Kateqoriyalar
Faydalı Məlumatlar

Sünnət

Sünnətin 2 yaşına qədər və ya 6 yaşından sonra icra edilməsi daha məsləhətlidir, çünki 2 – 6 yaş arası oğlan uşaqlarında fallik dönəm başlayır  (öz cinsiyyətlərinin, cinsi orqanlarının fərqində olduqları bir dönəm). Bu dönəmdə cinsi orqana olan hər hansı bir cərrahi müdaxilə oğlan uşağında psixoloji travmaya səbəb ola bilər. Bu səbəbdən də ən uyğun vaxt doğumdan 2 yaşına qədər və 6 yaşından sonradır. Sünnət yerli və ya ümumi anesteziya altında icra edilə bilər və əməliyyat mütləq uşaq cərrahı tərəfindən steril əməliyyatxana şəraitində aparılmalıdır.

Əməliyyatın yenidoğulmuşlarda və ya uşağın bezli dönəmində icra edilməsi daha məsləhətlidir, çünki belə olduqada sünnət sonrası dönəm daha rahat keçirir. Fimozis (pipi ucundakı sünnət dərisinin dar olması) olduğunda mütləq sünnət olunmalıdır ki, uşaqda sidik yolu infeksiyasi olmasın və rahat idrarın çıxara bilsin. Müasir şəraitdə  xəstə sünnətdən 2 saat sonra evə göndərilir.

Uzm. Dr. Fuad Məmmədov Uşaq  Cərrahiyyəsi və Urologiyası uzmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir