Kateqoriyalar
Urologiya

Böyrək daşı xəstəliyinin müalicəsi

Böyrək daşı xəstəliyinin müalicəsi daşın tipinə və ölçüsünə görə dəyişir. 

Əgər xəstəni 6-7 mm daş narahat edirsə, xəstəni müayinə edirik. Bir neçə analizlərdən keçiririk, iltihabi göstəricilərinin yüksək olub olmağına baxırıq.

Əgər iltihabi göstəricilər normaldırsa, xəstəyə müalicə yazırıq, daşı əridirik və yaxud düşürürük.

Endoskopik əməliyyata daşın ölçüsünə və sıxlığına görə qərar veririk.

Əgər daş 2 santimetrə qədər olarsa, heç bir kəsik etmədən təbii yoldan daxil olub, sidik axarından qalxaraq daşı lazerlə parçalayıb çıxardırıq.

Və yaxud daş 2 santimetrdən böyük olarsa, bel nahiyəsindən iynə ilə böyrəyə daxil olub, daşları parçalayıb çıxardırıq.

Xəstə 2 gün klinika şəraitində qalır və sonra evinə uğurlayırıq.

Dr. Təyyar Ağakişiyev, Uroloq-androloqu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir