Sınıqlar hamımızın bildiyi kimi hər hansı bir zərbə nəticəsində sümük tamlığının pozulması ilə meydana gəlir. Bəzən sınıqlar əsasən də yaşlı insanlarda zərbə olmadan da osteoporoz zamanıda ola bilməkdədir. Sınıqlar Açıq və Qapalı olmaqla 2 növ olur. Açıq sınıqlarda Dəri tamlığı pozulmu, açıq yara, sınıq fraqmentlərinin dəridən kənara çıxması və qanaxma olmaqdadır. Qapalı sınıqlarda isə əksinə dəridə açıq yara olmaz, xaricdə sınıq parçası görülməməkdədir.
Sınıqlarda ilk yardım:
• Xəstə/Yaralıda huş kontrol edilir.
• Xəstə/Yaralıda həyatı vacib əlamətlərin dəyərləndirilir.( ABS)
• 103 TTY çağırılır.
• Həyatı yaralara öncəlik verilir.
• Xəstə/Yaralının hərəkətsiz durmasına və isti saxlanılmasına diqqət edilir.
• Sınıq bölgəsindəki saat, üzük, ayaqqabı və s. əşyalar çıxarılır.
• Sınıq bölgəsi alt və üst oynaqlarla birlikdə stabilləşdirilir(təsbit edilir). Bu məqsədlə taxta parçası, ağac budağı, karton, qələm və s. istifadə edə bilərsiniz.
• Sınıq bölgəsi təsbit edilərkən barmaqlar bayırda saxlanılır
• Açıq sınıq varsa sınığı təsbit etmədən öncə sınıq bölgəsindəki açıq yara üzərinə təmiz dəsmal , ciddi qanaxma varsa juqut qoyulur.
• Sınıq bölgəsi ola bildiyi qədər yüksəkdə saxlanılır (Ola biləcək ödəmin qarşısını almaq üçün).
• Sınıq bölgəsi və qanaxma üçün qoyulan juqut lazımı aralıqlarla kontrol edilir.
• Xəstə/Yaralı uyğun daşıma üsulları ilə təxliyyə olunur.
Unutmayaq ilk yardımın düzgün edilməsi ilə həyat xilas etmək mümkündür.
Op. Dr. İlkin Cəlilov Ortoped-Travmatoloq
2 replies on “Sınıqlar zamanı ilk tibbi yardım-Nə edilməlidir?”
salam 1 ay olar cunu barmağının oynaqdan tam yox natamam sınmış çat deyək gipiste saxladım yumurta xına çay qarışdırıb bağladım 3 var 4 dəfə oynağın sümüyünün şişi çəkilmir barmağımı tam qatlaya bilmirem
Salam. İlk əvvəl həkim müayinəsi və sonrasında rentgen olmalıdır, nəticəyə görə qərar verilir.
Dr. İlkin Cəlilov, Travmatoloq-Ortoped