Dirsək oynağının içəri tərəfindən keçən dirsək (ulnar) sinirinin bu hissədə sıxılması nəticəsində Kubital tunel sindromu əmələ gəlir. Ulnar sinir, dirsəyin içəri hissəsində sümük çıxıntısı (medial epikondil) altından keçir. Sinirin keçdiyi bu tunelə ulnar oyuq (kubital tunel) deyilir. Oyuqun içərisində sinir birbaşa olaraq sümük ilə yaxın təmasdadır və təzyiq altında sürüşməyə əlverişli bir vəziyyətdədir.
Əgər bu tuneldə sinir sıxılırsa:
• əldə keyləşmə
• ağrı
• əldə gücün azalması müşahidə olunur.
Kubital Tunel Sindromunun Səbəbləri Nələrdir ?
• Sinir, alt hissədən sərt sümük və üzərindən çok qalın sərt bir qoruyucu təbəqə olan dar bir tuneldə yerləşdiyindən sıxışmaya məruz qala bilir. Bu səbəbdən ofis, yazı işləri ilə uzun müddət məşğul olanda, dirsəyin iç hissəsinə daima təzyiq gələnlərdə və ya klaviyaturanın çok yaxın olması səbəbi ilə uzun müddət dirsəyi bükülü vəziyətdə tutma vərdişi olanlarda sinir təziq altında qala bilir.
• Bəzi xəstələrdə dirsək bükülüb açıldıqda sinir, iç tərəfdəki sümük çıxıntısı (medial epikondil) üzərindən tullanma hərəkəti edə bilir. Bu da daimi olan bir vəziyyət yaradırsa sinirdə zədələnməyə səbəb olmaqdadır.
• Bəzən dirsəyin iç tərəfində sinirin keçdiyi oyuğun üzərini örtən bağ toxuması da qalınlaşıb siniri sıxıştıra bilir. Sinirin üzərindəki təziq müəyyən bir səviyyəni və zamanı aşarsa sinirin funksiyası pozulur və kubital tunel sindromu yaranır.
• Həmçinin bazu sümüyü distal ucunun açıq və ya qapalı, istər yerdəyişmiş istərsə də yerdəyişməmiş sınıqlarında kubital tunel sindromu əmələ gəlmə riski olmaqdadır.
Kubital Tunel Sindromunun Əlamətləri nələrdir?
Xəstələr əsasən aşağıdakı şikayətlər ilə həkimə müraciət etməkdədirlər:
• Dirsəkdə, said nahiyyəsində, əldə və ya barmaqlarda keyləşmə
• Sanki qarışqa yeriyir kimi hissiyat
• Ağrı
• İynə batma, elektrik vurma kimi hallar
Keyləşmə və sanki qarışqa yeriyir hissi əsasən üzük və kiçik barmaqlarda olur. Şikayətlər sinirin üzərinə təziq artarsa daha da şiddətlənir. Telefonla uzun müddət danışdıqda (dirsək bükülü qaldığı üçün) , uzun müddət klaviyaturaya yaxın bir şəkildə çalışdıqda, kitab ,qəzet oxuma və ya yatarkən yuxuda dirsək bükülü vəziyyətdə qaldığı zamanda şikayətlər artar. Bəzi xəstələr əllərində zəiflik, gücsüzlük, diskomfort hiss edir və əllərindəki cisimləri düşürdüklərini ifadə edirlər. Daha ağır formalarda barmaqlarda keyləşmə və əlin əzələlərində zəifləmə-atrofiya ola bilməkdədir.
Kubital Tunel Sindromunda Diaqnoz necə qoyulur ?
Həkiminiz ulnar sinirin həm hissi həm də hərəki funksiyasını müayinə edir və dirsək səviyəsində bir problem olub olmadığını müəyyən edir. Triodit və ya şəkər xəstəliyi kimi əlavə xəstəliyiniz olub-olmadığını araşdırmaq üçün suallar verir. Kubital tunel sindromunun varlığından şübhələnirsə xəstəliyin vəziyyətini və dərəcəsini müəyyən etmək üçün EMG (elektromyografi) müayinəsindən keçməyinizi istəyir.Həmçinin həm dirsəkdə həm də əldə yuxarıda qeyd edilən şikayətlərin boyun nahiyyəsində olan sinir problemlərindən də ola biləcəyini unutmaq olmaz. Həkim uyğun görərsə boyun üçün X-ray və MRT kimi diaqnostik müayinələridə istəyə bilməkdədir .
Kubital Tunel Sindromu Necə müalicə Edilir ?
• Əgər müayinə və EMG ilə sinirin yüngül dərəcədə sıxılması aşkar edilirsə günlük əl vərdişlərinə, dirsəyin duruşuna və uzun müddət bükülü qalmamasına diqqət edilməsi, dirsəyin sərt yerə təmas etdirilməməsi, dirsəyin içəri tərəfinə müxtəlif yumşaq yasdıqlar istifadə edərək sümük çıxıntısının və sinirin qorunması ilə şikayətlər azala bilər.
• Müxtəlif fizioterapiya metodları sinirin rahatlaşdırılması, gərginliyin , ətrafında əmələ gələn ödemin azaldılması faydalı olmaqdadır.
• Gecə dirsəyin bükülü vəziyyətdə olması ilə əlaqədar şikayətlər azalmırsa gecə atellerinin istifadə edilməsi faydalı olmaqdadır.
• Əgər xəstənin şikayətləri çoxdursa və ya yuxarıda qeyd edilən müalicə üsulları ilə şikayətlər azalmırsa sinirin üzərindəki təziqin cərrahi yolla aradan qaldırılması mümkündür. Ulnar oyuğun üzərini örtən qalınlaşmış bağ toxuması açılaraq sinir rahatlaşdırılır. Bəzən sinirin yerini də dəyişdirməklə ( ön tərəfdə dərialtı və ya əzələ içi) icra edilən cərrahi əməliyyatlardan da istifadə edilir. Əməliyyat əsasən ümumi anesteziya altında aparılmaqla xəstə ya eyni gün ya da 1 gün sonra evə göndərilir. Əməliyyatdan sonra adətən dirsəyə açıq vəziyyətdə langet gips sarğısı qoyulur, dirsəktə 10-15 gün bir sarğı olur, 12-14 gün sonra tikişlər sökülür. Bir neçə həftə ağırlıq qaldırmamaq, gücə salmamaq və ağır fiziki işlərdən uzaq durmaq məsləhət görülür. Fizioterapiya postob müalicədə geniş istifadə edilə bilər. Keyləşmə və sanki qarışqa yeriyir kimi hissiyatlar əməliyyatdan həmən sonrakı dövrdə ya tamamilə keçir ya da xeyli dərəcədə azalmış olur . Əzələdə güçsüzlük isə zamanla bərpa olunur .Op. Dr. İlkin Cəlilov