Kateqoriyalar
Ginekologiya

Yumurtalıqların polikistozu

Sual: Yumurtalığın polikistozu nə deməkdir? Yumurtalıq kistasından fərqi nədir?

Cavab: Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur.

Terminin kökündəki kista sözü əslində həqiqi kista deyil. Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir.

Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.

 Əvvəla onu deyim ki, polikistoz çox yayılmış bir xəstəlikdir. Qadınların 5%-i bu xəstəlikdən əziyyət çəkir.

Çox tədqiqatlar aparılmasına baxmayaraq, xəstəliyin əmələ gəlmə mexanizmi dəqiq bilinmir. Amma bilinir ki, xəstəliyin mexanizmi yumurtalıqlardakı hormonal balansın pozulması, kişi cinsi hormonlarının həddindən artıq ifraz olunması ilə əlaqədardır.

Bu pozğunluq həm normal follikul yetişmə prosesinin dayanmasına, həm də tüklənmə, və üzdə sızanaqlara gətirib çıxarır.

Sual: Yəqin ki xəstənin şikayətləri də bu mexanizmlərlə əlaqədar olur?

Cavab: Bəli, polikistoz xəstələri bizə müxtəlif şikayətlərlə müraciət edirlər.

Ən çox menstruasiya düzənsizliyi xəstələri narahat edir. Follikul yetişməsindəki pozğunluq menstruasiyaların gecikməli olmasına gətirib çıxarır.

Digər bir müraciət səbəbi tüklənmədir. Kişi cinsi hormonlarındaki artış tüklənmənin əsas səbəbidir.

Digər qrup xəstələr də, ailə qurub uşaq sahibi ola bilməyən cütlərdir. Beləə ki, follikul yetişməyi pozulduğundan hamiləlik də baş vermir.

Gördüyümüz kimi, eyni bir xəstəlikdə müxtəlif şikayətlər xəstəni həkimə müraciət etməyi sövq edir.

Sual: Xəstəliyin diaqnostikasında hansı testlərdən, köməkçi vasitələrdən istifadə edirsiniz? Hansı kriteriyalara əsaslanərsınız?

Cavab: Diaqnostikada əsaslandığımız kriteriyalar: follikul yetişməsi və ovulyasiyanən pozulması, kişi cinsi hormonlarının yüksək olmasının laborator və ya klinik əlamətləri (məsələn, tüklənmə), ultrasəs müayinəsində yumurtalıqların polikistik görüntüsü, bu əlamətlərə səbəb ola biləcək digər xəstəliklərin istisnasə.

Sadaladığım kriteriyalara nəzər salanda, hansı köməkçi diaqnostik metodlardan istifadə etdiyimiz də məlum olur.

Əlbəttə ki, ginekoloji müayinənin bir parçası olan ultrasəs, bundan başqa, laborator hormon analizləri son diaqnozu qoymaqda bizə kömək edir.

Sual: Xəstəliyin müalicəsi haqqında nə deyə bilərsiniz?

Cavab: Yumurtalıqların polikistozu tamamilə müalicə oluna bilən bir xəstəlik deyil. Apardığımız müalicə xəstənin şikayətlərinə görə istiqamətləndirilir.

Xəstə bizə menstruasiya pozğunluğu şikayəti ilə müraciət edibsə, müalicədə hormonal vasitələrdən istifadə edirik. Bu vasitələr təkcə menstruasiyaları nizama salmır, eyni zamanda xəstəliyin patogenetik mexanizmini qıraraq, müalicəvi təsir də göstərir.

Tərkibinə kişi cinsi hormonlarının təsirinin qarşısınə alan maddələr daxil edilmiş preparatlar da vardır ki, bunların sayəsində tüklənmə kimi əlamətləri də aradan qaldıra bilirik.

Əgər xəstə hamilə qala bilmədiyi üçün müraciət edibsə, bu zaman müalicəmizin istiqaməti follikul yetişməsinə doğru olur. Bu məqsədlə ovulyasiyanı işə salan preparatlardan istifadə edirik. 

Sual: Həkim, qeyd etdiyiniz kimi, müalicə şikayətlərə görə aparılır və xəstəliyin tam aradan qaldırılması mümkün deyil. Bəs bu xəstəlik gələcəkdə orqanizm üçün hansı fəsadlar törədə bilər?

Cavab: Yumurtalıqların polikistozundan əziyyət çəkən xəstələrə diqqət yetirəndə, çoxunda piylənmənin olduğunu görə bilərik. Ona görə də bu xəstəlik metabolik sindrom dediyimiz problemin bir parçası hesab olunur.

Bu xəstələr gələcəkdə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri baxımından risk qrupuna daxildirlər. Buna görə də terapevtin nəzarəti altında olub, piylənməyə qarşı mübarizə aparmalıdırlar.

Bədən çəkisinin azaldılması təkcə sadaladığım xəstəliklərin profilaktikasına xidmət etmir, eyni zamanda, polikistozun müalicəsində də işimizi xeyli asanlaşdırır.

Belə ki, bədən çəkisinin 5% azaldılması ovulyasiyanın dərman istifadə etmədən bərpasına gətirib çıxarır ki, nəticədə menstruasiyalar nizamlanər, hamilə qala bilməyən qadınların isə uşaq sahibi olma ehtimalı artır.

Polikisozlu xəstələr uşaqlıq xərçəngi baxımından da risk daşıyırlar ki, bu baxımdan da həm piylənmənin müalicəsi, həm də menstruasiyaların hormonal preparatlarla nizamlanması vacibdir.

48 replies on “Yumurtalıqların polikistozu”

Salam məndə artıq çəki və adet düzensizliyi yoxdu ama yumurtalıqlarım yetişmir bu neden olar?və ya yetişib partlayır hamile qalmiramsa səbəb başqa nə ola bilər?

Salam mən yoxlanışdan keçdim menst pozuntusu tüklənmə kökəlmə var.Hekimim mənə emliat dedi ancaq mən isə qerarsizam

Salam. Neçə yaşınız var? Evlisinizmi? Uşaq varmı?
TüFD Dr. Rumiyə Maçanova, Cərrah Mama-Ginekoloq

Salam. 19 yaşım var. həkimə gedib yoxlandım hormonlarım normal çıxdı ama polikistoz olduğumu dedi həkim. artığ çəki var, üzümdə səpkilər yaranıb. müalicə alıram. uşağım olacağ mı ? müalicə alsam, çəki atsam mümkündün mü hamilə qalmağ ?

Salam. Polikistozu derman vasiteleriyle sagaltmaq ve ya hormonlarin seviyyesin azaltmaq mümkündür? Mümkündürse müalicədən sonra çəki normal halina(azala) dönə bilər?

Salam mende de menustrasiyada gecikme olur polikistozu var normasından dehşet böyükdü kökelme var ama tüklenme yoxdu kişilik hormonumda normaldı bu neden olabiler?

Salam. Polikistik yumurtalıq sindromunun fərqli varıantları var: A,B,C və s.
İkincisi tək testosteron yox, bütün androgen profil verilməlidir.
TüFD Dr. Rumiyə Maçanova, Cərrah Mama-Ginekoloq

Salam. Mende evlenmeden evel menustrasiyada gecikmeler olurdu hekime dedi kista var 1 ay mulice goturdukden sonra eriyib. 5-6 ay kecden sora hekime getdim yeniden yaranmisdi yeniden mulice oldum yene eridi.indi 8 aydi evliyem guclu soyuqlama ver cirk var mualice yazdi .indi getdiyim hekime evvel kista oldugunu haqqda melumat verdim deyir sende polikistoz xeteliyi var amma uzi etmeyib . Menustursiyada ancaq evlenden sonra bu ay 6 gun gecikmisem .birde tuklenmem var boy 1.62 ceki 51 mende polikistoz ola biler ? Bele oduqda hamile qala bilerem

Salam. Qala bilərsiz, amma alınmaya da bilər. O halda ovulyasiya induksiya müalicəsi lazım olur.
TüFD, Dr. Rumiyə Maçanova, Ginekoloq

Salam mende tuklenme.piylenme variydi uwagim olmirdu hekime muraciet etdim polikistozun var dedi.emeliyat olundum.indi bilmek isteyiremki hamile qala bilerem kok olsamda .emeliyyatdan evvel 10 kq ceki atmiwam hal hazrda 92 kqyam

Salam. Qala bilərsiniz. Amma yumurtalıq stimulyasiya olsa yaxşıdır.
TüFD, Dr. Rumiyə Maçanova, Ginekoloq

Salam hekim Mende hekime getdim polikistoz diaqnozu qoydu mende menustrasiyada 5~7gun gecikme olur tuklenmedee var.2il yarimdi evliyik usaq istemirdik ancaq axir 4aydi isteyirik.mene hormanalni derman yazib sizce hamile qala bileremmi?o dermanlari icmeyi meslehet gorursunuzmu?

Salam. Həkiminiz konkret olaraq nə yazilib .. ? Müayinəsiz bir söz demək mümkün deyildir.
TüFD Dr. Rumiyə Maçanova, Cərrah Mama-Ginekoloq

Salam doctor 6aydir evliyem övlad sahibi olmaq isdirem amma menustrasiya pozgunlugu var( davamli olaraq da basdamosam hekime getmeye yarina dermani icirem boy.1.60 ceki 89 ariqliya bilmirem yemeynen elaqedar deyil tezelice uziden kecdim netice _Endometriyanin mulayim dereceli hiperplaziyasi . Her iki yumurtaligin multifollikulyar resmi.ne ede bilerem men

Salam
Müalicə lazımdır.Müraciət edə bilərsiniz.
TüFD Dr. Rumiyə Maçanova, Cərrah Mama-Ginekoloq

Salam. Mende follekul yetismis 7aydir evliyem arigam ne de tuklenmem yoxdur. Amma 17Oh progesteron 1ayliq mualiceden sonrada dusmeyib asagi hekim dedi polikistoz ola biler. Goresen usaq sahibi olmagimcun neylemeliyem sirf hansi istiqametde aparilmalidir mualice

Salam. Mende follekul yetismir 7aydir evliyem arigam ne de tuklenmem yoxdur. Amma 17Oh progesteron 1ayliq mualiceden sonrada dusmeyib asagi hekim dedi polikistoz ola biler. Goresen usaq sahibi olmagimcun neylemeliyem sirf hansi istiqametde aparilmalidir mualice

Salam Doktor. Hekimim mene polikistoz diaqnozu qoydu adət duzensizliyi , testesteron ve prolaktin hormon yuksekliyi, uzde sepgilerde var. Difaston ve mestadinon adli tablet yazdi. Irelileyen zamanlarda ise hamilelik onleyen tablet Diane35 yazacaq sizce bu dərmanı gebul etmeliyemi , ve ya hansisa bir problem yarada bilermi ?
Diger sualim ise gebul etdiyim difaston tabletin uzumdeki sepgileri aparmaga komeyi olacaqmi??
Onceden tesekkurler

Salam. Diana 35 və digər oral kontraseptivlər bütün dünyada polikistoz over sendromunun müalicəsində istifadə olunur.
Dufaston tablet səpgilərinizi keçirməz.
Sualınız üçün mən təşəkkür edirəm.
Uzman Dr. İranə Qorçiyeva, Cərrah Mama Ginekoloq

Salam,polikistoz diaqnozu qoyulub mənə 20 yaşım var müalicələri başa vurduqdan sonra neçə % hamilə qalma ehtimalım var?

Salam. Polikistoz yumurtalığın sadəcə ultrasəs görüntüsünün olması bir problem yaratmaz, aybaşınız düzənlidirsə və başqa tüklənmə, sivilcə, kilo probleminiz yoxsa, əlbəttə hamilə qala bilərsiniz.
Uzman Dr. İranə Qorçiyeva, Cərrah Mama Ginekoloq

Salam doktor.
Mən dekabrın 21 i ikinci uşağımı dünyaya gətirmişəm .
40 gün qan oldu normal olaraq, ondan sonra hələdə aybaşı olmuram.
İki dənə də test eləmişəm bir xətt göstərir yəni neqativ səbəb nə ola bilər? Doğumdan neçə ay sora aybaşı mümkündür?

Salam. Bu normal haldır. Doğuşdan sonra 1 il – 18 aya qədər gözləyirik, amma hamiləliktən qorunmalısınız, aybaşı olmamağınız hamiləlik olmayacağı anlamına gəlməz.
Uzman Dr. İranə Qorçiyeva, Cərrah Mama Ginekoloq

Salam,məndə az miqdarda polikistoz var mülicə alıram,polikistoz keçib gedici bit şeyfi yəni uşağım ola bilər məndə bu prablem sonradan yarandı əvvəldən yox idi evlənməyimin 3 ayında getdim, ay başının 10-cü gün idi 18 mm falekulum vardı 5 aydan sonra getdim iltihab və az miqdarsa palikistozum yaranmışdı bunun nə bir şey deyin xahiş edirəm içim rahatlasın🥺

Salam. Sonradan yaranmır, bu yumurtalıqların quruluşu ilə əlaqəlidir. Polikistoz yumurtalığın sadəcə ultrasəs görüntüsünün olması bir problem yaratmaz, aybaşınız düzənlidirsə və başqa tüklənmə, sivilcə, kilo probleminiz yoxdursa, əlbəttə hamilə qala bilərsiniz, təşvişə düşməyin.
Uzman Dr. İranə Qorçiyeva, Cərrah Mama Ginekoloq

Salam , doktor .Mende 6 gün mensturasiyada gecikme olurdu ,uzumde ve belimde çoxlu sayda sepkiler yaranmisdi ,son 1 ay menstruasiya olmadim (kista olduğu soylenmisdi)Hekim müalicəsi ile mensturasiya baş verdi.Lakin basqa hekime getdim , polikistoz oldugunu uzi vasitesi ile baxıb dediler.Ozum arığam boy 1.70,ceki 50.qarin nahiyelerinde sislik var biraz .Gelecek üçün problem yaradarmi bu xestelik ? Hormonal müalicə yazilib hekim terefinden

Salam.
Kista və polikistoz tamamən fərqli şeylərdir, polikistoz yumurtalıq sendromu üçün kilonun olması mütləq deyil, aybaşı gecikməsi akne və ultrasəsdə tipik görüntünün olması polikistozla əlaqəli ola bilər. Müalicəsində hormonal preparatlardan istifadə edirik.
Uzman Dr. İranə Qorçiyeva, Cərrah Mama Ginekoloq

Salam hekim mende polikistoz var ama FSH normaldi, LH ve testesteron yuksekdi bunlar falekulun partlamamasina sebeb ola bilermi

Salam. Bəli, həm testeronun yüksəkliyi, həm də LH-nın artması ayrıca olaraq da androgenlərin ifrazını artırıb follikulun böyüməsi və çatlamasını engəlləyir.
Uzman Dr. İranə Qorçiyeva, Cərrah Mama Ginekoloq

Salam men 13 yasimdan aybasi olmusam ve 2 aydan bir olmusam.Basliyandan ele basalyib.Evliyem.3 yasinda qizim var isdeyirik ikinci usaq olsun.Uzi muayinesi eletdirdim polikistoz cixdi.Men bilmek isdeyirem ki hamile qala bilerem? Mualicesiz?

Salam, siz 1 ci hamiləlikdə müalicə almamısınızsa, təkrar müalicəsiz hamilə qala bilərsiz. Amma əgər 1 il ərzində hamiləlik baş verməzsə, müalicə etmək tövsiyə olunur.
Dr. Məhbubə Mirzəyeva, Cərrah Mama Ginekoloq

Salam mendede polikistoz yumurtaliq var. Hekim dufaston yazib ve riqvedon yazib. Bu dermanlarin xeyiri olarmi??

Salam. 19 yaşım var. həkimə gedib yoxlandım hormonlarım normal çıxdı ama polikistoz olduğumu dedi həkim. artığ çəki var, üzümdə səpkilər yaranıb. müalicə alıram. uşağım olacağ mı ? müalicə alsam, çəki atsam mümkündün mü hamilə qalmağ ?

Salam.mende ne tuklenme ne kokelme nede sivilcelenme var, testesteron ve diger hormonlar hamsi normaldi.sadece Tsh ve tPo yuksek cixir.tsh 1.4 tpo ise 4olur.ama mende adet duzensizliyi var.ve multifolikulyardi..bes buna sebeb tsh ola bilermi? Ne etmeliyem? Ve hekim mene yurtaligin ust tebeqesi qalin oldugunu soyledi.

Salam. Men analiz vermemisem ancaq Usm-de mene polikistoz ola bileceyini dediler. Men analizleri verdikden sonra deqiq bile bilerem polikistoz oldugunu yoxsa ele Usm cavabina gore tesdiqlenib artiq. Belke bir umiddi olmaram deye dusunurem. Mensturasiya duzensizliyi var derman vasitesile mensturasiya oldum 14 gun sonra Usm-ye getdim ele dedi hekim

Salam. USM-də periferiyada 10-12 antral follikulun olması, adət gecikmələrinin olması və hiperandrogenizm varsa, Polikistik yumurtalıqlar sindromu diaqnozu qoyulur.
Dr. Məhbubə Mirzəyeva, Cərrah Mama-Ginekoloq

Salam. 4 aydır evliyəm. İlk aybaşı olduğum günlərdən gecikməm var idi. Keçən ay Uzi- yə getdin.yüngül polikistoz olduğumu dedi. Üzdə səpkilər var amma nə tüklənmə nədə kilo problemim yoxdur. Yumurtalıqlarım yetişib amma tənbəl yumurtalıqdı folekul partlamır. Bu ay müalicəyə başlamağı düşünürəm.sizə sualım bu müalicələr neçə müddət çəkir birdə müalicədən sonra hamilə qala biləcəm?

Salam. Əgər yoldaşınızın spermi normaldırsa, sizdə sadəcə çatlama problemi varsa, doğru müalicəylə hamilə qalma faiziniz yüksəkdir.
Uzman Dr. Aytən Nəcəfəliyeva, Cərrah Mama-Ginekoloq

Salam.Yoldaşımın 19 yaşı var. 17 aydırki evliyik.Adət düzənsizliyi var bəzən 7, 15 ,20 gün gecikməsi olur.4-5 ay müalicə etdik,müxtəlif dərmanlar qəbul etdi,adəti düzəldi.Sora yenə pozuldi. Həkim ona polikistoz diaqnozu qoyub.Arıq xanımdır,səpkiləri,tərləmə,tüklənmələri olur.Evlilikdın əvvəldə tüklənmə,tərləmə probelmi var idi.Həkimin dediyinə görə hormonlarının tam yetişməsi üçün 6-7 il lazımdır,24-25 yaşında ancaq tam formalaşar.Biz boş yerə mülaicə almaq istəmirik həm pul,həm vaxt itkisi olmasın deyə.Tampon qoymaqla 2-3 kurs,hamilə qala və ya adəti düzələ bilərmi.Və yaxud bu vəziyyətində süni mayalanma etsək tutarmı?

Salam. Tampon müalicəsini sizlərə düşündürən, sizi 6-7 il kimi uzun müddət gözləmənizi tövsiyə edən bir həkiminiz varsa, məsləhətim mütləq həkiminizi dəyişmənizdir. Süni mayalanma hər zaman baş vurulacaq bir metoddur, ancaq əsas olan sonsuzluğa səbəb olan vəziyyəti aşkarlamaq və ona yönəlik düzgün yol izləmək lazımdır.
Uzman Dr Aytən Rəsulzadə, Cərrah Mama-Ginekoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir