Dirsək oynağının bayır tərəfində,said və ələ doğru yayılan ,ağrı ilə xarakterizə edilir.Bu daha çox əl işləri çox olan peşə sahiblərində( hörgü və yazı işi çox görənlərdə),görmədiyi işi birdən görməyə çalışanlarda, Tenis oynayanlarda rast gəlinir.
Müalicəsi ilk zamanlarda,QSİƏ preparatlardan,hərəkəti məhdudlaşdıran band və bandajlardan,buz və istirahət məsləhət görülür.Xəstəliyin nisbətən gec müraciət edən hallarında yerli steroid inyeksiya və fizioterapiya uyğun görülür.
Müalicə zamanı 2 həftə içində şikayətlərdə azalma müşahidə olunmağa başlanılır.Lakin bu müddət ərzində Şikayətləri artıracaq işlərdən və fiziki hərəkətlərdən uzaq durmaqda fayda olduğu düşünülür.