Kateqoriyalar
Faydalı Məlumatlar

Xora Xəstəliyi

Xora Xəstə

Xora xəstəliyi – mədə və ya onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi nəticəsində əmələ gələn xəstəlikdir.


Xora xəstəliyinin əlamətləri hansılardır?


– Mədə nahiyəsində, bəzən döş qəfəsinin sol yarısına, onurğanın döş və bel hissələrinə yayılan yandırıcı ağrı;
– Mədə xorasında ağrı yeməkdən 0,5-1 saat sonra və ya dərhal başlayır;
– Onikibarmaq bağırsağın xorasında ağrı yeməkdən əvvəl (mədə boş olanda) və ya yeməkdən 2-2,5 saat sonra başlayır və qida qəbulundan sonra keçib gedir;
– Turş gəyirmə, qıcqırma, ürəkbulanma, qusma, qəbizlik;
– İştahanın pozulması, arıqlama;
– Yaz və payız aylarında ağrı və digər əlamətlərin güclənməsi;
– Xora xəstəliyinin əlamətsiz gedişi də mümkündür.
– Bu halda xora təsadüfi müayinə nəticəsində və ya ağırlaşma baş verdikdə aşkar olunur.

Uzman Dr. Çinarə Səfərova Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir