, hidronefroz böyrək çıxışında olan darlıqla deyil, böyrəyin urinar üst sistemində və aşağı alt sistemində, sidik hissəsinə keçid nahiyəsində “uretero vezikal darlıqlar” olur. 

Eyni zamanda, deməli, “vezikoureteral refluks” dediyimiz bir patologiya ilə bağlı ola bilər böyrək genişlənməsi. 

Həm də sidik hissəsi boynunda post uretral valv (PUV) uretrasel olduğu zaman sidiyin çıxışına mane olur və sidik axarlarının və böyrəyin genişlənməsinə səbəb olur. 

Uşaqlarda anadangəlmə hidronefrozun müalicəsi

Böyrək genişlənməsinin səbəbi aydınlaşdırdıqdan sonra da biz onların dərman müalicəsi aparaq, yoxsa açıq cərrahiyyədə buna yardım göstərilməlidir, qərarları verilir.

Bəzən də bu xəstəlikləri biz heç bir kəsik aparmadan endoskopik yolla aradan götürürük. Tutaq ki, ikincili bir səbəblərdən, daşlardan da hidonefroz yarana bilir. Endoskopik yolla sidik axarlarına stend yerləşdirilir və ya uretropelvik darlıq keçmirsə, onda biz digər müayinə metodları ilə yəni intravenoz pieloqrafiya rentgen müayinəsindən, “sistoskopi müayinə” dediyimiz sidik kisəsinə girilərək, yəni səbəbini ortaya qoyduqdan sonra biz açıq cərrahi yolla uretropelvik darlıqları yeni doğulan dönəmdə kasa-ləyən sistemi kəskin genişlənib, böyrək funksiyaları pozulub, böyrək büzüşməsi təhlükəsi var, böyrək çatışmazlığı təhlükəsi varsa, onda zamanında o pelvik böyrək çıxışı darlığı aradan qaldıraraq, biz piloplasti əməliyyatı edərək böyrəyin funksiyasını bərpa edirik.

Ancaq digər hallarda, yəni sidik kisəsində, sidiyin geriyə axımı ilə bağlı böyrək genişlənməsi varsa, onda biz endoskopik korreksiya edirik.

Açıq cərrahi əməliyyat etmədən biz böyrək genişlənməsini aradan qaldırırıq.

Bəzən ana bətnində ultrason müayinə ilə müşahidə olunan böyrək genişlənməsi uşaq doğulduqdan sonra bunu dəyərləndirərək müəyyən edirik ki, bu böyrək çıxışındakı darlıqla bağlı deyil genişlənmə, sidik kisəsinə girişlə bağlı deyil, refluksla bağlı deyil, sadəcə sidik kisəsi boynunda olan bir bağlantı, post uretral valv (PUV) xəstəliyi, yəni arxa uretral klapan dediyimiz bir problemlə bağlıdır. 

Bunun üçün yenə də açıq cərrahi etmirik, endoskopi yolla uretraya daxil olaraq biz bu patologiyanı ortaya qoyuruq və post uretral valvı aradan götürdükdən sonra endoskopi ilə kəsiksiz böyrək genişlənməsi aradan götürülür. Və bununla da böyrəyin funksiyasını bərpa edirik.

Böyrək genişlənmələri dərəcələrə bölünür. Hansı ki, UPD darlıq dediyimiz 3 dərəcədə, vezikouretral dediyimiz refluya bağlı olan 5 dərəcədə, yəni genişlənmə müşahidə olunur.

Biz bu dərəcələrə uyğun hidronefrozu dəyərləndirib və onun müalicə taktikalarını seçirik, xəstəliyi konservativ müalicə edək, yoxsa endoskopik müalicə edək və ya açıq cərrahi müalicəsini aparaq.

Uşaqlarda hidronefroz xəstəliyi ilə uşaq cərrahı, uşaq uroloqu məşğul olmalıdır

Bu metodlar hər bir uşaq ixtisaslı mütəxəssis tərəfindən dəyərləndirilməli və qərar verilməlidir. Əgər düzgün qərar verilərsə, onda xəstəliyi zamanında aradan qaldırmaq olur. Hər hansı bir səhv addım atmaq, yəni orqanın funksiyasını bərpa etmək mümkün olmur. Onun üçün mütəxəssis baxımına, mütəxəssis yardımına və mütəxəssis tövsiyələrinə ehtiyac var.

Bu böyrək, sidik yolları patologiyaları ilə 20 ildən artıqdır məşğul oluruq. 

Bəzən bu xəstələr, yəni uşaq cərrahi uşaq uroloji mütəxəssindən kənar bir mütəxəssislər tərəfindən müayinə olunur, düzgün dəyərləndirilmir. Həmən “Böyrəkdə bir şiş var, böyük bir patologiya və böyrək çıxardılmalıdır”… Əslində heç də elə deyil. Bu uşaq mütəxəssisinə vaxtında göstərildikdə, baxıldıqda və düzgün dəyərləndirildikdə və düzgün də müalicə aparılır.

Op. Dr. Rafael Soltanov, Uşaq cərrahı

14 replies on “Uşaqlarda anadangəlmə hidronefroz xəstəliyi”

Salam hekim menim oglumda ana betninde 13 mm boyreyinde genjslenme var idi. Ve helede var bunun mualicesi dermanla var yox

Salam. Genişlənməyə səbəbin nədən olduğunu bilmək üçün muayinəyə ehtiyacı var. Uroloji USM, ehtiyac olarsa İVP. Volding sistigrafiya tovsiyye olunur.
Op. Dr. Rafael Soltanov, Uşaq cərrahı

Salam doktor.ana bətnində 23cu həftədə böyrək genişlənməsi var.2 ayinda yoxlandi dedilər kasalarda qalib genişlənmə.6 ayinda yenidən yoxlanmalğdı.qorxuludur bu?cərrahiyəyə ehtiyac varmi?

Salam. Bəli. Təkrar USM müayinəsi olunub baxılmalıdır.
Dr. Rəfail Soltanov, Uşaq cərrahı

Salam həkim oğlum 3 aylıqdır. Və həkim bir böyrəyində 10mml digərində isə 14 mml genişlənmə var dedi. Hansı dərəcədə qiymətləndirilir? Və doğuşdan sonra yaranıb

Salam. 3 aylıq uşaqda böyrək genişlənməsi var dediniz. Böyük ehtimalla anadangəlmə uşaqda böyrək genişlənməsi olub. Normalda doğulanda uşaqların böyrəyində genişlənmə 4 mm olmalıdır (sizin uşaqda 10 mm və 14 mm olduğunu qeyd etmisiniz). Körpə müayinə olunmalı və dəyərləndirilməlidir.
Op.Dr. Rafael Soltanov, Uşaq Cərrahı

Salam hekim 26 hefdelik hamilelikdi usaqda boyrekde sagda 6 mm leyen deyib uzi hekimi normaldi qorxulu hec ne yoxduki?mualice olunmalidi?

Salam. 6 həftəlik hamiləlikdirsə problem yoxdur. Hidronefrotik dəyişiklik kimi izlənə bilər. Doğulana qədər kontrollarda olun. Doğulandan sonra bir daha USM ilə dəyərləndiriləcəkdir. Ciddi bir şey yoxdur inşallah.
Op.Dr. Rafael Soltanov, Uşaq Cərrahı

Salam hekim.24 heftelik ana betninde usaqda sag boyrek 17mm sol boyrek 6 mm genislenib.hekimler genislenmenin cox tez basladigini ve boyreyin siradan cixma ehtimali oldugunu dedi.usagin heyati tehlukesi var ?

Salam. Oölandır yoxsa qızdır? Onu bilmək istəyərdim. Cinsiyyəti təyin olunubmu uşağın? Bir də ki, problem olmaz inŞallah. Doğulandan sonra qərar verərik. Hal hazırda ciddi və təhlükəli bir şey görünmür. Dinamikanı izləmək lazımdır.
Op.Dr. Rafael Soltanov, Uşaq Cərrahı

Salam doktor 24 heftelik hamileyem. Usaq qizdir. Sol boyrekde 8.1 mm genislenme var sebeb ne ola biler? Genislenmenjn arta faizi coxdu goresen. Cox boyuk eziyyetlerle hamileliyim olub ona gore cox qorxuram nese prablem olar deye

Salam doctor.men 36 heftelik hamileyem.usaq oglandr. Sol boyrekde leyen ve butun kasalar genislenib.3-4cu dereceli hidronefroz izlenilir.ve leyen diametri 14,5 ×17mm dir. Bunu mualicesi mumkunmu.ve bu veziyyet cox problem ola bilermi?

Salam. 3-4 dərəcəli hidronefroz yazırlar. Heç də genişlənmə o dərəcəyə uyğun deyil. Hamiləlik sonrası, uşaq doğulandan sonra baxmaq lazımdır. Genişlənmənin səbəbinin nəyə bağlı olduğu araşdırılmalıdır. Böyrək çıxışındakı darlığa bağlıdır? Yoxsa, refluksa bağlıdır? Bunu aydınlaşdırmaq lazımdır. Əlbəttə ki, doğulandan sonra buna qərar verəcəyik. Əlbəttə ki, müalicə yolu var. Doğulandan sonra da əlaqə saxlayın, müayinəyə əsasən uşağınızın müalicəsinin qərarını verərik. Narahat olmağa dəyməz.
Dr. Rəfail Soltanov, Uşaq Cərrahı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.